“Trombinoskop”: Nə üçün Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır?
06.11.2014 [09:52]
Fransada nəşr olunan “Trombinoskop” jurnalının oktyabr nömrəsində Milli Assambleyanın deputatları Jerom Lamber, Tyeri Maryani və Jan Lui Dümonun “Nə üçün Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır?” sərlövhəli məqaləsi dərc edilib. AzərTAc məqaləni qısa ixtisarla təqdim edir.
Məqalədə deyilir: “İqtisadiyyatını təşviqi, sabitliyini və sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqının qonşu ölkələrlə münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş Avropa Qonşuluq siyasətinə Azərbaycanın qoşulmasının 10 illiyini iyun ayında qeyd etdik. Avropa İttifaqı ilə bu ölkə arasında münasibətlər 1999-cu ildə tərəfdaşlıq və əməkdaşlığa dair sazişin qüvvəyə mindiyi vaxtdan başlayır.
Avropa İttifaqının Cənubi Qafqazın bu ölkəsi ilə münasibətlərini möhkəmləndirməsi əbəs deyil. Neft və qaz nəhəngi olan Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsi prosesində əvəzsiz ölkədir.
Azərbaycan Avropa İttifaqının, həmçinin Fransanın strateji tərəfdaşıdır. Bu ölkənin enerji ehtiyatlarının 50 faizi Avropaya ixrac olunur və 2013-cü ildə 17,9 milyard avro civarında maliyyə axını ilə əsas ticarət tərəfdaşı olaraq qalır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını və insanların sərbəst gediş-gəlişi üçün 2014-cü ilin avqustunda imzalanmış viza rejiminin sadələşdirilməsi sazişini dəstəkləyən Avropa İttifaqı bu ölkə ilə modernləşmə tərəfdaşlığına dair yaxın vaxtlarda razılığa gələcək.
Hətta Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə də tənqidə məruz qalan Azərbaycan gənc demokratiya kimi keçid dövrünü yaşayır. Buna baxmayaraq, Avropa Parlamenti hüquq müdafiəçilərinin guya sıxışdırılmasını pisləyən təklifi müzakirəyə çıxarıb. 1991-ci ildə müstəqilliyini bərpa edən, gənc demokratik dövlət olan Azərbaycandan Avropa ölkələrinin əsrlərlə nail olduğu Qərb demokratiyasını tələb etmək ən azı ədalətsizlikdir.
Azərbaycanın daxili və xarici siyasəti sürətli iqtisadi inkişafı və zəngin təbii ehtiyatları sayəsində getdikcə daha da genişlənir. Eyni zamanda, Azərbaycan ərazisinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ölkədir. SSRİ-nin süqutu ərəfəsində Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistan sonralar elan olunmamış müharibəyə başlayaraq bu ölkənin Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı yeddi rayonunu işğal edib. BMT-nin Təhlükəsizlik Şurası, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq qurumlar bu işğalı pisləyib və erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılması barədə qətnamələr qəbul edib.
Enerji və iqtisadi ehtiyacları baxımından Avropa İttifaqı Qafqaz regionunda davamlı sabitliyin olmasında maraqlıdır. Buna görə də Cənubi Qafqazın problemlərinin həlli Avropa İttifaqı üçün prioritet məsələ olmalıdır. Biz Minsk qrupunun həmsədri olan Fransanı münaqişənin BMT-nin qətnamələrinə əsasən, ərazi bütövlüyü prinsipi çərçivəsində və yurd-yuvalarından didərgin düşmüş 875 min azərbaycanlı məcburi köçkünün öz doğma torpaqlarına qaytarılması şərti ilə qısa zamanda həlli üçün var qüvvəsi ilə səy göstərməyə çağırırıq. Məhz münaqişə öz həllini tapdıqdan sonra Qafqaz ölkələri tam sabitliyə qovuşar, regionda qarşılıqlı etimada və ehtirama əsaslanan əlaqələr inkişaf edər.
Biz münaqişənin dinc yolla və ədalətli həllinə yönəlmiş bütün səyləri dəstəkləyirik”.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17

