Macarıstanda böyük Turan Qurultayı keçirilib
16.08.2014 [09:45]
Macarıstanda fəaliyyət göstərən Macar Turan Fondunun başlatmış olduğu Hun-Türk Qurultayları Avropada yeni bir Hun dalğasının yaranmasına səbəb olub.
İki ildən bir keçirilən bu Qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğız Respublikası, o cümlədən, bir çox dövlətlərin tərkibində muxtar subyektlər olaraq var olan avarlar, başkurtlar, çuvaşlar, qaqauzlar, qaraqalpaqlar, tatarlar, tuvalar, yakutlar, noğaylar, moğollar böyük nümayəndə heyətləri ilə təmsil olunublar. Sayca V Turan Qurultayı olaraq tarixə düşən növbəti Qurultay 8-10 avqust 2014-cü il tarixində Macarıstanın Buğacı bölgəsində gerçəkləşib. Qurultayda Azərbaycan da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı və dəstəyi ilə böyük nümayəndə heyəti ilə təmsil olunub.
Macarıstandan “Şərq açılımı”
Qurultaydan bir gün öncə öz tarixi və nadir memarlıq incisi kimi hər kəsi heyrətə salan Macarıstan Parlamentində bütün Türk xalqlarının nümayəndə heyətilə görüş keçirilib. Macarıstanda keçirilən Turan Qurultaylarının himayəçisi kimi tanınan vitse-spiker Şandor Lezak nümayəndə heyətlərilə keçirdiyi görüşündə türk xalqlarının tarixi və soy-kökü, o cümlədən gələcək birlikləri doğrultusunda önəmli mesajlar verib: “Biz babalarımızın, atalarımızın şərqdən gətirdikləri motivləri, ornamentləri bu gün də yaşadırıq. Bizi siyasi baxımdan müxtəlif yerlərə çəkmək istədilər. Amma biz babalarımızın gətirdiklərini, onlarla bir yerdə gələnləri heç vaxt unutmadıq, öz içimizdə yaşatdıq. Bax budur, biz bu gün öz qardaşlarımızla, əqrəbalarımızla öz möhtəşəm tariximizi yenidən yad edirik”.
Macarıstan Parlamentində çıxış edən dövlət müşaviri Keskey Erno da Macarıstan Hökumətinin türk xalqları ilə əməkdaşlıqda nə qədər qətiyyətli olduğunu bir daha vurğulayıb: “Dil və soy-kökü əqrəbalığımız yeni anlam, yeni məzmun qazanır. Dörd il öncə Macarıstan Hökuməti “Şərq Açılımı” siyasətinə başladı. Bu çox önəmli qərardır. Şərqdə qohum olan xalqlarla, eyni soy-kökə malik olan insanlarla bir yerdə olmağımızı bilirik, onlarla əlaqələrimizi genişləndirmək istəyirik. Buna görə də, Macarıstan Hökuməti Turan Qurultayını yalnız mənəvi baxımdan deyil, həm də maddi olaraq dəstəkləyir”.
Macar Turan Fondunun rəhbəri Andros Biro Parlamentdəki çıxışında Turan Qurultayının keçirilməsinin məqsədlərini, hədəflərini açıqlayıb: “Biz böyük bir ailəyik - hun-türk kökənlilərin böyük ailəsi... Birlikdə olmağımız, sadəcə tariximizi yansıtmır, biz həm də öz gələcəyimizi birlikdə qururuq. Bu gün hun-türk kökənlilər öz torpaqlarında problemlər yaşayırlar; uyğurlar, Kipr türkləri, İraq və Suriya türkmənləri böyük problemlər yaşayırlar. Azərbaycanın işğal altında olan Qarabağ bölgəsini unutmamalıyıq. Biz, əlbəttə nifrət deyil, sevgi göstərmək istəyirik. Qlobalistlər istəyir ki, dünyada, sadəcə vahid bir insan topluluğu yaratsınlar, lakin dünya rəngarəng millətlərin varlığı ilə gözəldir. Biz Avropanın göbəyində yaşasaq da, öz soy-kökümüzü, öz mədəniyyətimizi əsla unutmadıq. Biz eyni taleyi paylaşan qardaş xalqlarıq. Bizim aramızda işbirlikləri önəmlidir, lakin bizimki sadəcə işbirliyi deyil, eyni qanı daşıyan əqrəbaların işbirliyidir. İşbirliyində partnyorlar dəyişə bilər, qohumluq bağları isə dəyişməz”.
Avropada böyük hun-türk günü
Buğacda düzənlənən V Hun-Türk Qurultayını fərqləndirən əsas özəlliklərdən biri Qurultay keçirilən ərazidə böyük Atilla “yurta”sının (çadır) qurulması olub. Qara rəngdə qurulan “yurta” tarixə həm də bu vaxtadək qurulan ən böyük çadır olaraq keçib. V əsr hun döyüşçülərinin zirehli geyimləri ilə təpədən-dırnağa silahlanmış atlılar yurtanın ətrafında keşik çəkiblər. İki gün ərzində on minlərlə insanın ziyarət etdiyi yurtanın içərisində hunların Altaylardan Karpat hövzəsinə gəlişini əks etdirən əsl tarix canlandırılıb. Yüzlərlə yurtaların qurulduğu böyük ərazidə həm də Macar və Avar qəbilələrinin tarixi, mədəniyyətlərini əks etdirən sərgi düzənlənib. Turan birliyi atlı döyüşçülərin və yay atanların zirehli geyimləri, oynadıqları köböre yarışmalarını həyəcansız izləmək mümkün deyildi. Qədim Hun və Türk mədəniyyətini əks etdirən əşyaların satış yarmarkası, bütün türk xalqlarının musiqi tanıtımı Qurultayın daha da rəngarəng olmasına səbəb olub. Atillanın və hunların zəfərlərini alqışlayan şaman davulçuları səhnəyə dünyanın ən böyük davulları ilə çıxıblar. Bütün dualar Atillanın ruhuna və türk xalqlarının gələcəyinə yönəlib. İndi bütün Macarıstanda, Avropada Atilla sanki yenidən doğulur...
Türk birliyinə xoş gəldin, Macarıstan!
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59

