Qərb və beynəlxalq təşkilatlar işğalçı Ermənistana himayədarlıq edir?
07.08.2014 [09:50]
Azərbaycanın torpaqlarının işğalına sükutla yanaşılması bunu deməyə əsas verir
Son günlər cəbhə xəttində baş verən gərginlik bir daha bəzi həqiqətləri ortaya çıxardı. Bu reallıq təsdiqini tapdı ki, ABŞ başda olmaqla Qərb dairələrinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ikili standartların bariz nümunəsi olmaqla yanaşı, ədalətsiz və riyakar yanaşmadır. Serbiyaya, Rusiyaya və bir sıra müsəlman ölkələrinə ciddi sanksiyalar tətbiq edən ABŞ, Avropa İttifaqı, BMT və dünyanın digər nüfuzlu təşkilatlarının qərar və qətnamələrini icra etməkdən boyun qaçıran Ermənistana qarşı heç bir tədbir görmürlər. Cəzasızlıq mühitində Ermənistan yeni işğalçılıq iddialarını reallaşdırmaqdan, 1994-cü ildə əldə olunmuş atəşkəsi kobud şəkildə pozmaqdan, çoxsaylı insan tələfatına səbəb olan təxribatlardan çəkinmir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız o halda müsbət irəliləyiş əldə edilə bilər ki, ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistana ciddi təzyiq göstərsin. Onun sözlərinə görə, Ermənistan destruktiv mövqe nümayiş etdirir və cəbhə xəttində törətdiyi son təxribatlar, Azərbaycan əsgərlərinin, o cümlədən, dinc sakinlərin öldürülməsi bir daha göstərir ki, Ermənistan heç bir sülh addımı atmaq, işğal etdiyi torpaqlardan çıxmaq istəmir. B.Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda kifayət qədər güzəştlər edib: “Azərbaycanın danışıqlar aparması, Dağlıq Qarabağ ərazisində yaşayan Azərbaycan vətəndaşları olan ermənilərə xüsusi statusun verilməsi kifayət qədər güzəştlərdir ki, Azərbaycan tərəfi edir. İkinci bir tərəfdən, Azərbaycan işğal olunmuş torpaqlarını hərb yolu ilə də azad edə bilər. Ancaq hələ ki Azərbaycan bunu etmir və bu da Ermənistana bir güzəştdir. Ona görə də, mən düşünürəm ki, işğalçıya münasibət kökündən dəyişdirilməlidir. Amma çox təəssüflər olsun ki, həmsədr ölkələr tərəfindən Ermənistana həm maliyyə və iqtisadi, həm də mənəvi dəstək göstərilir. Belə olduğu halda işğalçı heç cür konstruktiv mövqe nümayiş etdirə bilməz”.
Millət vəkili qeyd edib ki, Ermənistanın cəbhə xəttində törətdiyi son təxribatlara beynəlxalq ictimaiyyət düzgün münasibət göstərmədi: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən yenidən Azərbaycana hücum edir, Azərbaycan əsgərləri öz mövqelərində həlak olur, amma dünya buna heç bir qiymət vermir, yenə də bəyanatlarla çıxış edirlər ki, tərəfləri atəşkəsi qorumağa səsləyirik. Amma çox təəssüf ki, nə BMT, nə Minsk qrupunun həmsədr ölkələri söylədilər ki, Ermənistan növbəti dəfə Azərbaycana qarşı qətliam həyata keçirdi. Azərbaycan əsgərlərinin öldürülməsi o deməkdir ki, işğalçı öz siyasətini davam etdirir, amma işğalçıya qarşı bəyanat səsləndirilmir, sadəcə deyilir ki, tərəfləri sülhə dəvət edirik. Ukrayna ilə bağlı davranış Azərbaycanla bağlı nümayiş etdirilmir, baxmayaraq ki, Azərbaycan Avropanın, regionun nəinki enerji təhlükəsizliyinin, bütövlükdə sabitliyin əsas qarantıdır”.
B.Əliyev əlavə edib ki, bu gün Azərbaycanın tutduğu mövqe, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət tamamilə doğrudur. Millət vəkil deyib ki, Ermənistanın son təxribatlarına Azərbaycan Ordusunun layiqli cavab verməsi onu göstərir ki, Azərbaycan bu haqq işində öz siyasətini gerçəkləşdirmək əzmindədir və bunu edəcək.
