Mənəvi səfərbərlik vaxtıdır!
22.02.2024 [11:00]
Yeganə BAYRAMOVA
Son zamanlar baş verən bəzi neqativ hadisələr cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Azyaşlıların şiddətə məruz qalması, dəhşətli qətllər, yeniyetmələrin xoşagəlməz əməlləri... Təəssüfləndirici hal olsa da. Bu sadalananlar son günlərin əsas müzakirə mövzularıdır.
Sosioloqlar və psixoloqlar problemin kökünü bir sıra amillərlə bağlayırlar. Bəzi kəsim valideynlərin nəzarətsizliyini, bəziləri məktəbin diqqətsizliyini, bir qism isə sosial şəbəkələri günahkar görür. Hər bir halda baş verənlər qəbuledilməzdir.
Tədbir görməliyik!
Mövzu barədə Əbədi Turan Kitab Fondu İctimai Birliyinin sədri, filologiya üzrə elmlər doktoru Esmira Fuad “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, cəmiyyətdə qəddarlığa, zorakılığa meylin, mənəvi aşınmanın artması, bundan irəli gələn neqativ təzahürlər, silsilə sarsıdıcı hadisələr hər birimizi dərindən düşündürməlidir: “Bu, təhsildə, tərbiyədə, maarifləndirmədə, ideoloji təbliğatın təşkilində buraxdığımız boşluqları üzə çıxarır, cəmiyyətin mədəni səviyyəsindəki enişi, öyündüyümüz ailə dəyərlərinin nə dərəcədə ucuzlaşmasını nümayiş etdirir. Zənnimcə, heç kim yaxasını kənara çəkməməlidir, çünki mövcud problemlər ayrı-ayrı fərdlərin işi olmaqdan çıxıb, bütövlükdə cəmiyyəti narahat edən məsələyə çevrilib.
Sözüm ilk növbədə valideynlərədir. Mobil telefonlara, internetə ifrat aludəçilik bu gün ailələrdə valideyn-övlad münasibətlərini zədələyib, ünsiyyəti azaldıb, doğma insanların bir-birinə qarşı etinazlığına, yadlaşmasına, bir-birindən, sözün həqiqi mənasında, xəbərsizliyinə səbəb olub.
Bu gün az qala, hər yerdə hamının gözü mobil telefondadır. Mobil telefon, serial, sosial şəbəkə asılılığından çıxıb, nəzərlərimizi övladlarımıza yönəltmək, onlarla daha yaxından işləmək vaxtıdır. Onları danışdırmaq, dinləmək, problemlərindən daha dərindən agah olmaq, lazım gəldikdə, tədbir görmək vaxtıdır”.
Çıxış yolu “Tik-Tok”u qapatmaqdırsa...
Birlik sədrinin sözlərinə görə, sosial media platformalarının bolluğu, onlardan düzgün faydalana bilməmək nəticə etibarilə mənəvi kasadlıq və aşınmaya yol açıb: “ “Tik-Tok” və digər mənəvi dəyərlər baxımından zərərli məlumatlarla yüklü platformalar bir ucdan cəmiyyətimizə yad, əxlaqa zidd anlayışları təlqin edir, aqressivlik, cahillik, mədəniyyətdən, kitabdan uzaqlaşma və mənən yoxsullaşmaya şərait yaradır. Əgər çıxış yolu “Tik-Tok”u qapatmaqdırsa, buna da getməkdən çəkinməməliyik, amma kim zəmanət verir ki, “Tik-Tok əhli” özünə yeni platformalar tapmayacaq?! Ona görə də bu gün məhz sosial media maarifçiliyi cəmiyyətin yeni çağırışı olmalıdır”.
“Qızıl orta”nı tapmalıyıq...
E.Fuad qeyd edib ki, uşaqlara, yeniyetmə və gənclərə sosial medianın zərərli tərəflərini göstərmək, bunlardan qorunmaq üsullarını izah etmək zərurətdir: “Uşaq tərbiyə müəssisələrində-bağçalarda, orta məktəblərdə, universitetlərdə də bu təbliğat işi düzgün təşkil olunmalıdır. Elm və Təhsil Nazirliyinin də bu istiqamətdə konkret proqramlarla çıxış etməsi zəruridir. Media, QHT-lər də bu işdə əl-ələ verməli, eyni mərama yönəldən yolu - “qızıl orta”nı tapmalıdırlar.
Hər birimiz öz əməlimizlə mənəvi yaraları sağaltmağa çalışmalı, cəmiyyətdə qəddarlıq, zorakılıq hallarının artmasına qarşı sipər olmalıyıq. Bunun yolu isə düzgün maariflənmədən keçir”.
Bizə xəstə şüurlar, xəstə cəmiyyət lazım deyil!
Birlik sədrinin qənaətincə, qorxulu filmlərdəki səhnələrdən də dəhşətli hadisələrlə bağlı xəbərlərin gündəlik həyatımızda adiləşməsi artıq həyəcan siqnalı çalmağa əsas verir: “Bizə xəstə şüurlar, xəstə cəmiyyət lazım deyil. İstiqaməti mənəvi və fiziki sağlamlığa doğru yönəltməyi bacarmasaq, vəziyyət daha da pisləşə bilər.
Hanı yüksək səviyyəli yeni cizgi filmlərimiz, yeni yazılmış uşaq musiqilərimiz, yeniyetmələr üçün yeni bədii filmlərimiz, yeni-yeni uşaq ədəbiyyatı örnəkləri? Yad ideoloji zəhərləmələrdən cəmiyyətimizi xilas etmək, mütərəqqi milli-mənəvi dəyərlərimizi qorumaq və ötürmək missiyası bu gün hər kəsin çiynindədir.
Arada vaxt tapıb uşaqların əllərindəki oyuncaqlara nəzər yetirək, lütfən... Biz onları kimlərə oxşatmaq istəyirik? Niyə bizim milli oyuncaq istehsal edən fabriklərimiz yoxdur?.
Axı, bizim övladlarımız həm də qəhrəmandır. Şuşanı, Xankəndini, Xocalını, Suqovuşanı, Füzulini, Qubadlını, bütünlükdə Qarabağı azad edən, alnımızdakı ləkəni silən, ana-bacılarının namusunu qoruyan, misilsiz rəşadət, fədakarlıq göstərən, Vətənin üzünü ağ edən əsl cəngavərlərdir. Onların digər potensialını, bacarıqlarını da üzə çıxarmaq, problemlərini həll etmək mənəvi, eyni zamanda vəfa borcumuzdur.
Artıq mənəvi səfərbərlik vaxtıdır. Biz övladlarımızı düzgün tərbiyə etməyi, zəruri bacarıqlarla silahlandırmağı, onları cəmiyyətimiz üçün faydalı, bütöv şəxsiyyətlər - əsl insan kimi yetişdirməyi bacarmalıyıq. Bunun yolu intellektə, yüksək milli-mənəvi dəyərlərə, kitaba, mədəniyyətə söykənməkdir. Mədəniyyət zülmətləri yaran işıqdır, mədəniyyət xilasımızdır...
Böyük mütəfəkkir Hüseyn Cavid əfəndi hələ keçən əsrdə cəmiyyətin xilasının yalnız mədəniyyətlə mümkün olacağını yazırdı:
Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

