Rusiya-Ukrayna müharibəsindən sonra...
08.07.2022 [10:25]
Çoxqütblü dünya nizamı yaranacaqmı?
Çin ilə Avropanın yaxınlaşma səbəbi...
Nicat Dilqəmli
Son günlər Avropa İttifaqı (Aİ) dövlətlərinin nümayəndələri ilə Çin rəsmiləri arasında təmaslar sıxlaşıb. Xüsusilə də iqtisadi, ticari və regional təhlükəsizlik məsələləri müzakirə olunur. Əsas müzakirə predmetinə çevrilən məsələlərdən biri də nəqliyyat-tranzit məsələləridir. Bu, ekspertlər tərəfindən müxtəlif cür şərh olunur. Sual olunur: nə üçün Ukrayna-Rusiya müharibəsinin hazırkı fazasında Çin ilə Aİ ölkələri arasında təmaslar sıxlaşıb? Yaxınlaşmanı daha çox müharibədən sonrakı gedişlə əlaqələndirirlər. Vurğulanır ki, müharibədən sonra çoxqütblü dünyanın yaranmasının tərəfdarı olan Çin və Avropa yeni şəraitdə mövqelərini möhkəmləndirmək üçün belə bir əməkdaşlıq və tərəfdaşlıq mexanizmi formalaşdırmağa çalışır.
Hazırkı dövrdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemində əsas aparıcı güc mərkəzi ABŞ-dır. Müharibədən sonra Vaşinqtonun üstünlüyünü azaltmaq və yeni alternativ beynəlxalq nizam yaratmaq üçün Çin və Avropa tərəfindən belə bir gediş edilir.
Yeri gəlmişkən, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Çin xarici işlər naziri Van İ ilə görüşüb. Bu barədə Borrell özünün sosial şəbəkə hesabında məlumat yayıb. “Çin XİN rəhbəri Van İ ilə Aİ-Çin münasibətləri müzakirə etdik. Çini müharibə ilə bağlı məsələdə daha konstruktiv rol oynamağa çağırdım”, - Borrell qeyd edib.
Proseslərin gedişatı nədən xəbər verir? Çin ilə Avropa İttifaqı nə üçün yaxınlaşır?
Siyasi şərhçi Zaur Məmmədov mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Aİ ölkələri və Çin arasında əlaqələrin dinamikasına ABŞ-ın təsiri kifayət qədərdir. Politoloq qeyd edib ki, Vaşinqtonun Rusiyadan sonra növbəti hədəfi mütləq şəkildə Çin olmalıdır: “Bu gün Pekin və Vaşinqton arasında ziddiyyətlərin artmasını müşahidə edirik”.
Z.Məmmədov onu da vurğulayıb ki, Qərb Çini həm rəqib, həm də təhdid kimi görür: “Yaxın aylarda biz bu qüvvələr arasında münasibətlərin mülayimləşməsinin şahidi olmayacağıq. Əksinə, rəqabət, nüfuz zonalarında üstünlük uğrunda mübarizə artdıqca hətta lokal toqquşma ehtimalı belə aktual olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41

