Avropa İttifaqının yeni rəhbərləri...
29.06.2024 [10:40]
Ursula fon der Lyayen postunda qalsa da, Şarl Mişel və Jozep Borrel əvəzlənib
Belçikanın paytaxtı Brüssel Avropa İttifaqının (Aİ) ikigünlük sammitinə ev sahibliyi edib. Sammitdə aparılan müzakirələr nəticəsində Aİ dövlətlərinin liderləri qeyri-rəsmi olaraq Avropa Komissiyasının, Avropa İttifaqı Şurasının rəhbərlərinin və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin təyin olunması ilə bağlı razılıq əldə ediblər.
Beləliklə, Aİ liderləri Ursula Fon der Lyayenin (Almaniya) ikinci dəfə Avropa Komissiyasının Prezidenti, Antonio Kostanın (Portuqaliya) Avropa İttifaqı Şurasının yeni rəhbəri, Kaya Kallasın (Estoniya) isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi təyinatını razılaşdırıblar. Sammitin ilk günündən sonra keçirilən mətbuat konfransında Estoniyanın hazırkı Baş naziri Kaya Kallas deyib: “Biz əla komanda yaradacağıq”. Lissabon şəhərində çıxış edən Portuqaliyanın sabiq baş naziri Antonio Kosta da digər həmkarları ilə birlikdə komandanın bir hissəsi olmaqdan məmnunluğunu ifadə edib.
“Paket” adlanan kadr sövdələşməsinin Aİ liderlərinin əksəriyyəti tərəfindən təsdiqlənməsinə baxmayaraq, Fon der Lyayen Avropa Parlamentinin təsdiqi problemi ilə üzləşir. İkinci dəfə Avropa Komissiyasının rəhbəri olmaq üçün ona Avropa Parlamentinin yeni tərkibində səs çoxluğu (720 deputat) lazımdır.
Macarıstanın Baş naziri Viktor Orban isə Avropa İttifaqının sammitində qurumun yüksək vəzifələrə namizədləri ilə bağlı səsvermədə Ursula fon der Lyayenin yenidən Avropa Komissiyasının rəhbəri seçilməsinə qarşı çıxıb. “Telex” internet nəşri bu barədə Brüsseldəki diplomatik mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Viktor Orban Portuqaliyanın sabiq baş naziri Antonio Kostanın Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə namizədliyini dəstəkləyib, Estoniyanın Baş naziri Kaja Kallasın Avropa İttifaqı diplomatiyasının rəhbəri vəzifəsinə namizədliyinə isə bitərəf qalıb. Ursula fon der Lyayenın namizədliyini qəbul edilməz adlandıran Macarıstanın Baş naziri bunu Avropa Parlamentinə son seçkilərdə sağçı partiyaları dəstəkləyən avropalıların aldadılması hesab edir.
İtaliyanın Baş naziri Ciorcia Meloni də Avropa İttifaqının kadr məsələlərinin bu cür “paket həlli” ilə razılaşmadığını bildirib. O, Antonio Kosta və Kaja Kallasın əleyhinə səs versə də, Ursula fon der Lyayenin namizədliyində bitərəf qalıb.
Avropa İttifaqının rəhbər strukturlarına seçilən şəxslərin indiyədək olan siyasi fəaliyyətləri də maraq doğurur. Məsələn, milliyyətcə alman olan Ursula Fon der Lyayen 1958-ci ildə doğulub. Ursula Fon der Lyayen 1990-cı ildə Xristian Demokratlar İttifaqına (CDU) qoşulub. 2003-2005-ci illərdə Almaniyada Aşağı Saksoniyanın baş naziri Kristian Vulfun kabinetində sosial müdafiə, qadınlar, ailə və səhiyyə naziri olub. Lyayenin siyasi fəallığı və işgüzarlığı ovaxtkı kansler Angela Merkelin diqqətini cəlb edib. Bunun nəticəsində o, 2005-ci ildə Angela Merkelin kabinetində ailə, yaşlı vətəndaşlar, qadınlar və gənclər naziri vəzifəsində çalışıb. 2009-cu ildə keçirilən federal seçkilərdə isə Aşağı Saksoniyadan Almaniya Bundestaqının üzvü seçilib. 27 noyabr 2009-cu ildə Fon der Lyayen əmək və sosial məsələlər naziri təyin edilib. Xanım Lyayen 2013-cü ilin dekabrında Almaniyanın müdafiə naziri təyin edilib. Bununla da o, Almaniyanın ilk qadın müdafiə naziri olub. Lyayen 2019-cu ilin dekabrında Avropa Komissiyasının prezidenti seçilib.
Antonio Kostaya gəlincə, o, 1961-ci ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində anadan olub. Kosta fəaliyyəti dövründə daha çox bələdiyyələrdə çalışıb, karyerasının yüksəlməsində bu amil əsas rol oynayıb. Belə ki, Kosta iki dəfə ard-arda Lissabonun meri seçilib, bundan sonra o, 2011-2015-ci illərdə Portuqaliyanın 118-ci baş naziri vəzifəsini tutub. Kosta həmçinin, 2014-c? ildə Sosialistlər Partiyasının baş katibi seçilib.
Kaya Kallas isə 1977-ci ildə Estoniyanın paytaxtı Tallində anadan olub. O, Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır. Xanım Kallas 2010-cu ildə Estoniya Reform Partiyasına qoşulub və 2011-ci ildə ölkə parlamentinə bu partiyadan üzv seçilib. XII çağırış Estoniya parlamentində (2011-2014) iqtisadi məsələlər komitəsinə rəhbərlik edib. 2014-cü il seçkilərində isə Avropa Parlamentinə üzv seçilib. Juri Ratas hökumətinin istefasından sonra 2021-ci ilin yanvar ayında, Estoniya Prezidenti Kersti Kalulayd Reform Partiyasına yeni bir hökumətin qurulmasına başlamağı təklif edib. Beləliklə, yenidən hökumət qurulub və xanım Kallas 26 yanvar 2021-ci ildə Estoniyanın baş naziri vəzifəsinə yüksəlib. Kallas bu ölkənin ilk qadın baş naziridir. Eyni zamanda, o, Reform Partiyasının sədridir.
Beləliklə, Avropa Parlamenti iyul ayında deputatların əksəriyyətinin dəstəyini qazanan namizədlərin təsdiqi üzrə səsvermə keçirəcək. Hər üç namizədin bu postlara təsdiqlənəcəyi ehtimalı yüksəkdir. Portuqaliyanın sabiq baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti postunda Şarl Mişeli, Estoniyanın baş naziri Kaja Kallas isə Avropa diplomatiyasına rəhbərlik edən Jozep Borreli əvəzləyəcək. Ursula fon der Lyayen də ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsində qalacaq.
Avropa Parlamentinin qərarından sonra Ursula ?on der Lyayenin sentyabr ayında Avropa Komissiyasının yeni tərkibini təqdim edəcəyi gözlənilir. Kaja Kallas oktyabrda, Antonio Kosta isə dekabrda vəzifələrinin icrasına başlayacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
