/ / YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev Meksikada COPPAL və İCAPP 5-ci birgə görüşündə iştirak edib
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev Meksikada COPPAL və İCAPP 5-ci birgə görüşündə iştirak edib
03.12.2014 [09:46]
Bu il 27-29 noyabr tarixlərində Meksikanın paytaxtı Mexiko şəhərində Latın Amerikası Siyasi Partiyalarının Təşkilatı (COPPAL) və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) 5-ci birgə görüşü olub.
Görüşdə Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev iştirak edib. Tədbir haqqında yap.org.az saytına məlumat verən A.Hacıyev bildirib ki, YAP İCAPP-ın Daimi Komitəsinin üzvü kimi qurumun bütün tədbirlərində fəal iştirak edir. A.Hacıyev tədbirdə hər iki təşkilatın əlaqələri, İCAPP-ın BMT-yə müşahidəçi statusla üzv olması məsələlərinin müzakirə olunduğunu deyib. Eyni zamanda, görüş çərçivəsində Asiya və Latın Amerikası ölkələrinin iş adamlarının biznes-forumu keçirilib.
Hər iki təşkilat arasında 4-cü görüşün ötən il Bakı şəhərində keçirildiyini xatırladan A.Hacıyev qeyd edib ki, bu görüşdə əməkdaşlığın inkişafına dair vacib təkliflər verilib. Onun sözlərinə görə, Meksikada da keçirilən görüşdə əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olunub. “Dünyada qloballaşma prosesi gedir. Belə bir vəziyyətdə, müxtəlif qitələrin təmsilçisi olan siyasi partiyalar bir-birilə sıx əlaqə qurmaq, fəaliyyətdə olmaq istəyirlər. Bu mənada belə toplantıların keçirilməsi müsbətdir” - deyə, millət vəkili qeyd edib.
İCAPP-ın BMT-yə müşahidəçi üzv olması məsələsinə gəlincə, A.Hacıyev ötən il təşkilatın nümayəndələrinin BMT Baş katibi Pan Gi Munla görüşünü xatırladıb: “Həmin görüşdə bu məsələ müzakirə olundu. Mən də həmin görüşdə iştirak etmişəm. Bildirildi ki, İCAPP-ın BMT-də müşahidəçi üzv seçilməsi üçün İCAPP-a daxil olan partiyaların təmsil olunduğu dövlətlərin razılığı lazımdır. Artıq 15 ölkə bu haqda öz müsbət mövqeyinin bildirib. Təbii ki, bu məsələ müsbət həllini taparsa, İCAPP-ın beynəlxalq nüfuzuna əhəmiyyətli təsirini göstərəcək”.
YAP-ın Beyənlxalq əlaqələr şöbəsinin müdiri qeyd edib ki, biznes-forumda da hər iki qitənin iş adamları arasında əlaqələrin inkişafı diqqət mərkəzində olub: “Bilirsiniz ki, 2008-ci ildə dünyada iqtisadi böhran başladı. Bu günə qədər dünya böhranın aradan qaldırılması üçün 8,6 trilyon dollar pul xərcələməli olub. Siyasətsiz iqtisadiyyat yoxdur. Ona görə də, belə tədbirlər vacibdir. Biznes-forumda Nikaraquadan Şimali Amerikaya yeni kanalın inşa edilməsi müzakirə olundu. Bu haqda təklif və ideyanın hələ Bakıda keçirilən görüşdə səsləndiyi xatırlandı. Yeni layihənin səbəbi odur ki, Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirən Panama kanalı köhnəldiyi üçün yeni kanalın inşasına ehtiyac yaranıb. Layihənin dəyəri 50 milyard dollar civarındadır və bu yöndə əməli işlərin görülməsi qərara alınıb”.
A.Hacıyev hesab edir ki, ümumilikdə bu tədbir siyasi partiyalar arasında əməkdaşlığın daha da inkişafı üçün faydalı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40

