10 ay sonra...
27.01.2024 [10:40]
COP29 və turizm potensialımız
Yeganə BAYRAMOVA
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi edəcək. Məlum olduğu kimi, Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmiz belə tədbirlərin öhdəsindən layiqincə gəlib. Bu il sözügedən tədbirlə əlaqədar turizm sahəsindən gözləntilərimiz də daha çoxdur.
70-80 min turist gələcək...
2023-cü il dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan hökumətinin üzvləri ilə COP29 barədə ilk müşavirəni keçirdi. Ölkə başçısı müşavirə zamanı qeyd etmişdi ki, ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq: “Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var”.
Bakının COP29 üçün imkanları...
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 2022-ci ildə Bakı və Abşeron yarımadasındakı otel və mehmanxana tipli yerlərdə çarpayı yerlərinin sayı 24 min 696 olub. 2023-cü ildə bu rəqəmin necə dəyişdiyi məlum deyil. Komitənin məlumatına görə, 2023-cü ilin iyun ayında Bakıda 89 min 168 nəfər xarici turist otellərdə yerləşib.
Bundan başqa Azərbaycanın indiyədək keçirdiyi ən böyük tədbir olan Avropa Oyunları zamanı idmançılar və onları müşayiət edən heyətin yerləşdirildiyi Atletlər kəndi 8-13 mərtəbəli binalardan və bir inzibati binadan ibarətdir. Yaşayış binalarında yerləşən 1042 geniş mənzildə 7500-ə yaxın insanın yaşayışı üçün hər cür şərait var.
Ancaq rəsmi məlumata görə, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 tədbirində iştirak edənlərin sayı 100 minə yaxın olub.
Tədbirlə bağlı müvafiq işlər görülür...
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, COP29-a turizm sektoru da yüksək səviyyədə hazır olmalıdır. O, qeyd edib ki, tədbirin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün müvafiq işlər görülür. G.Qəhrəmanovun sözlərinə görə, bu il baş tutacaq tədbirlə əlaqədar turizm şirkətləri arasında mütəmadi görüşlər keçirilməkdədir: “Müxtəlif turizm assosiasiyaları olaraq öz aramızda davamlı müzakirələr aparırıq. Tədbirə tam şəkildə hazır olmağımız, gələn qonaqların maksimum dərəcədə məmnun qayıtmaları bizim üçün çox vacibdir”.
COP29 nüfuzlu dövlətlərə həvalə edilir...
G.Qəhrəmanov vurğulayıb ki, 2023-cü il Azərbaycan turizm sənayesi üçün qlobal arenada tanınmaq baxımından uğurlu il olub: “İqtisadiyyatın dəyər zəncirinə daxil olan sahələrin böyük qismini özündə birləşdirən turizm qeyri-neft sektorunun aparıcı qolu olaraq ölkə iqtisadiyyatının inkişafında, Azərbaycanın regional və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən birinə çevrilməsində, ölkənin müsbət imicinin formalaşdırılmasında, məşğulluğun təmin olunmasında, biznes mühitinin yaxşılaşmasında əhəmiyyətli rol oynayır. COP29-a turizm sektoru da yüksək səviyyədə hazır olmalıdır. Bu cür miqyasda tədbirlərin keçirilməsi yalnız nüfuzlu, təşəbbüskar, stabil və təhlükəsiz dövlətlərə həvalə edilir ki, məhz bu üstünlüklər Azərbaycanı digər ölkələrdən fərqləndirir. Turizm sənayesi olaraq biz də bu böyük tədbirə hazırlıqlı olmalı, qonaqların ən yüksək səviyyədə qarşılanmasını təmin etməli, Azərbaycan haqqında müsbət təəssüratlarla geri dönmələrinə nail olmalıyıq”.
Bir hədəfə vurmalıyıq...
Ekspertin sözlərinə görə, bu tədbir ölkəmizin tanınmasında, onun turizm potensialının dünyaya çatdırılmasında imkanlar açır: “Biz turizmçilər - hər birimiz bir hədəfə vurmalı, güclü və qalib ölkəmizin belə bir dünyamiqyaslı tədbirə ən yüksək səviyyədə ev sahibliyi etməsində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. COP29-a həm də turizmin inkişafına təkan verəcək bir fürsət kimi də baxmaq lazımdır. Odur ki, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün turizm sənayesi olaraq əlimizdən gələn dəstəyi göstərməyə hazırıq”.
27 dildə fəaliyyət göstərən bələdçilərimiz var
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasından (GİD) verilən məlumata görə, əvvəllər ölkəmizə gələn qonaqlar Azərbaycan haqqında məlumatlı deyildi və bələdçilərin sayı da məhdud idi: “Xidmət isə yalnız ingilis və rus dilində idi. Hazırda 27 dildə fəaliyyət göstərən bələdçilərimiz var və onlar beynəlxalq standartlara uyğun hazırlanırlar. Bu gün bələdçilərimiz Şuşa, Ağdam və ətraf ərazilərdə turist səfərlərində iştirak edirlər.
Bu il Azərbaycan COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Bu, indiyə qədər ölkəmizdə keçirilən tədbirlərdən ən böyüyü olacaq. 50-80 minə yaxın iştirakçı olacaq. Bu fürsətdən istifadə edib bələdçilərimiz işlərini daha da yaxşılaşdırmalıdırlar. Çünki onlar ölkənin imicinin formalaşmasında rol oynayırlar”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

