Türk dünyasının enerji diplomatiyası
05.08.2025 [11:21]
Azərbaycan və Türkiyə Suriyanın enerji təminatında yeni səhifə açır
Azərbaycan qazının avqustun 2-dən etibarən Suriyaya nəqli gerçəkləşdi və rəsmi Bakı Yaxın Şərq bölgəsində də etibarlı enerji təchizatçısı statusu qazandı. Belə ki, SVOP razılaşmasına əsasən, Azərbaycandan ixrac edilən qaz Kilis-Hələb marşrutu üzrə Suriyaya ixrac olunaraq qaz şəbəkəsi infrastrukturuna daxil edilib. Qazın Türkiyə üzərindən Suriyaya nəqletmə mərasimində bəyan olunduğu kimi, təbii qaz boru xəttinin istifadəyə verilməsi regional baxımdan olduqca mühüm və çoxşaxəli nəticələr doğuracaq strateji hadisədir. Boru xətti Suriyanın təcili enerji tələbatını qarşılamaqla yanaşı, Türkiyənin və Azərbaycanın regional enerji diplomatiyasında, enerji ixracında yeni bir səhifə açması deməkdir.
Azərbaycan qazı Suriyanın enerji problemini həll edəcək
Uzun illər davam edən münaqişələr nəticəsində Suriyanın dağıdılmış infrastrukturunun böyük hissəsi elektrik enerjisi təminatdan əziyyət çəkir və Azərbaycan qazı bu problemlərin artırılması baxımından həyati əhəmiyyət kəsb edir. Belə ki, gündəlik nəql edilən 3,4 milyon kubmetrə bərabər qaz Suriyada təxminən 900 meqavat gücündə elektrik enerjisi istehsal edilməklə elektrik şəbəkəsinin dayanıqlığının artırılmasına töhfə verəcək. Anlaşmaya əsasən, Azərbaycan ildə 1 milyard kubmetr həcmində qazı Suriyata ötürəcək ki, yanacaq bu ölkənin enerji təchizatını “ayağa qaldırmaqla” iqtisadiyyatın dirçəlməsi üçün təkanverici qüvvə rolunu oynayacaq. Yeri gəlmişkən, Kilis-Hələb xəttinin ötürücülük potensialı günlük 6 milyon kubmetrdir. Gələcəkdə bu kəmərlə qaz nəqlinin artırılması planlaşdırılır. Bu isə Suriyanın sənaye-iqtisadi inkişaf planlarında ölkəmizin daha çox fayda verməsi deməkdir. Bir sözlə, Azərbaycan Suriyanın qaz və enerji sektorunun inkişafına kömək etməklə sənaye quruculuğunun da təşviqinə dəstək verərək ümumilikdə, iqtisadi bərpasına qardaşlıq dəstəyi vermiş olur.
Eyni zamanda, yanacaq nəqli Suriyada zavodların fəaliyyətə başlaması, ticarətin canlanması və məşğulluğun artmasına səbəb olacaq ki, bu da daxili miqrasiyanın azalmasına və hətta qaçqınların geri dönüşünə şərait yaradan amildir. Bu, həm də Türkiyənin də qarşılaşdığı qaçqın problemində dolayı yolla həll potensialı yaradır. Yəni, Azərbaycan Türkiyənin də üzləşdiyi sosial-miqrasiya çətinliklərinin tədricən aradan qalxmasında bilavasitə iştirakçılıq qazanmış olur.
Yaxın Şərq coğrafiyasında yeni rəqabət imkanları yaranır
Suriyaya qaz nəqli Azərbaycanın ixrac qüdrətini nümayiş etdirir. Ölkəmiz növbəti qaz ixracı ilə hazırda dünyanın ən çox yanacaq nəql edən təminatçılarından birinə çevrilir. Belə ki, respublikamız artıq 14 dövləti təbii qaz ilə təchiz edir ki, bu da Azərbaycanı həm dünya, həm də regional miqyasda vacib qaz təchizatçısına, eləcə də enerji təhlükəsizliyinə töhfə verən dövlət olduğunu təsdiqləyir. Mərasimdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarovun da vurğuladığı kimi bu, Azərbaycanın güclü enerji qətiyyəti və iradəsi, fəal beynəlxalq əməkdaşlıq alyansı yaratması və sarsılmaz nüfuzu sayəsində mümkün olmaqdadır. Azərbaycanın milli enerji korporasiyası olan SOCAR-ın fəaliyyəti isə bu əməkdaşlıq blokunda xüsusi təqdirəlayiqdir. Nə qədər mürəkkəb olsa da, qısa müddətdə bu məsələnin logistika, kommersiya şərtlərinin, qaz həcmlərinin müəyyənləşdirilməsi işlərinin SOCAR tərəfindən həyata keçirilməsi Azərbaycanın bu sahədə olan nailiyyətləri?? nümayiş etdirir.
