/ / Ötən il Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqları ziyarət edənlərin sayında 35 faiz artım olub
Ötən il Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqları ziyarət edənlərin sayında 35 faiz artım olub
21.01.2025 [18:20]
Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan qoruqları və muzeylərin 2024-cü ildə ziyarət edənlərin sayında 35 faiz artım olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, hazırda DTA-nın tabeliyindəki “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna giriş ödənişlidir.
Yerli və xarici ziyarətçilər üçün “Kiş” Tarix-Memarlıq Qoruğunun tərkibindəki Alban Məbədinə, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tərkibində olan Xan Sarayına, Şəkixanovlar evinə, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinə, Şəki Dövlət Rəsm Qalereyasına, həmçinin “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində yerləşən Lahıc Tarix-Diyarşünaslıq muzeyinə, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Hamam muzeyinə və yalnız xarici vətəndaşlar üçün “Diri Baba” türbəsinə biletlə daxil olmaq mümkündür.
Qeyd olunan qoruq və muzeyləri ötən il bilet alaraq ziyarət edənlərin sayı 35 faiz artaraq 663 459 nəfər (460 331 nəfəri xarici vətəndaş, 203 128 nəfər Azərbaycan vətəndaşı) təşkil edib. Əvvəlki illərdən fərqli olaraq 2024-cü ildə ziyarətçilərin təxminən 70 faizini əcnəbilər təşkil edib və bununla da 2023-cü illə müqayisədə xarici turistlərin sayında 48 faiz artım müşahidə olunub.
Qeyd edək ki, məktəblilər, əlillər və müharibə veteranları, şəhid ailələri və 12 yaşınadək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdirlər. 2024-cü il ərzində ödənişsiz giriş haqqı olan 107 213 nəfər müvafiq kompleks, qoruq və muzeyləri ziyarət edib.
Ümumilikdə 2024-cü ildə bilet satışından əldə olunan 5 786 259 manat vəsaitin 866 205 manatı ƏDV olaraq dövlət büdcəsinə ödənilib. Bununla da 2023-cü ilə nisbətən əldə edilən gəlirlərin məbləğində 72 faizdən çox artım qeydə alınıb.
Eləcə də yerli və xarici turistlərin istifadəsində olan Palçıq Vulkanları Turizm Kompleksini ziyarət edən 22 352 nəfərin 88 faizini əcnəbilər təşkil edib. Kompleks ötən il bilet satışından 310 829 manat vəsait əldə edib ki, bundan da 47 414 manatı ƏDV olaraq dövlət büdcəsinə ödənilib.
Qeyd edək ki, DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat (Palçıq Vulkanları Turizm Kompleksində 5 manat), tələbələr üçün 1 manat (Palçıq Vulkanları Turizm Kompleksində 3 manat) təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 5-15 manat arasında dəyişir.
Ziyarətçilərin rahatlığının və bilet satışının effektivliyinin təmin edilməsi üçün biletlərin satışı kompleks, qoruq və muzeylərdə olan müvafiq kassalarla yanaşı, iticket.az onlayn platforması üzərindən də həyata keçirilir.
Xəbər lenti
Hamısına baxİdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17

