Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Brüsseldə Azərbaycanla bağlı keçirilən tədbir müəyyən anti-azərbaycançı dairələrin maraqlarına xidmət edir

Brüsseldə Azərbaycanla bağlı keçirilən tədbir müəyyən anti-azərbaycançı dairələrin maraqlarına xidmət edir

08.10.2013 [13:25]

Millət vəkilləri hesab edir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişaf etdiyi bir vaxtda belə bir tədbirin keçirilməsi təxribatdır
Məlum olduğu kimi, ötən həftə Milli Məclisin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Asim Mollazadə Belçikanın paytaxtı Brüsseldə səfərdə olublar. Millət vəkilləri Brüsseldə keçirilən “Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda da iştirak ediblər.
Dünən deputatlar Milli Məclisdə səfərlərinin yekunlarına dair mətbuat konfransı keçiriblər. Mətbuat konfransını giriş sözü ilə açan Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib ki, səfər çərçivəsində deputatlarımız bir sıra görüşlər keçirib, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, qarşıda duran vəzifələr barədə söhbətlər aparıblar. Avropa Parlamentində təşkil olunan görüşlərdə Azərbaycanın ərazi bütövlüyü, seçki öncəsi vəziyyət və digər məsələlər gündəmə gətirilib.
Səfərlə bağlı çıxış edən millət vəkili Fuad Muradov qeyd edib ki, yaxın vaxtlarda Vilnüsdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı konfrans keçiriləcək. Onun sözlərinə görə, həmin konfransda Azərbaycan nümayəndə heyətinin də iştirakı gözlənilir.
Avropada olan bir sıra təşkilatların Azərbaycandakı seçkiqabağı vəziyyəti qiymətləndirməsi məsələsinə də toxunan F.Muradov deyib: “Avropa Parlamentindəki bəzi qruplar Azərbaycana qərəzli mövqe nümayiş etdirir. Biz Brüsseldə keçirdiyimiz görüşlər zamanı da bunu onlara dedik. Həmin partiyanın Azərbaycandan olan tərəfdaşı Müsavat Partiyasıdır. Müsavatın başqanı İsa Qəmbər və “Milli şura”dan da bir neçə şəxslər həmin seminarda iştirak edirdilər. Biz orada Azərbaycanın real vəziyyəti barədə məlumat verdik. Biz Avropa ilə mühüm strateji əməkdaşlığa keçmişik. Biz Azərbaycanın bütövlüyü, məcburi köçkünlərin vəziyyəti, ərazi bütövlüyü və digər məsələləri gündəmə gətirmişik. Biz onlara söylədik ki, axı nə üçün indiyədək Ermənistanın işğalçı dövlət olduğunu bəyan etmirsiniz? Avropalı nümayəndələr isə sualımızdan qaçdılar. Onlar Azərbaycana təsir və təzyiq göstərmək üçün demokratiya və insan haqları məsələsindən sui-istifadə edirlər”.
Millət vəkili Fuad Muradov Müsavat başqanı İsa Qəmbərin bu müzakirələrdə passiv iştirakından narazılıq edib. “Bu tədbiri təşkil edən liberal-demokrat qrup Müsavat Partiyası ilə bir blokda müttəfiqdir. Müsavat Partiyası bu məsələnin gündəliyə salınmasına öz etirazını bildirə bilərdi. Amma biz bunun şahidi olmadıq”.
Millət vəkili Asim Mollazadə isə bildirib ki, bu, Avropa Parlamentinin tədbiri deyil, Hollandiyadakı liberal-demokrat qrupunun seminarı idi. Onun sözlərinə görə, Avropa Parlamentinin hər bir üzvünün belə seminar keçirmək hüququ var: “Çox qəribədir ki, bu tədbirə “Avropada tanınmayan xalqların təşkilatı” adlı qurumun nümayəndələri dəvət olunmuşdu. Tədbir əvvəldən axıradək Azərbaycanın əleyhinə olan nitqlərlə müşayiət olundu”.
Onun sözlərinə görə bu heç də təsadüfi deyil. A.Mollazadə qeyd edib ki, seminarda tədbirin məqsədinə zidd olaraq etnik separatizm, ora dəvət olunan bəzi separatçı təşkilatların nümayəndələrinin guya Azərbaycanda etnik ayrı-seçkiliklə bağlı məruzələri müzakirə olunub: “Guya Azərbaycanda etnik ayrı-seçkilik baş alıb gedir, milli azlıqların hüquqları pozulur və s. Burada məqsəd Azərbaycanı Avropaya inteqrasiya yolundan separatizm vasitəsilə döndərməkdir. Bunun təxribat olduğunu bildirdik. Təbii ki, biz seminarın adına uyğun olmayan bu müzakirələrin keçirilməsinə etiraz etdik və Azərbaycana qarşı bu iddiaların əsassız olduğunu bildirdik”.
A.Mollazadə deyib ki, hətta orada bir nəfər deyib: “Talışların lideri Əlikram Hümmətov Yerevanda olduğu üçün özü burada iştirak etmir, mən onu təmsil edirəm”.
Millət vəkili deyib ki, bu ilin noyabr ayında Vilnüsdə AVRONEST Parlament Assambleyasının zirvə toplantısı keçiriləcək. Onu sözlərinə görə, bu tədbirdə Azərbaycanın bir sıra mühüm sənədlər imzalayacağı gözlənilir. Bu sırada vizaların sadələşdirilməsi məsələsi də var: “Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı strateji əməkdaşlıq sənədinin hazırlanması üzərində iş gedir. Məhz belə həssas məqamda Brüsseldə bu tədbirin təşkil olunması ölkəmizə qarşı qərəzdən xəbər verir”.
A.Mollazadə bildirib ki, Ermənistan Gömrük İttifaqına qoşulmaqla faktiki olaraq Avropa İttifaqı ilə əməkdaşlıqdan kənarda qalıb, AVRONEST PA-nın zirvə toplantısında Ermənistanla bağlı əməkdaşlıq məsələləri gündəlikdən çıxarılıb. Odur ki, Azərbaycanın Avropa ilə belə isti əlaqələri bir sıra dairələrin xoşuna gəlmir və bu əlaqələri əngəlləmək yolunda fəaliyyətə keçiblər.
Millət vəkili Çingiz Əsədullayev də həmin tədbirin qeyri-konstruktiv məcrada keçdiyini bildirib.
Ümumiyyətlə, millət vəkilləri seminarda səslənən qərəzli fikirlərə kəskin etirazlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycan demokratik, dünyəvi ölkədir və bu gün dünyada tolerantlıq nümunəsi kimi tanınır: “Ölkəmizdə yaşayan milli azlıqlar, dinlər bərabər hüquqa malikdirlər. Bunun üçün kifayət qədər hüquqi baza mövcuddur”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1676 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30