Nəqliyyat infrastrukturu müasirləşdirilir
27.09.2023 [11:22]
Elektrik avtobuslar dövriyyədə...
Yeganə
Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Nazirliyin məlumatına görə, elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir. Marşrut xətti “20-ci sahə” - “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edir.
Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir. Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılacaq. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək.
Qeyd edək ki, paytaxtımızda nəqliyyat parkının yenilənməsi son zamanlar əsas prioritet istiqamətlərdən biri hesab olunur. Xüsusilə elektrik mühərrikli avtobusların istismarı ilk növbədə ətraf mühitin qorunması və havanın
çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan elektrik avtobuslarının dövriyyəyə buraxılması təqdirəlayiqdir.
Sayını çoxaltmaq lazımdır...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, Bakı şəhərində istismar müddətini bitirmiş, mühərriki köhnəlmiş kifayət qədər avtobuslar var, hansı ki, dizellə işləyir. Ekspert qeyd edib ki, həmin avtobuslar atmosferə ciddi ziyan vururlar: “Ekoloji cəhətdən təmiz olmayan bu avtobuslar havaya kütləvi şəkildə zəhərli qazın yayılmasına şərait yaradırlar. Ümumiyyətlə, bütün dünya ölkələri avtobusların elektromobilləşməsi ilə əlaqədar proseslərə start verib. “Tesla” şirkəti bu məsələdə kifayət qədər fəal iştirak edir. Təsadüfi deyil ki, ölkə rəhbəri tərəfindən verilən tapşırıq əsasında son buraxılış müddəti 3 ili keçməyən elektromobil və hibrid avtomobil növləri gömrük rüsumlarından azad edildi. Bu stimullaşdırıcı tədbir idi. Gömrük rüsumlarının ləğvi həm də ona görə idi ki, paytaxtın nəqliyyat parkı tədricən yenilənsin, elektromobillərin çoxalmasına imkan yaransın. Bu baxımdan ekologiyanın çirklənməsinin qarşısını almaq üçün elektrik mühərrikli avtobusların xətlərə buraxılması çox müsbət addımdır. Düşünürəm ki, belə avtobusların sayını çoxaltmaq lazmdır. Məsələn, digər xətlərdə işləyən avtobus şirkətlərinin də qarşısına konkret olaraq bu tələbi qoymaq olar. Gömrük rüsumlarından azad etməklə, banklarda kiçik faizli kreditlər verməklə həmin şirkətlərə də şərait yaradılsın ki, onlar da öz avtomobil parklarını yeniləsinlər və elektrik mühərrikli nəqliyyat vasitələrinə keçid etmək imkanları olsun”.
Elektrik benzini ucuzlaşdıracaqmı?
Elektrik mühərrikli avtobusların dövriyyə buraxılmasından sonra benzinin qiymətində dəyişiklik olub-olmayacağına gəlincə, ekspert bildirib ki, bu barədə danışmaq hələ tezdir: “Fikrimcə, elektrik mühərrikli avtobusların kütləvi surətdə artması, paytaxtın avtobus parkının yenilənməsi üçün hələ bir neçə müddət lazımdır. Dünyada yanacaq növlərinin “Avro 5” standartlarına keçidi ilə bağlı ciddi tələblər var. Yanacağın “Avro 5”, “Avro 6” standarlarının tələblərinə uyğunlaşdırılması yalnız Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin diqqətindədirsə, belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanda digər yanacaq növləri ilə işləyən avtomobillərə tələbat hələ davam edəcək. Nə qədər ki, tələbat var, yaxın zamanlarda yanacağın qiymətinin ucuzlaşacağından danışmaq tezdir. Lakin bununla əlaqədar dövlətin xüsusi qərarı olarsa, yanacağın ucuzlaşması ilə bağlı Tarif Şurasına müraciət edilə bilər. Amma sırf elektrik mühərrikli avtobusların dövriyyəyə buraxılmasından dərhal sonra benzinin qiymətində ucuzlaşma yaxın deyil, uzaq perspektivdə mümkün olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

