Məktəbəqədər təhsillə bağlı yeni model...
23.01.2024 [10:30]
Effektiv olacaq?
Yeganə BAYRAMOVA
Ölkəmizdə təhsilin digər pillələri kimi məktəbəqədər təhsil pilləsi də xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan məktəbəqədər təhsil sistemində yeni yanaşmaların tətbiqi tədris prosesinin əsas tələblərindən biri hesab olunur. Bir sözlə, məktəbəqədər təhsil bütün təhsil sisteminin bünövrəsidir, məhz bu mərhələdə uşağın şəxsiyyət kimi formalaşmasının təməli qoyulur.
Yeri gəlmişkən, Azərbaycanda məktəbəqədər təhsildə alternativ modellər tətbiq ediləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi nazirliyin əsas strateji hədəflərindəndir. Bu məqsədlə nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur. İlk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da həmin istiqamətdə görülən işlərdən biridir.
Qeyd edilən proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla ümumilikdə 16 rayon və şəhəri əhatə edir.
İl ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.
Xatırladaq ki, bir müddət öncə Elm və Təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlı layihələr hazırlanır. Nazir qeyd etmişdi ki, bununla bağlı UNICEF-lə əməkdaşlıq edilir.
140-150 min uşaq məktəbəqədər təhsildən geri qalır
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəbəqədər təhsildən aralı düşən şagirdlərin müvafiq olaraq təhsilə cəlb olunmasıdır: “Məlumdur ki, bəzi şagirdlər yer çatışmazlığı, yaxud da valideynlərin özlərinin güvənsizliyi və bağçalara etibar etməmələri səbəbindən məktəbəqədər təhsildən kənarda qalırlar. İndi isə alternativ modellər əsasında həmin kateqoriyaya aid olan uşaqların təhsilə cəlb olunması əsas götürülür. Əlbəttə, əsas istəyimiz odur ki, heç bir şagird təhsil prosesindən kənarda qalmasın. Lazım gələrsə, bəzi məktəblərin daxilində müəyyən auditioriyalar götürülərək, məhz həmin şagirdlərin məktəbəqədər təhsil prosesinə cəlb edilməsi üçün istifadə olunmalıdır. Təxminən 140-150 min, hətta daha artıq uşaq məktəbəqədər təhsildən geri qalırlar. Şagirdlərin erkən və strateji təhsil pilləsindən hesab olunan məktəbəqədər təhsilə cəlb olunması çox vacibdir. Çünki bu təhsil erkən yaş dövründə bilik və bacarıqların formalaşması üçün mühüm hesab olunur. Uşaqlar məktəbəqədər təhsil pilləsinə nə qədər çox cəlb olunarsa, o zaman yuxarı təhsil pilləsində daha effektiv nəticələr əldə edə bilərik. Hansı ki, ibtidai təhsil pilləsində şagirdlər auditoriyaya, eyni zamanda tədris prosesinə, müəllimlərə öyrəşəcəklər. Təbii ki, bu amillər də öz effektini yuxarı təhsil pillələrində daha bariz göstərəcək”.
Yeni model prosesə müsbət töhfə verəcək
Ekspertin fikrincə, yeni layihədə yalnız uşaqların məktəbəqədər təhsilə cəlb olunması deyil, bu sahədə vacib olan digər məqamlara da nəzər yetirmək lazımdır. Həmin məqamlardan biri bağçalarda uşaqların sıxlıq məsələsidir: “Bəzi hallarda sıxlıq səbəbindən valideynlər övladlarını bağçaya qoya bilmirlər. Bunun qarşısını almaq üçün də tədbirlər görməliyik. Məsələn bəzi ərazilərdə sıxlıq çoxdursa, yeni bağçaların tikilib istifadəyə verilməsi məqsədəuyğun ola bilər. Bundan başqa, əhalinin sıx məskunlaşdığı ərazilərdə bir deyil, bir neçə bağçanın olması qarşıya qoyulan ümumi məqsədə çatmaq üçün daha uyğudur. Hesab edirəm ki, məktəbəqədər təhsillə bağlı yeni alternativ modellərdə bu amillərin nəzərə alınması ümumi prosesə müsbət töhfələrini vermiş olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04

