Bu qış mövsümündə “Şahdağ” Turizm Mərkəzinə 90 mindən çox turist gəlib
29.03.2017 [10:01]
Gülnar Mustafayeva: Bayram günlərində mərkəzə üz tutan əcnəbi turistlər arasında İran İslam Respublikasından, Rusiyadan və ərəb ölkələrindən olanlar üstünlük təşkil edib
Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə gələn yerli turistlərlə yanaşı əcnəbi turistlərin də sayı xeyli artıb. Bunu qəzetimizə açıqlamasında sözügedən turizm mərkəzinin marketinq meneceri Gülnar Mustafayeva deyib. Onun sözlərinə görə, hər ötən il ərzində “Şahdağ” Turizm Mərkəzinə gələn əcnəbilərin sayı daha da artır və bu məqam özünü Novruz bayramı günlərində də büruzə verib: “Bayram günlərində mərkəzdə yerləşən otellərdəki yerlərin 90 faizi əvvəlcədən sifariş edilmişdi. Bu da əcnəbi turistlərin ölkəmizə, həmçinin “Şahdağ” Turizm Mərkəzinə artan marağını bir daha təsdiqləyir”.
Gülnar Mustafayeva bildirib ki, xarici turistlərin öz asudə vaxtlarını maraqlı keçirmələri üçün mərkəzdə hər cür şərait yaradılıb: “Eyni zamanda, hər il olduğu kimi, bu il də turizm mərkəzində bayram günlərində qonaqların mükəmməl istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirildi. Novruz bayramı ilə əlaqədar turizm mərkəzində martın 26-dək bayram proqramı və şənliklər hazırlandı. Bir sözlə, istər bayram günlərində, istərsə də ümumilikdə bu qış mövsümü ərzində qonaqların mükəmməl istirahəti və əyləncəsi üçün turizm mərkəzi var gücü ilə çalışdı. Turistlərdən gələn xoş şərhlər də buna nail olduğumuzu bir daha sübut etdi”.
Bu qış mövsüm açılandan bəri mərkəzi ümumilikdə 90 mindən çox turistin ziyarət etdiyini deyən müsahibimizin sözlərinə görə, ötən ilin eyni dövründə bu göstərici 60 min idi. G.Mustafayeva onu da vurğulayıb ki, son illər ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təbliğat işlərinin gücləndirilməsi, ölkəmizin turizm potensialının daha geniş şəkildə təbliğ olunması məqsədilə xarici ölkələrdə təmsilçi ofislərin fəaliyyətə başlaması, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması Azərbaycana gələn turistlərin sayının artmasına təsir göstərib. Nazirliyin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin də əsas məqsədlərindən biri Azərbaycanda xizəkçilik mədəniyyətinin formalaşdırılması və qış idman növlərinin inkişafına nail olmaqdır. Azərbaycanın ilk dağ-xizək mərkəzi olan “Şahdağ” Turizm Mərkəzinin regional olaraq tanıdılması və əcnəbi turistlərin cəlb edilməsi məqsədilə bu mövsüm ərzində bir neçə mühüm addımlar atılıb, maarifləndirici turlar təşkil olunub. G.Mustafayevanın sözlərinə görə, həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, bu günlərdə mərkəzin xidmətlərindən istifadə edənlər arasında İran İslam Respublikasından, Rusiyadan və ərəb ölkələrindən əcnəbi turistlər üstünlük təşkil edib: “Qonaqlar bayram günlərində təkcə qarlı Şahdağ yamaclarında xizək sürməkdən deyil, eyni zamanda, ənənəvi Novruz əyləncələrindən və xizəkçilərin möhtəşəm görüntülü məşəl şousundan həzz almaq imkanı qazanıblar. Milli və tarixi adət-ənənələrimizin yaşadıldığı, eləcə də Şərq dünyasında yeni ilin başlanğıcı hesab olunan bayram münasibətilə mərkəzdə balacaların əylənməsinə də xüsusi diqqət yetirilib. Belə ki, azyaşlı qonaqlar üçün müxtəlif master-klasslar keçirilib, o cümlədən animator və klounlardan ibarət maraqlı proqramlar hazırlanıb”.
Mərkəzdə bayram münasibətilə keçirilən tədbirlər çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında hazırlanan “Arşın mal alan” musiqili komediyası da nümayiş etdirilib. Bütün bunlar Azərbaycanda turizm biznesinin daha da genişləndirilməsi, ölkəmizin turistik bölgəyə çevrilməsi üçün görülən ardıcıl işlərin bəhrəsidir.
Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində bu qış mövsümünə hava şəraitindən asılı olaraq aprel ayının ikinci ongünlüyündə yekun vurulması nəzərdə tutulub.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