Məhz dövlət şirkəti olan SOCAR-ın təchiz etməsi Yaxın Şərq bazarı və coğrafiyasında Azərbaycan qazının rəqabətli şərtlərlə nəqlinin mümkünlüyünə dəlalət edir. M.Cabbarovun sözlərinə görə, yeni təchizatın həyata keçirilməsi ilə Azərbaycan yalnız Qərb istiqamətini deyil, Cənub və Şərq istiqamətini də, rəqabətli şəkildə öz enerjisi ilə təchiz edir, bu isə diversifikasiyanın uğurlu nəticələr verdiyini göstərir. Orta və uzunmüddətli planlarda bu istiqamətdə fəaliyyət davam etdiriləcək ki, nəticədə Azərbaycan?? nüfuzu daha da artmış olacaq.
Bakı və Ankara bölgədə uzunmüddətli regional sabitliyə töhfə verir
Azərbaycan enerjinin və tranzit marşrutlarının şaxələnməsində də yaxşı nümunə yaradır. Türk dünyası üzrə mütəxəssis Məhmət Yücə bildirib ki, enerji nəqli bölgədə sabitliyin və iqtisadi dirçəlişin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır. Həyata keçirilən layihə yalnız enerji transferi deyil, həm də Türkiyənin regional liderlik iddialarını gücləndirən, Suriyanın yenidənqurma prosesinə mühüm töhfə verən və Azərbaycanın enerji diplomatiyasını genişləndirən çoxşaxəli siyasi qərardır. Layihə regional enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli regional sabitliyin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Xəttin istifadəyə verilməsini Azərbaycanın enerji ixracı tarixində mühüm bir mərhələ kimi dəyərləndirən şərhçi qeyd edib ki, layihə ilə Cənubi Qafqazla Yaxın Şərq arasında yeni bir enerji körpüsünün əsası qoyuldu. Hazırda Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Azərbaycan bu layihə ilə enerji ixrac coğrafiyasını Yaxın Şərqə doğru genişləndirir.
Müasir beynəlxalq münasibətlərdə enerji təchizatı əhəmiyyətli “yumşaq güc” alətidir”. Azərbaycanın Yaxın Şərqdə fəal aktor kimi önə çıxmaq siyasəti, ölkənin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradır. Çoxşaxəli əməkdaşlıq arxitekturasının möhkəmlənməsi isə regional inkişaf və sabitliyin möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə dəstək olacaq.
Körfəz dövlətləri blokunda yeni enerji alyansı
Sazişin imzalanması ilə Azərbaycanın Yaxın Şərqdəki enerji siyasətində yeni bir mərhələnin başlanğıcı qoyulub və Azərbaycanın enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirmək niyyətini göstərir. Azərbaycan qazının Suriyaya nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Belə ki, münaqişə zamanı ciddi şəkildə dağıdılmış Suriya-İordaniya qaz boru xəttinin yenidən qurulması nəzərdə tutulur ki, bu da Azərbaycan qazının Suriya vasitəsilə Misirə qədər çatdırılmasına imkan verəcək. Azərbaycan üçün bu xətt Avropa bazarlarına əlavə olaraq, Yaxın Şərqdə yeni bazarların açılması deməkdir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər və körfəz dövlətləri blokunda yeni enerji alyansı formalaşması qaçılmazdır.
Beləliklə, Azərbaycanın enerji ixrac portfelinin şaxələndirilməsi və regional enerji təhlükəsizliyindəki mövqeyinin gücləndirilməsi baxımından vacib geoiqtisadi amil kimi möhkəmlənir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax 
                    Dünya
31 Oktyabr 23:46
 