Millət vəkili Sahib Alıyev də beynəlxalq təşkilatların və bir sıra dövlətlərin Dağlıq Qarabağ probleminə münasibətdə ikili standartlarla çıxış etdiyini deyib: “Erməni hərbçilərinin cəbhə xəttində növbəti təxribatlarından sonra yaranan gərginliklə bağlı BMT Baş katibi Pan Gi Mundan da reaksiya gəldi. O da həmsədrlər kimi tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır. Əgər buradakı vəziyyətdən BMT Baş katibi doğrudan da narahatdırsa və başında durduğu qurumun imici haqda fikirləşirsə, onda cənab Pan Gi Mun belə bir çağırışdansa işğalçılardan Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmələrini tələb etməlidir. Amma çox təəssüf ki, nə o, nə də üzərlərinə vasitəçilik missiyası götürən dövlətlərin (onlar həm də qətnaməsi kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının üzvləridir) təmsilçiləri belə bir tələb irəli sürmür və torpağı qəsb edilənlə qəsbkar arasında fərq qoymayarq “tərəflər” terminini işlədirlər. Bununla da, “Dağlıq Qarabağ problemi ancaq sülh yolu ilə həll edilə bilər” deyənlər, əslində, hər ötən gün savaşı bir az da yaxınlaşdırırlar”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə bildirib ki, Azərbaycanın BMT tərəfindən də tanınmış ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan yenə qanlar tökür. Onun sözlərinə görə, qoşunların təmas xəttində atəşkəs rejiminin və ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasının tələblərini böyük ölçüdə pozan Ermənistan tərəfi, öz qeyri-qanuni əməllərini gizlətmək məqsədi ilə ənənəvi üsullardan faydalanmaq istəyir: “Erməni tərəfi guya Azərbaycan silahlı qüvvələrinin hücuma keçdiyi haqqında yanlış informasiyalarla dünya ictimaiyyətini yenə çaşdırmağa çalışır. Biz Milli QHT Forumu olaraq, Ermənistanın bu addımlarını qətiyyətlə pisləyir, beynəlxalq qurumlardan, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslardan Ermənistanın növbəti hücum faktlarını, eləcə də, yanlış informasiya siyasətini diqqətdə saxlamağı xahiş edirik. Hesab edirik ki, yeni qanlı hadisələr nə Qafqaza, nə də bütövlükdə dünyaya gərək deyil və Ermənistan nəhayət Azərbaycana qarşı işğalçılıq siyasətindən və dünya ictimaiyyətini aldatmaq cəhdlərindən əl çəkməlidir”.
R.Zeyni qeyd edib ki, baş verən hadisələr fonunda, təəssüf ki, beynəlxalq təşkilatlar, dövlətlər işğalçıya qarşı hər hansı təzyiq göstərmirlər. Bu isə beynəxalq hüquq normalarının pozulmasına ədalətsiz bir yanaşmadır. “Biz beynəlxalq ictimaiyyətə bəyan edirik ki, işğalçı Ermənistan ona dəstək olan böyük dövlətlərin himayəsinə arxalanaraq, atəşkəs rejimini pozaraq təxribatlara son qoymazsa, bu konfliktin danışıqlar yolu ilə həllinə, regionda sülhə və sabitliyə zərbə vurar və beləliklə də Azərbaycan öz torpaqlarını işğalçılardan azad etmək məqsədilə öz beynəlxalq hüququndan istifadə edərək hərbi əməliyyatlar keçirmək məcburiyyətində qala bilər. Ermənistanın məsuliyyətsizliyi və təxribatları nəticəsində bölgədə müharibə yenidən alovlana bilər” - deyə, R.Zeyni qeyd edib.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov da beynəlxalq birliyin Ermənistanın işğalçılıq siyasətinə qarşı ciddi addımlar atmadığını deyib. Onun sözlərinə görə, son hadisələr Qərbin, eləcə də, beynəlxalq birliyin əsl mahiyyətini ortaya qoyur: “Son günlər beynəlxalq təşkilatlar, dövlətlər cəbhə xəttindəki gərginliklə bağlı bəyanatlar verməkdədirlər. Onların böyük əksəriyyəti, işğalçı Ermənistana qarşı tənqidi fikir səsləndirməyiblər. Xüsusilə, BMT Baş katibinin, Minsk qrupunun həmsədrlərinin bəyanatı təəssüf doğurur. Ermənilərə havadarlıq edən Fransa, ABŞ ATƏT-in Minsk qrupunda dırnaqarası fəallıq etsələr də, əslində, bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını istəmirlər. Ancaq biz hərbi yolla da olsa, mübarizə aparıb torpaqlarımızı geri qaytaracağıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
