Sarkisyanın Latın Amerikası fiaskosu
10.07.2014 [09:55]
Avrasiya İttifaqına daxil ola bilməyən Ermənistanın rəhbərliyinin Latın Amerikası ölkələrinə turnesi daha biabırçı xarakter daşıdı
İşğalçı siyasət yeridən Ermənistanın beynəlxalq münasibətlər sistemində “forpost” kimi tanınması, müstəqil daxili və xarici siyasət kursuna malik olmaması sirr deyil. Bundan başqa, Ermənistanın xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər.
Məhz regional miqyasda baş verən son hadisələr bir müddət öncə Avropa ilə Rusiya arasında manevr etdiyi söylənilən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə, sadəcə, hərbi baza, yaxud quberniya səciyyəsi daşıdığını bir daha təsdiqlədi. Son vaxtlar erməni ekspertləri, həmçinin işğalçı ölkənin mediası da Ermənistanın “forpost” kimi çıxış etdiyini xüsusi olaraq bəyan edirlər.
Erməni prezidentin Latın Amerikası ölkələrinə turnesi iflasa uğradı
Ermənistan rəhbərliyi olduqca mürəkkəb vəziyyətdən çıxış yolunu müxtəlif manevrlər etməklə tapmağa çalışır. Bu istiqamətdə gah turnelər təşkil etmək, gah hansısa geosiyasi ittifaqa qoşulmaqla müəyyən nailiyyətlər əldə etmək istənilsə də, son nəticə eyni olur: İFLAS! Bu kontekstdə qeyd edək ki, Avrasiya İttifaqına üzvlüklə bağlı biabırçı diplomatik məğlubiyyətdən sonra Sarkisyanın Cənubi Amerika turnesi də fiaskoya uğradı. Azərbaycanın iradəsinə uyğun olaraq Avrasiya İttifaqına daxil ola bilməyən erməni rəhbərliyi Sarkisyanın Cənubi Amerika ölkələrinə səfərinə xüsusi önəm verir, Ermənistan mediası isə bunu “ağlasığmaz uğuru” mümkün edəcək “diplomatik hücum” kimi qələmə verirdi. Belə bir rəy formalaşdırılırdı ki, guya, Latın Amerikası ölkələri rəhbərləri Sarkisyanın pişvazına çıxmağa növbə tutublarmış, “Dağlıq Qarabağ”ın “müstəqilliyinin tanınması” isə artıq “həll olunmuş” məsələdir. Bundan başqa, guya, Ermənistan Rusiya-Belarus-Qazaxıstan üçlüyündən ala bilmədiyini Cənubi Amerikadan alacaqmış və beləliklə də, Astana məğlubiyyətinin əvəzini Buenos-Ayresdə çıxacaqmış. Bu zaman Argentina və Uruqvay prezidentləri - Kristina Kirşner və Xose Muxikanın qeyri-standart addımlar atmaq bacarıqları qabardılırdı. Amma baş vermiş hadisələr Sarkisyanın Latın Amerikası ölkələrinə turnesinin daha biabırçı xarakter daşıdığını və tam iflasa uğradığını göstərdi.
Qeyd edək ki, Argentinaya qədəm qoyan Sarkisyan protokol qaydalarına uyğun qarşılanmayıb. Üstəlik, Buenos-Ayresdə hava limanında prezident başda olmaqla bütün nümayəndə heyətini yoxlamaq qərara alınıb. Belə vəziyyəti görən Sarkisyan Argentinanı təcili tərk etmək istəyib. Lakin Argentinanın xarici işlər naziri Hektor Timerman və vitse-prezident Amado Vill tərəfindən qəbul olunmaq perspektivi onu bu fikrindən döndərib.
Argentina mətbuatı Sarkisyanın və Ermənistan nümayəndə heyətinin oteldə yerləşməsində də problemlər yarandığını yazıb. Bildirilib ki, otellə bağlı məsələlər vaxtında həll edilmədiyindən Sarkisyan bir saatdan artıq foyedə gözləməli olub. Bundan başqa, Sarkisyana səfərin Prezident Administrasiyasında davam edəcəyi bildirilsə də, ona kiminlə görüşəcəyinə dair heç bir məlumat verilməyib. Amma bu görüş də baş tutmayıb və erməni prezident bir neçə saat hotel otağına qapanmalı olub.