                    Siyasət
31 Oktyabr 23:41
 
                    Daxili siyasət
31 Oktyabr 23:32
 
                    YAP xəbərləri
31 Oktyabr 23:27
 
                    Siyasət
31 Oktyabr 23:22
 
                    Dünya
31 Oktyabr 23:18
 
                    Dünya
31 Oktyabr 22:51
 
                    Dünya
31 Oktyabr 22:45
 
                    Dünya
31 Oktyabr 22:17
 
                    Dünya
31 Oktyabr 21:59
 
                    Dünya
31 Oktyabr 21:26
 
                    YAP xəbərləri
31 Oktyabr 21:05
 
                    Dünya
31 Oktyabr 20:58
 
                    Hadisə
31 Oktyabr 20:35
 
                    Sosial
31 Oktyabr 20:19
 
                    İqtisadiyyat
31 Oktyabr 19:46
 
                    Dünya
31 Oktyabr 19:31
 
                    Sosial
31 Oktyabr 19:11
 
                    Siyasət
31 Oktyabr 18:33
 
                    YAP xəbərləri
31 Oktyabr 18:14
 
                    YAP xəbərləri
31 Oktyabr 18:02
 
                    YAP xəbərləri
31 Oktyabr 17:53
 
                    YAP xəbərləri
31 Oktyabr 17:50
 
                    İqtisadiyyat
31 Oktyabr 17:25
 
                    Hadisə
31 Oktyabr 17:09
 
                    Dünya
31 Oktyabr 16:41
 
                    Siyasət
31 Oktyabr 16:19
 
                    Sosial
31 Oktyabr 16:18
 
                    Hadisə
31 Oktyabr 16:13
 
                    Dünya
31 Oktyabr 15:32
 
                    Dünya
31 Oktyabr 15:06
 
                    Hadisə
31 Oktyabr 14:53
 
                    Sosial
31 Oktyabr 14:52
 
                    Dünya
31 Oktyabr 14:20
 
                    Dünya
31 Oktyabr 13:53
 
                    Dünya
31 Oktyabr 13:30
 
                    Dünya
31 Oktyabr 13:19
 
                    Dünya
31 Oktyabr 12:46
 
                    YAP xəbərləri
31 Oktyabr 12:33
 
                    Siyasət
31 Oktyabr 12:25
 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
 
                    İqtisadiyyat
31 Oktyabr 10:52
 
                    İqtisadiyyat
31 Oktyabr 10:49
 
                    MEDİA
31 Oktyabr 10:30
 
                    Analitik
31 Oktyabr 10:16
 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
 
                    Ədəbiyyat
31 Oktyabr 09:34
 
                    Analitik
31 Oktyabr 09:15
 
                    Sosial
31 Oktyabr 08:57
 
                    Sosial
31 Oktyabr 08:31
 
                    Hadisə
31 Oktyabr 08:12
 
                    Mədəniyyət
31 Oktyabr 08:11
 
                    Mədəniyyət
31 Oktyabr 08:10
 
                    İdman
31 Oktyabr 08:08
 
                    Sosial
31 Oktyabr 08:01
 
                    Gündəm
31 Oktyabr 07:42
 
                    Dünya
30 Oktyabr 23:55
 
                    İdman
30 Oktyabr 23:31
 
                    YAP xəbərləri
30 Oktyabr 23:14
 
                    Dünya
30 Oktyabr 22:52
 
                    YAP xəbərləri
30 Oktyabr 22:35
 
                    Dünya
30 Oktyabr 22:10
| B | Be | Ça | Ç | Ca | C | Ş | 
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 
| 30 | 
 
                             
                    
 
                        