Dəhşət saçan...QRİP
01.11.2023 [11:26]
İmmuniteti gücləndirməli, bol maye qəbul edilməlidir...
Havalar soyuyan kimi bir çox xəstəliklərə yoluxma hallarında artım müşahidə olunur. Məlumdur ki, payız-qış mövsümündə respirator viruslar aktivləşir. O cümlədən qrip virusuna yoluxanların sayı da kifayət qədər çoxalıb. Son günlər ölkəmizdə uşaqlar və böyüklər arasında yayılan, bir çox hallarda ağırlaşma ilə müşahidə olunan qrip əhali arasında narahatlığa səbəb olub. Xəstələnən şəxslərin şikayətləri eynidir: Hərarət yüksək həddə qalxır, günlərlə davam edir, qarında, beldə kəskin ağrılar yaranır, sağalma prosesi uzun çəkir. Günlərlə keçməyən və bütün bədənə təsir edən qrip epidemiyalarında ən çox quru öskürək, boğazda quruluq və yanma hallarına da rast gəlinir.
Bəzilərinə adi və asan keçən xəstəlik kimi görünən qrip əslində, bir çox fəsadlara yol aça bilər. Qrip ağırlaşdıqda və müalicə olunmadıqda el arasında vərəm, astma kimi bilinən ağır xəstəliklərlə belə nəticələnə bilər. Onun üçün də qrip virusuna yoluxan kimi dərhal lazımi tədbirlər görülməlidir. Mütəxəssislər isə bildirirlər ki, ümumiyyətlə, çalışmaq lazımdır ki, qripə yoluxma halları baş verməsin. Xüsusilə də hamilə analar, körpə uşaqlar, yaşlı insanlar bu xəstəlikdən qorunmalıdırlar. Bunun üçün də bir neçə profilaktik tədbirlər həyata keçirmək lazımdır.
Bu şəxslər qripi daha ağır keçirir
Qripin ağır və yüngül forması olduğunu bildirən terapevt-həkim Şahvələd Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, bu xəstəlik xüsusilə körpələrdə, aşağı yaş qrupundan olan uşaqlarda, yaşlılarda, hamilə qadınlarda, xroniki xəstəliyi olan şəxslərdə daha ağır keçir: “Burada əsas məsələ düzgün müalicədir. Təəssüf ki, bəzən xəstəliyin sağalması üçün yanlış tədbirlərə əl atılır. Məsələn, uşaqda qızdırma müşahidə olunur, bu zaman valideynlər özbaşına, həkim təyinatı olmadan antibiotik istifadə edirlər. Halbuki qripə qarşı konkret müalicə vasitəsi zəif təsirə malikdir. O cümlədən də antibiotik çox az təsir göstərir. Buna görə də xəstə mütləq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstəxana yox, ev şəraitində müalicə olunan hallarda isə həkim çağırmaq lazımdır. Çünki xəstədə ağırlaşma halının olmaması üçün o, ən azı temperaturu olduğu müddətdə həkim nəzarətində qalmalıdır”.
Ş.Məmmədov qeyd edib ki, insanlar xəstəliyə yoluxubsa, ictimai yerlərdə çox olmaqdan çəkinməli, maskalardan istifadə etməlidirlər: “Həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. İşləyənlər işə, tələbələr universitetə, məktəblilər məktəbə, körpələr bağçaya getməməlidirlər. Virusa yoluxmuş birinin 10-15 dəqiqə ictimai yerdə olması digərlərinin də xəstələnməsinə kifayət edir”.
Müxtəlif mənşəli viruslar...
Həkimin sözlərinə görə, uşaqların bağçalarda, məktəblərdə, kollektivdə cəmləşməsi, yəni bir-birini yoluxdurma ehtimalının yüksək olması, bakteriya və virusların aktivliyinin artması, digər tərəfdən immunitetin güclü olmaması xəstəlik riskini artırır. Ona görə də əvvəlki illərdə olduğu kimi, bu il də uşaqlar arasında bir sıra virus mənşəli xəstəliklər müşahidə olunur: “Yayılan viruslar müxtəlif mənşəlidir. Onlar adenoviruslar, rinoviruslar, paraqrip və qrip, rotaviruslar adlanır və onların minlərlə stereotipləri mövcuddur”.
Hərarət 39-u keçərsə...
Ş.Məmmədov yüksək hərarət zamanı nə etmək lazım olduğunu açıqlayıb: “Ümumiyyətlə, viruslar çox sürətlə artıb çoxalır. Ona görə də virusların şiddətlə artıb çoxaldığı dövrdə hərarət müşahidə olunur. Əslində, 38.5, 39 dərəcəyə qədər olan hərarət orqanizmin infeksiyaya qarşı qorunma reaksiyalarından biridir. Çünki bədəndə hərarətin yüksəlməsi virus və bakteriyaların artıb çoxalmasına mənfi təsir göstərir. Bütün hallarda qızdırmanı salmaq lazım deyil. Əgər hərarət 38.5-dən, 39-a və ondan yuxarı qalxarsa, o zaman müdaxilə edilməlidir. Əks-halda hərarətsalıcı dərmanlardan istifadə etmək doğru deyil”.
Necə qorunaq?
Terapevt vurğulayıb ki, qrip və digər infeksion xəstəliklərdən qorunmaq üçün qidalanma və geyim seçimi düzgün olmalıdır: “Müalicəni əksiltmək olmaz. Həkimin verdiyi müalicəyə yerli-yerində əməl edilməlidir. Xəstələr özbaşına hər hansısa bir dərman istifadə etməyə cəhd göstərməməlidir. Əsasən də müalicə məqsədli antibiotiklərin faydasından çox zərəri ola bilər.
İstirahət etmək vacibdir. Yorucu hərəkətlərdən uzaq durmalı, mütləq bir neçə gün istirahət etmək lazımdır. Yuxu rejimi də bədən səhhəti üçün ən önəmli detallardan biridir. Yuxu əsnasında əsasən də uşaqlarda hüceyrələr yenilənir və melatonin hormonu nizama salınır. Günlük ortalama 7 saat yuxu orqanizmi gücləndirir. Qrip və digər infeksiyalardan qorunmaq üçün mayedən də bol istifadə edilməlidir. Eyni zamanda, yaxşı və sağlam qidalanmaq, hazır qidalardan uzaq durmaq immunitetin güclənməsi baxımından önəmlidir”.
Qrip və ölüm riski...
Qripdən ölüm hallarının olması ilə bağlı sualı cavablandıran Ş.Məmmədov qeyd edib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də virus xəstəlikləri qorxulu fəsadlar törədə bilir: “Əgər klassik gediş müşahidə olunursa, adətən xəstəliyin əlamətləri bir həftə ərzində keçir. Bədənin özünün müdafiə qüvvələri səfərbər olunaraq xəstəliyi yox edir. Amma qrip kimi virus xəstəliklərinin qorxulu cəhəti odur ki, onlar bəzən gözlənilməyən ağır fəsadlar törədir. El arasında düşünülür ki, qrip qorxulu xəstəlik deyil. Amma ağır fəsadlar, hətta ölüm halları törətdiyinə görə hər kəs buna ciddi yanaşmalıdır. Bu gün xəstəliyi “qrip” adlandırırlar, amma sabah bu, ağır fəsadlar, meningit, qanaxma, sətəlcəm törədə və ölümə gətirib çıxara bilər. Odur ki, hər kəs buna ciddi yanaşmalıdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

