Antalyadan sonra İstanbul...
29.03.2022 [10:28]
Türkiyə iki slavyan xalqın nümayəndələrini danışıq masasına toplayıb
Pərviz İSMAYILOV
Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşünə start verilib. Tərəflər arasında danışıqlar martın 30-na qədər davam edəcək. Xatırladaq ki, Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin sonuncu görüşü martın 21-də videokonfrans formatında olmuşdu. Ona qədər isə Antalya Diplomatiya Forumu çərçivəsində iki ölkənin XİN rəhbərləri Türkiyənin vasitəçiliyi ilə danışıqlar masası arxasına oturmuşdu.
İstanbul görüşü öncəsi Rusiya xarici işlər naziri Lavrov 3 gün davam edəcək danışıqlar prosesini yüksək dəyərləndirib. Türkiyə mətbuatının məlumatına görə, rusiyalı nazir danışıqların uğurla yekunlaşacağına ümidlə baxdığını diqqətə çatdırıb. Lavrov Rusiya prezidenti Vladimir Putin ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüşün perspektivinə də toxunub. O bildirib ki, tərəflər əsas məsələlər üzrə razılığa gəldiyi zaman bu görüşün detalları müzakirə oluna bilər.
Üçgünlük İstanbul danışıqlarının hansı nəticələrə yol açacağını öncədən söyləmək çətin olsa da, verilən açıqlamalar tərəflərin problemi hərbi yolla deyil, danışıqlar vasitəsilə həll etmək arzusunu nümayiş etdirir. Bəs, bu reallaşacaqmı?
Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov sülhün və sabitliyin təmin edilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu bildirib. Üz-üzə danışıqlar prosesinin məhz Türkiyədə keçirilməsi isə qardaş ölkəyə göstərilən etimaddan qaynaqlanır: “Qarşıdakı bir neçə gün ərzində sülhə nail olunacağını demək çətindir. Bununla belə danışıqlar yolunun seçilməsi və canlı təmaslar müəyyən mənada yumşalmalardan xəbər verir. Hər iki tərəf dərk etməlidir ki, müharibə böyük tələfatlara, günahsız insanların ölümünə yol açır. Bununla yanaşı, baş verənlər dünya maliyyə bazarında mühüm gərginliklər yaradıb. Bunun qarşısını almaq üçün intensiv müzakirələr aparılmalı, vasitəçilərin iştirakı ilə təmaslar qurulmalı, çıxış yolları araşdırılmalıdır. İnanıram ki, beynəlxalq aləm davamlı sülhün təmini üçün öz dəstəyini əsirgəməyəcək və Rusiya ilə Ukrayna öz problemlərini masa arxasında müzakirə edib çıxış yolu tapacaqlar”.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən də münaqişənin həm siyasi, həm də iqtisadi gərginliklərə yol açdığını diqqətə çatdırıb. Millət vəkilinin fikrincə, tərəflər arasında siyasi ritorikanın daha da kəskinləşməsi isə problemin həllinə kömək etməyəcək. Bu amil danışıqlar prosesini yenidən aktuallaşdırır. Danışıqlar prosesi üçün isə münbit şəraitin formalaşdırılması ən əsas şərtdir. Türkiyənin danışıqların davam etməsi üçün məkan seçilməsi təsadüfi deyil: “Martın əvvəlində Antalyada keçirilən sammit çərçivəsində iki ölkə arasında XİN rəhbərləri səviyyəsində görüşlər baş tutmuşdu. Düzdür, bu görüşdən mühüm nəticə əldə olunmadı. Bununla belə, Antalyada keçirilən görüş münaqişə başlayandan ilk canlı təmas idi. Görünür canlı təmasın davam etdirilməsi də məhz həmin görüşdə məqsədəuyğun sayılıb. Martın 28-dən 30-na kimi İstanbulda danışıqlar prosesinin növbəti raundunun başlaması bu faktı təsdiqləyir. Danışıqlar prosesində hansı irəliləyişlərə nail olunacağını zaman göstərəcək. Hər bir halda atəşkəsin təmin edilməsi, tərəflərin problemi danışıqlar masası arxasında həll etməsi daha məqsədəuyğun olardı.
Tək bir faktı səsləndirmək bəsdir ki, bu hərbi qarşıdurmada 143 uşaq həyatını itirib. Bu çox dəhşətlidir. Biz bu dəhşəti yaşamışıq. Azərbaycan dövləti hər zaman sülhün təmin edilməsi üçün səy göstərir. Hərbi qarşıdurmalarda günahsız insanlar öz həyatını itirir. Bu mənada, İstanbul görüşündə tərəflərin ən azından hansısa məsələlərdə razılığa gələcəyinə ümid edirik”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

