Dərs saatı artılır...
31.12.2023 [11:30]
“Azərbaycan dili” fənni daha çox keçiriləcək
Y.SAHİB
Ölkəmiz müxtəlif dillərdə tədris aparılan məktəblərin olmasına şərait yaradır. Bu gün türk, rus, ingilis, fransız, alman və s. kimi dillərdə və həmin ölkələrin proqramları ilə fəaliyyət göstərən məktəblər və ya bölmələr var. Burada çoxluq rus, ingilis, türkdilli məktəblər arasında ardıcıl olaraq paylanılır.
2019-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunun birinci fəslinin “Tədris dili” maddəsində deyilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində dövlət dili - Azərbaycan dilidir. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.
Bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Əsas Məsələ” verilişində bir sıra mühüm məqamları qeyd edib. Nazirin sözlərinə görə, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində “Azərbaycan dili” fənninin dərs saatları artırılıb. Azərbaycan tarixi fənni ilə yanaşı “Qarabağ tarixi” və “Zəfər tarixi” fənlərinin də Azərbaycan dilində tədrisinə başlanılıb.
Nazir qeyd edib ki, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində “Azərbaycan dili” fənninin tədris keyfiyyətinin monitorinqi aparılır və bu proses davam edəcək: “Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanlarının məlumatları da toplanılır. Bu məsələ ilə bağlı tolerantlıq və güzəşt gözlənilməməlidir”.
E.Əmrullayev bildirib ki, Azərbaycan dilinin inkişafı istənilirsə, mütləq bu dildə uşaqlar üçün maraqlı olan məzmunlar yaradılmalıdır: “Azərbaycan dilinin inkişafı təhsil sahəsi ilə yanaşı, media və siyasətdən də asılıdır. Azərbaycan dilində bu və ya digər səviyyələrdə qurulmuş ünsiyyətin məzmun keyfiyyəti artıqca, bu dilə olan tələbat da artacaq”.
Təhsil üzrə ekspert Nadir İsrafilov “Yeni Azərbaycan”a açıqlamasında tədris digər dillərdə aparılan təhsil müəssisələrində “Azərbaycan dili” fənninin çox keçirilməsinin tərəfdarı olduğunu bildirib. Ekspertin fikrincə, dərs saatı az olduğuna görə, şagirdlər bu fənnə ciddi yanaşmırlar: “ “Təhsil haqqında” qanuna söykənərək digər bölmələrdə təhsil verən məktəblərin qarşısına şərt qoyulmalıdır ki, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan tarixi” hökmən Azərbaycan dilində tədris olunsun. Bunun nəticəsi o olacaq ki, azərbaycanlı uşaqlar digər dildə təhsil alarkən öz dillərinə yad olmayacaq, öyrənəcək, dilimizin imkanlarına bələd olaraq azərbaycanlı təfəkkürü ilə böyüyərək bəşəri insan olacaqlar”.
N.İsrafilov qeyd edib ki, bu gün Azərbaycanda rus bölməsinə ciddi maraq var: “Əlbəttə ki, bu, valideynlərin öz işi, öz seçimidir. Düşünürəm ki, “Azərbaycan dili” fənni minimum 6 saata qədər qaldırılmalı və həmin məktəblərdə buna əməl edilməsi üçün nəzarət artırılmalıdır. Bəlkə də bu, tez bir zamanda mümkün deyil, çünki tədris proqramı dəyişərsə, dərslik məsələsi ortaya çıxacaq. Amma bunu ilk mərhələdə Azərbaycan bölməsində istifadə edilən dərsliklərlə həll etmək mümkündür”.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

