3-cü qrupu seçənlər...
08.02.2024 [12:06]
Coğrafiyadan imtahan verəcəklər
Səbəb nədir?
11 fevral 2024-cü il tarixində abituriyentlər 1-ci və 3-cü ixtisas qrupu üzrə imtahan verəcəklər. Qeyd edək ki, şagirdlərin sınaq imtahanında dəyişiklik edilib. Belə ki, 1-ci ixtisas qrupu üzrə RK və Rİ, 3-cü ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən xəbərə görə, həmin abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Hər iki altqrupu seçənlər...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, 1-ci qrup üzrə altqrupu seçənlər informatika, 3-cü qrup üzrə alt qrupu seçənlər isə əlavə olaraq coğrafiyadan imtahan verəcəklər: “1-ci qrupda iki alt qrup var, riyaziyyat-informatika və riyaziyyat-kimya. Kim hər iki alt qrupu seçirsə və onların ixtisasları üzrə hər iki alt qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyirsə, onlar əlavə olaraq informatika fənnindən imtahan verməlidirlər. 3-cü qrupda da iki alt qrup var, Azərbaycan dili-tarix və tarix-coğrafiya. Burada da hər iki alt qrupu seçmək istəyənlər əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər. Əsas sınaq imtahanı fevralın 18-də baş tutacaq. O zaman 1-ci, 2-ci, 3-cü və 4-cü qrupların sınaq imtahanı keçiriləcək. Sadəcə fevralın 11-də 1-ci və 3-cü qrupdan kimlərsə hər iki alt qrupu seçiblərsə, onlar əlavə imtahan verəcəklər. Bunun da səbəbi qaydalarla bağlıdır, qaydalarda nəzərdə tutulub ki, 1-və 3-cü qrup üzrə hər iki alt qrupu seçənlər informatika və coğrafiyadan imtahan verməlidir”.
Artıq 2 ildir ki...
Təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, DİM tərəfindən hər il əsas imtahan keçirilməmişdən öncə müvafiq sınaq imtahanı keçirilir: “Sınaq imtahanının keçirilməsi təbii ki, abituriyentlərin müəyyən fənlər üzrə hazırlıq səviyyəsinin hansı formada olmasını müəyyənləşdirməyə kömək olur. 1-ci qrup üzrə RK, Rİ, 3-cü qrup üzrə isə DT və TC altqruplarını seçənlərin coğrafiya və informatikada əlavə imtahan vermələri yeni qərar deyil. Artıq iki ildir ki, sınaq imtahanları bu formatda keçirilir. Təbii ki, coğrfiyadan imtahan verənlər təhsil müəssisələrində 3-c? qrupda beynəlxalq münasibətlər və regionşünaslıq ixtisas üzrə təhsil almaq istəyirlər. İnformatikadan imtahan verənlər isə informatikayönümlü ixtisaslar üzrə təhsil ala bilərlər. Ona görə də bu abituriyentlərin coğrafiya və informatika fənnindən əlavə imtahan vermələri məqsədəuyğundur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

