Şərq suları “ballistik poliqon”a çevrilir
07.06.2022 [10:11]
Qlobal savaşın məkanı dəqiqləşir
KXDR-in ardından ABŞ və Cənubi Koreya da raket sınağına start verdi
Uzaq Şərq suları “ballistik raket” savaşının yeni meydanına çevrilməkdədir. Bu ilin əvvəlindən başlayaraq Yapon dənizində ard-arda partlayan çoxmənzilli, qitələrarası raketlər yaxın perspektiv üçün o qədər də ürəkaçan proqnozlar vəd etmir. Tam əksinə, “sınaq” kodu altında əzələ nümayişi xarakteri daşıyan bu qarşılıqlı mübarizə qlobal savaş anonsunu verməkdədir.
ABŞ və Cənubi Koreya şərq sularında səkkiz raketi sınaqdan keçirib. “Yonhap” agentliyinin yaydığı məlumata görə, bu, Şimali Koreyanın raket sınaqlarına cavab xarakteri daşıyıb. Məlumata görə, iyunun 5-də yerli vaxtla saat 4:45-dən 4:55-dək səkkiz raket müxtəlif hədəflərə doğru buraxılıb. “ABŞ və Cənubi Koreyanın birgə “yer-yer” raketlərinin buraxılması təxribat mənbələrinə dərhal dəqiq zərbələr endirmək qabiliyyətini və hazırlığını nümayiş etdirdi”, - Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib.
Bununla yanaşı, sınağın həyata keçirildiyi gün Yaponiya, ABŞ və Cənubi Koreya hökumətlərinin yüksək rütbəli nümayəndələri arasında telefon danışıqları aparılıb. Onlar Koreya Xalq Demokratik Respublikası tərəfindən həyata keçirilən növbəti raket buraxılışlarını müzakirə ediblər. Tərəflər rəsmi Pxenyanın artan raket və nüvə fəaliyyətinin dünya ictimaiyyətinə açıq və ciddi çağırış olduğu qənaətindədirlər. Onlar, həmçinin üç ölkənin KXDR-in tam nüvəsizləşdirilməsinə nail olmaq üçün sıx əməkdaşlıq etmək niyyətini təsdiqləyiblər. Daha əvvəl isə Şimali Koreya Yapon dənizinə səkkiz qısamənzilli ballistik raket atıb. Hələlik hadisə ilə bağlı hər hansı dağıntı qeydə alınmayıb. Rəsmi Pxenyan ilin əvvəlindən 23 raket sınağı keçirib. Bunlardan 6-sı qitələrarası raketlər olub.
Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın ballistik raketi olduğu güman edilən raketin buraxması barədə məlumat verib. Sahil Mühafizəsi xüsusilə, Yaponiya dənizi zonasında ticarət gəmilərindən artan təhlükəsizlik tədbirlərinə riayət etməyi tələb edib. Qurum raketin üzən fraqmentlərinin aşkarlanacağı təqdirdə onlara heç bir halda yaxınlaşmamağa çağırıb.
Vurğulandığı kimi, “sınaq” adı altında baş tutan qarşılıqlı raket döyüşü yaxın zaman üçün qaçılmaz kimi görünən hərbi toqquşmalara gətirib çıxara bilər. Rusiyanı Avropada hərtərəfli və qəti məğlub etməyə çalışan Qərb koalisiyası ikinci hədəf olaraq seçdiyi Çini Tayvan üzərindən təzyiqə məruz qoyur. Ötən ayın üçüncü ongü?lüyündə ABŞ prezidentinin Uzaq Şərq səfəri bu planın heç də uzaq gələcək üçün hazırlanmadığını göstərdi. Ağ Ev rəhbərinin Tokioda səsləndirdiyi bəyanatlar müharibə çağırışı effetki yaradıb. Eləcə də, Yaponiya paytaxtında masa arxasına oturan müttəfiqlər anti-Çin blokunun sərhədlərini büruzə vermiş oldular. ABŞ-ı bu yolda tək qoymamaq istəyinə düşənlərin sırası günü-gündən genişlənir. Belə ki, ötən il yaradılan AUKUS hərbi bloku ilə yanaşı Cənubi Koreya, Hindistan və Yaponiyanın yer aldığı yeni birlik Çinə qarşı “mühasirə” planına tam uyğun gəlir. Uzaq Şərqdə tamhakimiyyətlilik qərarı verən birliyin planları isə Çin və onun müttəfiqləri üçün siqnala çevrilib. Bu baxımdan, Tayvan üzərinə təzyiqini artıran, hərbi uçuşları və aviasiya hədəsini daha da intensivləşdirən Çinlə yanaşı, açıq dildə nüvə təhdidindən çəkinməyən KXDR Yaponiyanı “yerində” oturtmağa çalışır. Bunun nəticəsi idi ki, Baydenin Yaponiya səfəri çərçivəsində belə KXDR “raket sınağı”ndan çəkinmədi. Tam əksinə, Yapon dənizinə səkkiz qısamənzilli ballistik raket atan rəsmi Pxenyan müttəfiqlərin şərq planının o qədər də rahat inkişaf etməyəcəyini “dedi”. Cənubi Koreya ordusunun məlumatına görə, sınaqdan keçirilən ballistik raketlər arasında qitələrarası başlıqlara malik ola?lar da yer almaqdadır. Bu isə okean üzərindən ABŞ-ın da açıq hədəfə çevrilə biləcəyi ehtimalını yaradır.
Yaranan yeni hərbi situasiya, ortadakı arqumentlər isə növbəti dəfə qlobal savaşın ünvanını təsdiqləyir - bu savaşın şərqə tərəf sürükləndiyini göstərir. Rusiyaya qarşı Avropada tam uğur qazana bilməyən ABŞ Şərq sularında yeni mübarizə başlatmaqla “köhnə qitə”ni fakt qarşısında qoymağa çalışır - hərbi müttəfiqlərin sırası genişləndirilir, yeni hərbi rəqabət coğrafiyası formalaşdırılır. Hindistanı, Talibanın hakimiyyətdə olduğu Əfqanıstanı belə Çinə qarşı mübarizədə yanında görmək istəyən Pentaqon üçün yeganə hədəf qlobal dünya liderliyidir. Avropanın son günlərdə ehtiyatlı davranış siyasətini seçməsi isə “köhnə qitə” üçün “sınağa” çevrilə bilər. “Sınaq”dan üzüağ çıxmaq üçün seçilən yolların hamısı isə Çinə aparır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

