Proteinlər…
30.09.2023 [11:21]
Sağlamlıq üçün ən böyük təhdid
İdeal çəkiyə və bədən quruluşuna sahib olmaq hər insanın arzusudur. Bu arzuya nail olmaq üçün isə mütəmadi şəkildə idmanla məşğul olmaq və düzgün qidalanmaq lazımdır. Lakin bir çox insan qarşısına qoyduğu məqsədlərə tez çatmaq üçün son zamanlar dəbdə olan protein, kreatin, veyder, amin turşuları, qeyner kimi idman qidalarından istifadə edirlər.
Protein-orqanizmdə metobolizmi gücləndirir və əzələni qidalandırır. Kreatin-əzələ zülallarının sintezinə səbəb olur və əzələ hüceyrələrinin həcmini artırır. Amin turşuları - 80 faizi proteinlə eyni xüsusiyyətə malikdir və dərman şəklində olduğu üçün istifadəsi daha rahatdır. Bu qida əzələ kütləsinin və gücün artımını sürətləndirir. Veyder-proteinin bir növüdür və insanın kökəlməsinə səbəb olur. Qeyner-insana daha çox enerji verir və optimal enerji fonu yaradır.
Bu, peşəkar səviyyədə
idmanla məşğul olanlar üçündür...
Bu cür idman qidalarını qəbul etmək olar və ya olmaz, onlar zərərlidirlər yoxsa faydalı?. Hazırda bu məsələlər idman dünyasının ən mübahisəli mövzularından biridir. Həkim-mütəxəssis Yazgül Abdiyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu suallara cavab tapmaq üçün, əvvəlcə idman qidalarının nə olduğunu və hansı məqsədlə istifadə edildiyini bilmək lazımdır. İdman qidalarının fəal idmanla məşğul olan insanlar üçün nəzərdə tutulmuş qida əlavələri olduğunu deyən Y.Abdiyeva bildirib ki, insan məşq edəndə orqanizm ağır yüklərə məruz qalır. İdman qidalarının qəbulu isə orqanizmin qısa müddət ərzində bərpasını təmin edir, əzələ kütləsində dərialtı piylərin yaranmasının qarşısını alır.
Proteinlər ənənəvi qidanı əvəz etmir...Mütəxəssis əlavə edib ki, idman qidaları təyin olunmuş dozalara riayət edilməklə qəbul olunduqda və yalnız yoxlanılmış keyfiyyətli məhsullardan istifadə edildikdə onların zərəri olmur: “İdman qidaları, ümumillikdə, 6 növə bölünürlər. Protein-karbohidrat qarışıqları əzələ kütləsinin artmasını və məşqdən sonra enerjinin bərpasını təmin edir. Amin turşuları əzələ üçün “tikinti materiallar”ıdır. Piyyandırıcı idman qidaları yağların yandırılmasına kömək edir. Vitamin və mineral kompleksləri orqanizmin ümümi tonusunu artırır. Qeynerlər məşq zamanı orqanizmin gücünün və dözümlüyünün artmasına imkan verir. Qeyd etmək lazımdır ki, idman qidaları kimyəvi məhsul deyil, onlar adi qida məhsullarından götürülən və insan orqanizmi üçün zəruri olan bəzi maddələrin əsasında hazırlanan təbii qida əlavələridir. İdman qidaları həzm və ifrazat sisteminə heç bir zərər gətirmir, orqanizmdə tez həzm olunur. Lakin idman qidaları təbii qida əlavələri olaraq, ənənəvi məhsulları və qidaları əvəz etmir, orqanizmi çatışmayan mikro və makroelementlər ilə təmin edərək, sadəcə, onları tamamlayır”.
Y.Abdiyeva qeyd edib ki, gənclərin protein tərkibli preparatlardan istifadə etməklə əzələ kütləsini şişirdib cüssəli görünməsi də mümkündür: “Yaz-yay aylarında ideal bədən quruluşuna sahib olmaq istəyən gənclərin ən çox üz tutduqları məkanlardan biri də trenajor zallarıdır. Təbii ki, ideal bədən quruluşuna sahib olmaq üçün müəyyən vaxt tələb olunur. Lakin aylarla məşq etmədən də əzələ kütləsini şişirdib cüssəli görünmək mümkündür. Gənclər protein tərkibli preparatlardan istifadə etməklə qısa zamanda istəklərini reallaşdıra bilirlər”.
Qaraciyərdə yağlanma,
böyrəkdə daş...
Həkim qeyd edib ki, əzələ kütləsini artıran, fiziki gücü çoxaldan protein növləri oğlanlar arasında daha populyardır, lakin əksər hallarda özbaşına qəbul edilən protein tərkibli preparatlar insan sağlamlığına ziyan vurur. Bu preparatlar qaraciyərdə yağlanma, böyrəkdə daş əmələ gətirir, cinsi zəiflik yaradır: “Əsl idmançıların qəbul etdikləri proteinlərin qiyməti çox baha olur. Lakin ucuz və keyfiyyətsiz maddələr idmançılar üçün məsləhət deyil.
Bu gün bodibildinq və idman zallarında məşqlər keçən gənclərin əksəriyyəti protein qəbul edir. Nəzarətsiz olan həvəskar idmançılar uzun müddət məşq edib bədəni möhkəmləndirmək əvəzinə 10-15 manatlıq proteinlə əzələ kütləsini artırmağa üstünlük verirlər. Fitnes və ya trenajor zallara gedərək protein qəbul edən gənclər istənilən halda bunu məşqçinin nəzarəti altında həyata keçirməlidirlər. Bu, ən azından sağlamlığı risk altına atmamaq baxımından önəmlidir”.
Keyfiyyətsiz məhsullar satılır
Y.Abdiyeva bildirib ki, bu gün bütün ölkələrdə protein tərkibli maddələrdən geniş istifadə olunur. Lakin təəssüflə qeyd edilməlidir ki, ölkəyə əksər hallarda həmin maddənin standarta uyğun olmayan nümunələri gətirilir: “Ekspertlər bazarda qida əlavələri adı altında keyfiyyətsiz ərzaq məhsullarının satıldığını bildirirlər. Bunların bir hissəsi isə şəbəkə marketinq vasitəsilə həyata keçirilir”.
Hormonal preparatlar əlavə edilir...
Mütəxəssis əlavə edib ki, aparılan tədqiqatlara görə, belə preparatların tərkibinə qida əlavələri adı altında hormonal preparatlar qarışdırılır. Həmin maddələr qısa müddət ərzində orqanizmi gücləndirsə də, sonralar çox ciddi fəsadlar yaradır: “Bunlar dərman preparatı olmadığından müvafiq qurumlar belə hallara nəzarət edə bilmir. Bu səbəbdən də bazarda belə preparatların yayılması genişlənir”.
Dəridə qırışlar əmələ gəlir
Y.Abdiyeva bildirib ki, keyfiyyətli protein preparatlarının həkimin və ya məşqçinin tövsiyəsi ilə üç ay ardıcıl qəbul edilməsi məsləhət görülür: “Üç ay müddətində gəncin əzələləri şişir, bədəni müəyyən formaya düşür. Amma məşq etmədikdə qısa müddət ərzində bədən öz formasını itirir, şişmiş əzələlər yumşalır, dəridə qırışlar əmələ gəlir. Sonradan isə bədəni normal vəziyyətə qaytarmaq çox çətin olur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58

