Borrell Macarıstana qarşı...
16.07.2024 [10:20]
Brüssel Budapeştin Aİ sədrliyinə zərbə vurmağa çalışır
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) Avropa diplomatlarının avqust ayında Budapeştdə keçirilməsi nəzərdə tutulan görüşünə mane olmaq istəyir. Bu barədə “Politico” qəzeti üç diplomata istinadən məlumat yayıb. Məlumatda qeyd olunub ki, hazırda quruma sədrlik edən Macarıstan avqustun 28-29-da Budapeştdə Aİ-nin xarici işlər nazirlərinin görüşünü təyin edib. Diplomatlardan biri görüşlə bağlı fikirlərini bölüşüb: “Eyni günlərdə ali nümayəndə tərəfindən təşkil edilən Aİ Xarici Əlaqələr Şurasının rəsmi iclası olarsa, nazirlər Budapeştə gedə bilməyəcəklər”. Nəşrin digər həmsöhbəti isə deyib ki, bu yolla Aİ Budapeştə siqnal göndərir ki, Macarıstan bütün təşkilat adından Ukrayna haqqında Rusiya ilə danışa bilməz. Qəzetin yazdığına görə, paralel görüşün keçirilməsi Almaniya və Fransa da daxil olmaqla bir neçə Aİ ölkəsi tərəfindən müzakirə edilir. Planın çərşənbə günü təqdim ediləcəyi gözlənilir.
Aİ Orbanın vasitəçiliyinə qarşıdır
Brüsselin Macarıstana qarşı belə addımı Baş nazir Viktor Orbanın Ukraynada sülhün əldə olunması üçün Moskva və Pekinə səfər etməsi ilə bağlıdır. Xatırladaq ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqına sədrliyə başlayıb. Bu ölkənin Avropa İttifaqı rəhbərliyi ilə bir sıra məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasındakı münaqişə, eləcə də iqtisadi və miqrasiya məsələləri üzrə ciddi fikir ayrılıqları var. Budapeştlə Brüssel arasında formalaşan mürəkkəb münasibətlər hətta Macarıstanın sədrliyi dövründə “Avropanı yenidən möhtəşəm edək!” şüarının seçilməsində də özünü göstərib. Baş nazir Viktor Orban Avropa İttifaqına sədrliyi dövründə Macarıstanın prioritetlərini də açıqlayıb. O bildirib ki, sədrliklə bağlı 7 maddədən ibarət proqram qəbul olunub: “Proqramın əsas müddəası Ukraynada müharibənin dayandırılmasından ibarətdir. Çünki hazırda orada baş verənlər ittifaq daxilində nəzərdə tutduğumuz prioritetlərin həyata keçirilməsinə maneə yaradır”. Təsadüfi deyil ki, Orban Aİ-yə sədrliyinin ikinci günü - iyulun 2-də Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Viktor Orban Volodimir Zelenskiyə sülh danışıqları öncəsi atəşkəs variantını nəzərdən keçirməyi təklif edib. Lakin rəsmi Kiyev bu təklifi qəbul etməyib. Ardınca, V.Orban iyulun 5-də Moskvaya səfər edərək Vladimir Putinlə görüşüb. Rusiya Prezidenti ilə görüşündə də əsas müzakirə mövzusu Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi olub. Orban Kiyev və Moskva səfərində apardığı danışıqlardan sonra tərəflərin mövqelərinin biri-birindən çox uzaq olduğu qənaətinə gəlib. Buna görə də, Avropa İttifaqının sədri olan Macarıstanın Baş naziri hesab edir ki, münaqişənin bitməsi üçün çoxlu işlər görmək lazımdır. Bu səbəbdən də, o, iyulun 8-də Pekinə səfər edərək Çin Xalq Respublikasının lideri Si Cinpinlə görüşüb. Orban Çini Ukrayna münaqişəsinin nizamlanması üçün əsas ölkə adlandırıb.
Sülh missiyasına qarşı cəza?
Amma qəribədir ki, Aİ-nin bəzi ölkələri V.Orbanın sülh missiyasını dəstəkləmək əvəzinə, onu ciddi tənqid edib. Avropa İttifaqının rəhbər strukturları Orbanın Moskvaya səfərinə görə Macarıstanı kəskin tənqid atəşinə tutub, Almaniya isə Budapeştdən Aİ-nin sədri vəzifəsindən istefa verməsini tələb edib. Buna cavab olaraq, Macarıstanın xarici işlər naziri Peter Siyartonun almaniyalı həmkarı Annalena Berbok ilə bazar ertəsi Budapeştdə keçirilməsi planlaşdırılan görüşünü ləğv edib. Nazir Siyarto avropalı siyasətçilərə Baş nazir Viktor Orbanın sülhməramlı missiyasını “təhlükəsizlik kəmərlərini bağlayıb diqqətlə izləməyi” tövsiyə edib. “Ukraynaya silah tədarük edən, oraya qoşun göndərmək xəyalı ilə yaşayan və nüvə silahından istifadə edilməsi haqqında söhbət aparan çoxsaylı “müharibə tərəfdarı olan siyasətçilər” Avropa İttifaqındakı böhranı daha da ağırlaşdırırlar”, - deyə Peter Siyarto qeyd edib.
Belə bir şəraitdə Aİ-nin bəzi dövlətlərinin Macarıstanı sədrlikdən uzaqlaşdırmaq cəhdləri sadəcə, Orbanın Moskvaya səfəri ilə bağlı deyil. Əsas səbəblərdən biri Orbanın Avropa İttifaqının rəhbər strukturlarını qitədə yaranmış ciddi problemlərə görə dəfələrlə tənqid etməsidir. Moskva səfəri isə Orbanı cəzalandırmaq üçün bir bəhanədir. Borrelin XİN başçısılarının Budapeşt görüşünü boykot etmək “layihəsi” də buradan qaynaqlanır. Bu “layihə”nin taleyi isə tezliklə bəlli olacaq. Əslində, bütün bunlar Aİ-də ciddi böhranın olduğunu göstərir. Brüsselin müstəqil dövlətlərin suverenliyinə qarşı təhdidləri bu platformaya böyük zərb vura bilər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

