Azərbaycanla İran arasında münasibətlərin kəskinləşməsində kimlər maraqlıdır?
09.10.2012 [01:37]
Bu gün dünyada qlobal media qurumları informasiya axınını inhisara alıblar. Əksər qlobal mətbu orqanları dünyanın ən güclü xəbər agentliklərinin məlumatlarını alıb ötürməklə məşğuldurlar. “Reuters” (London), “Associated Press” (Nyu-York), “CNN” (Atlanta), “New York Times Servis” (Nyu-York), “Agence France-Press” (Paris) kimi xəbər agentlikləri planetdə böyük şəbəkə qurublar və dünya ictimaiyyətini informasiya ilə təmin edirlər. Məsələn, “Reuters” agentliyinin 94 ölkədə 200 şəhərdə bürosu var, “Associated Press”-in 120 ölkədə 243 bürosu var və 1700-dən çox qəzet, 5000-dən çox televiziya və radio bu xəbər agentliyinin məlumatlarını efirə ötürür. Belə olan halda isə informasiya təminatı daha çox monopoliyaya xidmət edir və məqsədli olur. Dünya ictimaiyyəti bir sıra hallarda reallıqla deyil, bu agentliklərin istədiyi şəkildə məlumatlandırılır. Müşahidələr göstərir ki, bu media nəhənglərinin məqsədlərinə uyğun gəlməyən xəbərlərin dünya ictimaiyyətinə çatdırılması praktiki olaraq mümkün deyil.
Azad mətbuat demokratiyanın da mühüm prinsiplərindən biridir. Lakin gəlin baxaq dünyada təmərküzləşmiş və siyasiləşmiş bu qurumların başlıca məqsədi nədir? Keçən əsrin sonlarına doğru qlobal medianın müəyyən qrupların əlində cəmlənməsi ilə artıq siyasiləşmiş mətbuat informasiya təminatı deyil, informasiya təzyiqi vasitəsi funksiyasını yerinə yetirməyə başladı. Bu gün beynəlxalq münasibətlər sistemində informasiya müharibəsi ən böyük siyasi, ideoloji və dini mübarizə meydanına çevrilmişdir. Dövlətlər arasında, şirkətlər arasında, hətta fərdlər arasında informasiya müharibəsi mətbuat vasitəsilə aparılır.
Bu günlərdə “Jerusalem Post” qəzetinin “Reuters” agentliyindən götürərək dərc etdiyi məqalədə də müxtəlif qüvvələrin siyasi maraqları özünü göstərir. Bu məqalə bütövlükdə yalan və uydurma məlumatlar üzərində qurulmuşdur və məkrli niyyətlərlə yazıldığı şübhə doğurmur. “Reuters” agentliyinin bir neçə dəfə belə materiallar dərc etməsinin, bu agentliyin Azərbaycana xüsusi qərəzli münasibətinin artıq şahidi olmuşuq. Agentliyin maraqlarını dəyərləndirdikdə burda təəccüblü də nəsə axtarmağa ehtiyac yoxdur. Qərəzli mövqeyin arxasında nələrin dayandığı hər kəsə məlumdur.
Amma “Jerusalem Post” isə öz addımı ilə sanki Azərbaycan ilə İsrail arasında münasibətlərdə bir narazılıq yaratmaq istəyir. Əgər belə niyyəti olmasaydı, qəzetin jurnalistlərinin İsrailin məsul rəsmi dairələrindən məsələ ilə bağlı doğru məlumat alıb bu informasiyaya aydınlıq gətirməsinə nə mane olurdu?
“Jerusalem Post”un məqsədi nədir? Məqaləni olduğu kimi verərək orada iddia edilənləri təsdiq etmək nə deməkdir? Sanki yazılanlar heç bir şübhə doğurmur, həqiqətdir. Qərəzsiz media isə həqiqəti araşdırmaq üçün ekspertlərin, hər iki tərəfin rəsmi dairələrinin də mövqeyini əks etdirməli idi. Amma “Jerusalem Post” hesab edirsə ki, bu yazını dərc etməklə Azərbaycan-İsrail əlaqələrinə xidmət edir, yanılır. Lakin bu yazılanların həqiqətə uyğun olmadığını bilə-bilə mətbuata çıxarmaq başqa niyyətdən xəbər verir. Bu da təəccüb doğurur. “Jerusalem Post”-un belə qərəzli yazısı düşünməyə məcbur edir. Nəzərə alsaq ki, İsrail mətbuatında oxşar yazılar əvvəllər də olub, təəssüf etmək lazım gəlir.
Məlumdur ki, son dövrlər bizim regionda geosiyasi vəziyyət olduqca gərgindir. İranla Qərb arasında münasibətlər kəskinləşmişdir, bu ölkəyə qarşı sanksiyalar tətbiq olunur və anti-İran koalisiyası yaranmışdır. Belə bir şəraitdə region ölkələrini də bu mübarizədə istifadə etməyə çalışırlar. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Dövlət rəhbərliyi səviyyəsində bildirilmişdir ki, Azərbaycan ümumiyyətlə ərazisində hər hansı bir ölkənin hərbi qüvvələrinin yerləşməsinə icazə vermir. Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı əməliyyatlar aparılmasına qətiyyən yol verməyəcəkdir. İran və Azərbaycan dərin tarixi köklərə söykənən dost və qonşu ölkələrdir. Bu münasibətlərin yaxşı olması bir çox qüvvələri narahat edir. Böyük güclərin maraqları ilə bu dostluq uyğun gəlmir.
