İsrailli ekspertin fikrincə, helikopterin vurulmasına görə məsuliyyət Yerevanın üzərinə düşür
15.11.2014 [11:35]
ABŞ-da çıxan rusdilli “Forum Daily” qəzetinin 14 noyabr tarixli nömrəsində beynəlxalq münasibətlər sahəsində israilli ekspert, Cənubi Qafqaz üzrə mütəxəssis, Hayfa Universitetinin doktorantı Arye Qut ilə müsahibə dərc edib. AzərTAc həmin müsahibəni təqdim edir.
“Son vaxtlar ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yüksək səviyyəli danışıqların intensivliyi artıb. Xatırladaq ki, lap bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentləri, habelə hər iki ölkənin xarici işlər nazirləri həmsədrlərin dəstəyi ilə problemin tənzimlənməsinə dair prinsipial məsələləri müzakirə edib, qoşunların təmas xəttində sabitliyin qorunub saxlanması, atəşkəs rejiminin təmin olunması, snayperlərin geri çəkilməsi, müxtəlif təhrikçiliklərə yol verilməməsi kimi məsələlər barəsində müəyyən razılığa gəliblər.
Beynəlxalq münasibətlər sahəsində israilli ekspert, Cənubi Qafqaz üzrə mütəxəssis, Hayfa Universitetinin doktorantı Arye Qut ABŞ-da çıxan rusdilli “Forum Daily” qəzetinin müxbirinə müsahibəsində təəssüflə qeyd edib ki, erməni tərəfi Azərbaycanla sülh prosesini lap başlanğıcda pozmaq arzusunu yenidən nümayiş etdirərək işğal olunmuş ərazilərdə, o cümlədən qoşunların təmas xəttində çoxlu hərbi qüvvə və müxtəlif növ texnika cəlb etməklə hərbi təlimlər keçirir.
Ekspertin sözlərinə görə, noyabrın 12-də Ermənistan Respublikası Hərbi Hava Qüvvələrinə məxsus Mİ-24 tipli iki helikopterdən ibarət döyüş cütlüyü cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin ön müdafiə xəttində yerləşən mövqelərinə hücum edərək onları atəşə tutub, sonra isə qaçmağa çalışıb. Arye Qut vurğulayıb: “Cavab atəşi ilə ermənilərin döyüş cütlüyünə daxil olan helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk edib. Tamamilə aydındır ki, Serj Sarkisyanın kriminal rejimi dünya praktikasında mövcud olan bütün normalara zidd davranış nümayiş etdirməkdə davam edərək danışıqlar prosesini pozmaq məqsədilə növbəti təhrikçilik törətməyə çalışıb”.
Ekspert qeyd edib ki, Ermənistan 22 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal altında saxlayır. Bunun nəticəsində ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var.
İsrailli ekspert deyib: “Bununla rəsmi Bakı Ermənistanla münaqişədə indiki status-kvo ilə heç vaxt razılaşmayacağını bildirib. Azərbaycan sərhədini pozmuş erməni helikopterinin vurulması ilə bağlı son hadisələr bir daha göstərir ki, rəsmi Yerevan anlamalıdır: Azərbaycanın səbri son həddə çatıb. Üstəlik, beynəlxalq normalara əsasən Bakının nəinki özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququ var. Təəssüf ki, beynəlxalq münasibətlərin bugünkü reallığı dünya arenasında güc amilinin daha səmərəli təsir göstərməsini sübut edir. Bugünkü Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Azərbaycanın dövlət sərhədini pozmuş erməni helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan öz suverenliyini qorumaq üçün hər hansı konkret qüvvə tətbiq etməyə hazırdır”.
Arye Qut daha sonra deyib: “Hazırda Ermənistan və erməni lobbisi informasiya təxribatına əl ataraq bu hadisəyə görə məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışır və beynəlxalq təşkilatları Azərbaycanın hərəkətlərini pisləməyə çağırırlar... Bu sahədə İsrail dövlətinin real nümunəsi və təcrübəsi var. Suriya təyyarələri bir neçə dəfə İsrailin hava məkanına soxulanda ölkənin hərbi və siyasi rəhbərliyi BMT-nin buna nə deyəcəyini fikirləşmədən dərhal həmin təyyarələrin məhv edilməsini qərara almışdı. Bu, daha bir sərt reallıqdır: ölkəni BMT yox, o özü müdafiə etməlidir”.
Qutun fikrincə, bu baxımdan kimin nə deməsindən, nə bəyan etməsindən asılı olmayaraq, hər bir dövlət öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qabil olmalıdır.
İsrailli ekspert Arye Qut sonda deyib: “Tamamilə aydındır ki, bölgədə indi yaranmış gərginlik Ermənistanın işğalçı siyasətinin, onun danışıqlar prosesini yenidən pozmaq cəhdinin nəticəsidir. Bu məsələdə, ilk növbədə Ermənistan rəhbərliyi təqsirkardır. Mən dəfələrlə təkrar etmişəm ki, Ermənistan prezidenti hazırda ağır geosiyasi və iqtisadi vəziyyətdə olan ölkəsi barədə deyil, hər şeydən əvvəl öz şəxsi hakimiyyətini saxlamaq və möhkəmlətmək haqda, öz klanının mənafeləri barədə düşünür. Tamamilə aydındır ki, Sarkisyanın riyakarlığının həddi-hüdudu yoxdur. Yaxşı deyiblər ki, siyasətdə düzgünlük gücün nəticəsi, riyakarlıq isə zəifliyin nəticəsidir. Prezident Sarkisyan özünü konstruktiv və tolerant göstərməyə çalışır, lakin bunu bacarmır. Təəssüf doğuran faktdır ki, Ermənistan siyasətinin ön səhnəsinə təsadüfən gəlib çıxmış Sarkisyan ikinci müddətə Ermənistan Prezidenti vəzifəsində olmasına baxmayaraq, dövləti təfəkkürdən məhrum olan terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamağa hazır olmadığını bir daha sübut edir. Buna görə də 20 ildən artıq davam edən danışıqlarda heç bir irəliləyiş və real nəticə görünmür”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