Turnenin biabırçı sonu: rəsmilər əhvallarını “erməni əzabları” haqda nağıllarla korlamaq istəməyiblər
Turne əvvəlcədən bəyan edilmiş hədəflərinə nail olmaq bir yana, bu haqda danışıqlar aparılmağa imkan verilmədən biabırçı finala çatıb. Çünki Sarkisyana Argentina prezidentinin xəstələndiyi və onunla görüşə bilməyəcəyi izah edilib. Əslində isə, xanım Kirşner bu zaman daha vacib bildiyi işlə məşğul imiş - Argentina millisinin də yarımfinala yüksəldiyi futbol çempionatını izləyirmiş və bu mundial ovqatını “erməni əzabları” haqda nağıllarla korlamaq istəməyib.
Beləliklə, səfər proqramı əlüstü dəyişilir. Sarkisyana nağıllarını danışmağa ünvan göstərilir - qəbiristanlığa gedib orada general San-Martinin qəbrini ziyarət etmək. Məzardan sonra Sarkisyanı Buenos-Ayresin meri də dinləyir.
Əlbəttə ki, erməni dərdini ermənidən özgə kim yaxşı dinlər? Bu dəfə uzaq Ararat xülyasının canlı daşıyıcısını “Corporacion America” şirkətinin erməni prezidenti Eduardo Eurnikyan qəbul edir. Qısa dərdləşmədən sonra isə biabırçı səfər sona çatır.
İndi Sarkisyan Uruqvay və Çilidə hansı sürprizlərlə qarşılaşacağı barədə düşünür.
Ermənistanın xarici siyasəti iflas nümunəsinə çevrilib
Beləliklə, görünən odur ki, Ermənistanın beynəlxalq miqyasda mövqeyi olmadığından heç bir prosesə təsir imkanı yoxdur. Astanada aparılan müzakirələr, Sarkisyanın Latın Amerika turnesi zamanı baş verənlər bunu növbəti dəfə sübuta yetirdi. Ermənistan hazırda elə bir situasiya qarşısındadır ki, xarici siyasətdə nəinki hər hansı bir uğurdan, heç nisbi müstəqillikdən də danışmağa dəyməz. Bu baxımdan, ölkə heç bir müstəqil dövlətçilik atributlarına malik deyil. Belə bir dövlətin hansısa birliyə müstəqil ölkə kimi üzv qəbul olunması, beynəlxalq miqyasda müstəqil, etibarlı subyekt kimi qəbul olunması, sadəcə olaraq, absurddur. Ermənistanın, ümumiyyətlə, məsələlərə hər hansı strateji yanaşması yoxdur.
Dolayısıyla, regional layihələrdə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb.
Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası real nəticələr verməkdədir
Göründüyü kimi, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası, konkret strategiya əsasında reallaşdırılan məqsədyönlü xarici siyasət kursunun yeni hədəfləri artıq real nəticələr verməkdədir. Qoşulmama Hərəkatında aktiv fəaliyyət, Latın Amerikası ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi erməni lobbisinin arxa cəbhəsinə çevrilmiş bu regionda da onları sıxışdırmağa geniş imkanlar açıb. Sirr deyil ki, ölkəmizin xarici siyasət kursunu səciyyələndirən cəhətlərdən biri də ölkəmizin qlobal informasiya məkanında mövqeyini möhkəmləndirməsi, erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinə fəal şəkildə müqavimət göstərməsi, hətta son dövrlərdə üstünlüyü ələ almasıdır. Bundan başqa, davamlı surətdə inkişaf etdirilən çoxşaxəli münasibətlər Azərbaycan diplomatiyasının əhəmiyyətli qələbələr qazanmasını şərtləndirir. Başqa sözlə, aktiv fəaliyyət mexanizmi kimi səciyyələndirilən hücum diplomatiyası qazanılan nailiyyətlərin ardıcıl olmasını təmin edir. Bu məqamda qeyd edək ki, əvvəl Meksika parlamentinin Xocalı soyqırımını tanıması ilə başlayan bu hücum artıq digər Latın Amerikası ölkələrinə də sirayət edib. Son illər Azərbaycanın ən çox yeni diplomatik və ticari missiyalar açdığı region da Latın Amerikasıdır. Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan daha da fəal xarici siyasət yürüdərək beynəlxalq aləmdə tərəfdaşlarının sayını xeyli artırıb. Bu baxımdan, Azərbaycanın son dövrlərdə Latın Amerikası regionu dövlətləri ilə əlaqələri sürətlə genişlənməkdədir. Əlaqələrin genişlənməsi isə, ümumilikdə, qarşılıqlı-faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni lobbisinin neytrallaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Nəticə etibarilə bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidentinin erməni lobbisinin güclü olduğu ölkələrdə aktiv mübarizəyə qoşulmaq taktikası öz uğurlu nəticəsini verir. Artıq Azərbaycan həqiqətləri daha geniş platformada dünya ictimaiyyətinə çatdırılır, Ermənistan nəinki regional, eləcə də qlobal miqyasda təcrid vəziyyətinə düşür.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58
