Gürcüstan Prezidentinin məhkəmə iddiası
17.07.2024 [10:45]
Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu ləğv etdirə biləcəkmi?
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunması bu ölkənin hökuməti ilə Qərb arasında münasibətlərə mənfi təsir göstərib. Sözügedən qanun Qərb dairələrinin və ölkə müxalifətinin kəskin etirazlarına səbəb olub. Hətta Prezident Zurabaşvilinin sənədə veto qoyması da hökumətin və parlamentin mövqeyinə əngəl ola bilməyib. Sözügedən qanun ölkə parlamentinin 2024-cü il mayın 14-də keçirilən iclasında təsdiqlənib. Belə bir şəraitdə ABŞ və Avropa İttifaqı Gürcüstan hökuməti ilə əməkdaşlığa yenidən baxılacağı və sanksiyaların tətbiqi ilə hədələyib. Artıq Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsi ilə bağlı danışıqları dayandırıb. Eləcə də, Tbilisiyə bəzi maliyyə yardımlarının kəsildiyi də elan edilib.
ABŞ-da da Gürcüstana qarşı “cəza” tədbirlərinə başlanıb. Hələ bir müddət öncə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Birləşmiş Ştatların Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının rəhbər şəxslərinə və onların ailə üzvlərinə, eləcə də bəzi şəxslərə viza sanksiyaları tətbiq etdiyini açıqlamışdı. Bildirilmişdi ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və buraya Gürcüstanın hakim partiyasının üzvləri, deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir: “Biz ümid edirik ki, Gürcüstan liderləri öz hərəkətlərini yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”.
Bugünlərdə isə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI aktı”nı qəbul edib. Konqresin Xarici əlaqələr komitəsində keçirilən səsvermədə 41 konqresmen sənədi dəstəkləyib, 6-sı isə əleyhinə səs verib. Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə, eləcə də “digər avtoritar rejimlərlə” əlaqələrinə nəzarətin gücləndirilməsi çağırışı edilib.
Görünən odur ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstan üçün “başağrısı” olaraq qalmaqda davam edəcək. Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin parlamentinə və hökumətinə müqavimətini davam etdirir. Dövlət başçısı həmin qanunun ləğvinə çalışır. Belə ki, Prezident Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanunun qüvvəsinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib. İddia ərizəsində göstərilib ki, həmin qanun ölkə Konstitusiyasının 78-ci, yəni “Avropa və Avroatlantik strukturlara inteqrasiya” adlanan maddəsi də daxil olmaqla, bir sıra müddəaları ilə ziddiyyət təşkil edir.
Bütün bunların fonunda Gürcüstanda qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşməsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, ölkədə QHT-lərin maliyyələşməsi və ayrılan maliyyənin necə, haraya xərcləndiyi bilinmir. Bir sözlə, bu QHT-lərin fəaliyyətində heç bir şəffaflıq yoxdur. Jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, araşdırmalar zamanı məlum olub ki, 500 qeyri-hökumət təşkilatının 80 faizinin xaricdən aldığı qrantın məbləği bilinmir. Bununla yanaşı, onların 70 faizinin donorunun kim olduğu məlum deyil. Ş.Papuaşvili vurğulayıb ki, QHT-lərin 97 faizi müxtəlif icmaları təmsil etdiklərini deyir, lakin il ərzində həmin icmaların xeyrinə gördükləri işlərin hesabatını cəmiyyətə təqdim etmirlər. QHT-lərin 97 faizi pullarını nəyə xərclədikləri, məzmun baxımından nələr etdikləri barədə ictimaiyyətə hesabat vermir. Əksər hallarda işçilərin kimlər olduğu, bu qurumun arxasında kimin dayandığı, donorun kimliyi, komandanın kimdən ibarət olduğu, ümumiyyətlə, bilinmir.
Qeyd edək ki, “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasının deputatı Givi Mikanadze partiyanın fəallarının apardığı araşdırma hesabatını da ictimaiyyətə açıqlayıb. Mikanadzenin qeyd etdiyi kimi, bu araşdırma qeyri-hökumət və media təşkilatlarının şəffaflığı məsələlərini əhatə edib. Onun sözlərinə görə, bu, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbuluna qarşı çıxan həmin qeyri-hökumət təşkilatlarının və media qurumlarının nə dərəcədə şəffaf olması ilə bağlı əsas məlumatları özündə əks etdirən baza araşdırmasıdır. Araşdırmalar göstərib ki, qeyri-hökumət təşkilatlarının 51 faizinin internet saytı, 62 faizinin donorunun adı və loqosu, 68 faizinin isə layihəsinin adı belə yoxdur.
Belə bir şəraitdə Gürcüstan Prezidenti Zurabişvilinin məhkəməyə müraciət etməsi vəziyyəti dəyişəcəkmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, hazırda Gürcüstanda baş verənlər ölkənin milli təhlükəsizliyinin qorunması məsələsidir. Ayrı-ayrı QHT-lərin, media qurumlarının vasitəsilə Tbilisidə hökuməti təzyiq və təsir altında saxlamaq istəyən Qərb dairələrini Gürcüstanın üzləşə biləcəyi risklər deyil, özlərinin mənafeləri maraqlandırır. Qərb dövlətləri və təşkilatları bu gün hökumətə “Xarici təsirlərin şəffaflığı haqqında” qanunun qəbuluna görə hökuməti şantaj, təhdid edirlər.
Gürcüstan hökumətinin öz mövqeyində haqlı olduğunu bildirən politoloq deyib: “Çirkli pulların, qeyri-şəffaf qrantların axdığı Gürcüstanda qaranlıq, təhlükəli layihələr həyata keçirilir. Hər bir hökumətin haqqı var ki, ölkəyə daxil olan vəsaitlərin mənbəyi və məqsədləri barədə məlumatlara malik olsun. Amma Gürcüstandakı xarici fondlar, QHT-lər, media resursları böyük maliyyə tutumlu layihələrlə bağlı hökumətə, ictimaiyyətə heç bir hesabat vermirlər. Bu da İ.Kobaxidze hökumətini narahat edir. Hakimiyyətdə olan qüvvələr yaxşı başa düşür ki, Qərb Gürcüstanda olduğu kimi Ukraynada da həyata keçirdiyi “inqilablardan” sonra hər iki ölkə öz torpaqlarını itirdilər. 2004-cü ildə Gürcüstanda hakimiyyətə gətirilmiş Mixail Saakaşviliyə yalan vədlər verildi, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Gürcüstan xalqı və siyasətçiləri Qərbin bu cür riyakar siyasətini yaxşı xatırladıqları üçün yenidən şirin vədlərə inanıb aldanmaq istəmirlər”.
Bütün bunları nəzərə alaraq R.Alıyev hesab edir ki, Prezident Zurabişvilinin məhkəməyə müraciət etməsi heç nəyi dəyişməyəcək. Onun fikrincə, hüquqi müstəvidə məlum qanunu ləğv etmək mümkün deyil: “Çünki parlament həmin sənədi qanunvericilik əsasında qəbul edib və burada hüquqazidd məsələ yoxdur. Qanun ölkənin Avroatlantik məkana inteqrasiyasının qarşısını almır, sadəcə xaricdən gələn maliyyənin şəffaflığının təmin edilməsini nəzərdə tutur”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
