Ərdoğanın Putin və Zelenski ilə danışıqları...
14.06.2022 [10:30]
Dünyanı gözləyən taxıl böhranının qarşısını ala bilər
Nardar BAYRAMLI
Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, eləcə də müharibənin yaratdığı humanitar problemlərin qarşısının alınması üçün böyük fəallıq göstərir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin lideri ilə danışıqlar aparır. Onun Putin və Zelenski ilə növbəti danışıqları da nəzərdə tutulur. Belə ki, Türkiyə Prezidenti Ukraynadan taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılmasını müzakirə etmək üçün bu həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq. Bu barədə Türkiyənin lideri Vanda gənclərlə görüşü zamanı deyib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Onun sözlərinə görə, son illər Türkiyə regional güc kimi özünü təsdiq edib: “Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Bir vacib məqam ondan ibarətdir ki, Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Bilirsiniz ki, Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirildi. Eyni zamanda, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüş sülh prosesinə müsbət təkan verdi. Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addım idi və bu, İstanbul görüşünün nəticəsi idi. Amma sonradan müəyyən hadisələr bu müsbət addımların davamının qarşısını aldı. Bununla belə, rəsmi Ankara sülh təşəbbüslərini davam etdirir”.
Millət vəkili qeyd edib ki, hazırda gündəmdə olan əsas məsələ taxıl böhranını aradan qaldırmaq, Ukraynanın taxıl məhsullarını dünya bazarına çıxarmaqdır: “Hazırda bu məsələ bütün dünyanın diqqət mərkəzindədir. Çünki dünyanın müxtəlif bölgələrində insanları aclıq təhlükəsi gözləyir. Rusiya və Ukrayna ən böyük taxıl ixtacatçılarıdır. Rusiya ixraçı dayandırıb. Ukrayna isə məlum səbəblərdən taxıl məhsullarını ixrac edə bilmir. Ona görə də, bu məsələ dünya liderlərinin əsas müzakirə mövzularından biridir. Bilirsiniz ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə səfərdə olarkən bu məsələ də ciddi şəkildə müzakirə edildi. Ankarada Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşündə taxıl ixracatı üçün olan əngəllərin aradan qaldırılması diqqət mərkəzində oldu. Görüşün nəticəsi olaraq, yaxın zamanlarda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında İstanbulda görüşün keçiriləcəyi gözlənilir. M.Çavuşoğlunun verdiyi məlumata görə, rəsmi Ankara hazırda Rusiyadan həm görüş, həm də başqa detallarla bağlı cavab gözləyir. Düşünürəm ki, bu həftə cənab Ərdoğanın Putin və Zelenski ilə telefon danışıği da problemin həllində böyük rol oynayacaq. Türkiyə Prezidenti daim Putin və Zelenski ilə təmasdadır. Türkiyənin məqsədi qan tökülməsinin, dünyanı gözləyən ərzaq böhranının qarşısını almaqdır. Beləliklə, qardaş Türkiyənin təşəbbüsləri bu problemlərin həllində vəsilə ola bilər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34