Eyni zamanda Ermənistan da Azərbaycan-İran münasibətlərinin gərgin vəziyyətdə qalmasında maraqlıdır və bunun üçün hər iki tərəfi qıcıqlandırmağa yönəlmiş dezinformasiyalar yaymaq Ermənistan xarici siyasətinin və yalan maşınının gündəlik fəaliyyət istiqamətini təşkil edir. İndiki halda isə “Reuters”in materialı ermənilərin əlinə fürsət verir. Təsadüfi deyil ki, “Jerusalem Post”-da dərc olunan məqalə erməni mətbuatında geniş işıqlandırıldı, müxtəlif “ekspertlər” bu yalançı arqumentdən geninə-boluna istifadə etdilər. Azərbaycan tərəfindən bu məlumatların həqiqətəuyğun olmadığı barədə səslənən bəyanatlara isə erməni mətbuatında “Azərbaycan qorxdu”, “Azərbaycan geri çəkildi” sərlövhəli yazılarla reaksiya verilməsinin özünü də provokasiyanın davamı hesab etmək olar.
Məqalədə istinad edilən mənbələr də məsələnin mahiyyətinə varmağa imkan verir. Adı açıqlanmayan siyasi mənbələrin, keçmiş hərbçilərin, rus mütəxəssislərin ehtimal olunan subyektiv düşüncələri bu dezinformasiyanın zəif bəndləridir. Təəssüflər olsun ki, məqalədə yeganə adı çəkilən mənbə olaraq istinad edilən Rasim Musabəyov da qaldırılan məsələ ilə bağlı konkret birmənalı mövqe bildirmir. Amma kim-kim, xarici siyasət sahəsində mütəxəssis Rasim Musabəyov Azərbaycanın məsələ ilə bağlı konkret və qəti mövqeyini bilməmiş deyil.
“Reuters”in “araşdırmasında” ABŞ-ın guya İranla bağlı planlardan uzaq tutulması, İsrailin təkbaşına İranı vurmaq planları və bu yöndə əsas köməkçi kimi Azərbaycandan istifadə etməsi ilə bağlı iddiaları məsələnin əsl mahiyyətini üzə çıxarır. Axı bütün dünya İsrail ilə ABŞ arasında münasibətlərdən xəbərdardır. Bəzən bu ölkələr arasında hər hansı məsələ ilə bağlı fikir ayrılıqlarının olması gözəl bir tamaşadan başqa bir şey deyil. Bu məsələdə İranın fikrini yayındırmaq, Azərbaycanla İranın münasibətlərini kəskinləşdirməyin kimlərə sərf etdiyini nəzərə alsaq, “Reuters”in dezinformasiyasının hansı qüvvələr tərəfindən sifariş verildiyi də bəlli olar. Lakin təəssüf doğuran məqamlardan biri də odur ki, İran İslam Respublikasında da bəzi dairələr məsələ ilə bağlı həqiqəti və Azərbaycanın birmənalı mövqeyini bilsələr də, belə yalan, uydurma materiallardan öz məqsədləri üçün istifadə etməyə, iki ölkə arasında münasibətləri kəskinləşdirməyə çalışırlar.
Görünür, Azərbaycanla İran arasında münasibətlərin normal davam etməsi kimlərisə qane etmir. Son dövrlər müəyyən problemlər yaşayan iki qonşu ölkə arasında münasibətlər yaxşılaşmağa doğru gedir. İranın vitse-prezidenti Azərbaycana səfər etmiş, Prezident Mahmud Əhmədinejadın məktubunu Azərbaycan Prezidentinə təqdim etmişdir. Münasibətlərin istiləşməsi və əvvəlki səviyyəyə qaldırılması üçün qarşılıqlı addımlar atılır. Hamıya məlumdur ki, müstəqilliyini qazandığı dövrdən Azərbaycan tarazlaşdırılmış, çoxvektorlu, öz milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir və heç bir koalisiyada iştirak etmir. Qonşu dövlətlərlə əməkdaşlıq qarşılıqlı hörmət, qarşılıqlı maraq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında həyata keçirilir. Ona görə də, “Reuters”in timsalında bu provokasiyada iştirak edənlər bir daha bilməlidirlər ki, Azərbaycan öz müstəqil xarici siyasət kursuna sadiqdir, heç bir siyasi oyunda iştirak etmir və etməyəcəkdir.
Novruz MƏmmƏdov,
P.S. Etibarlı mənbədən alınan məlumata görə, “Reuters” və “Associated Press” agentlikləri “Reuters”-in məqaləsini dünyanın bir sıra ölkələrində, xüsusilə Pakistan və digər müsəlman ölkələrində dərc etmək üçün bu ölkələrə təzyiq göstərirlər.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
