Vaxtı ötmüş “qərar”...
13.09.2023 [11:35]
5 günlük məktəblər niyə 6 günlüyə keçir?
Y.BAYRAMOVA
Yeni tədris ilinin başlamasına artıq iki gün qalıb. Təəssüf ki, dərslər başlamamış bəzi şagirdlərə gələn bildiriş mesajları heç də ürəkaçan deyil. Belə ki, bir çox məktəblərin 6 günlük tədris sisteminə keçməsi ilə bağlı şagirdlərə və valideynlərə məlumat verilib. Bildirilib ki, Pedaqoji Şuranın keçirdiyi iclasda qəbul edilən qərarla bəzi məktəblərdə dərslər 6 günlük olacaq. Məktəb rəhbərliyi isə belə bir addımı dərs yükünün azaldılması ilə əlaqələndirir. Ancaq burada mühüm bir məqam yaddan çıxır: Pedaqoji Şura dərs yükü və yaxud şagird sayı çox olan məktəblərin 6 günlük olmasına özbaşına qərar verə bilməz. Çünki bu iclasda mütləq valideynlər də iştirak etməli və ortaq qərar olmalıdır.
Xatırladaq ki, 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə avqustun 7-dən start verilmişdi və proses avqustun 31-də başa çatdı. Bütün bunlar isə onu deməyə əsas verir ki, yerdəyişmə avqustun 31-nə qədər olduğu halda Pedaqoji Şuranın özbaşına qərar qəbul etməsi artıq valideynlərin qarşısına bir əngəl çıxarır. Çünki məktəblərdə tədrisin 6 günlük olacağı ilə bağlı valideyn və şagirdlərin cəmi bir neçə gün qabaq məlumatlandırılması nə məntiqə uyğun, nə də düzgün addımdır. Məsələn, şagirdlərin yerdəyişməsi bitmədən öncə belə bir “qərar”la bağlı informasiyalar verilsəydi, övladını məktəbə 6 gün göndərmək istəməyən valideyn də rahat şəkildə seçim edə bilərdi. Yəni, övladlarını tədris 5 gün aparılan məktəbə göndərərdilər.
Mövcud durum təbii olaraq valideynlər və şagirdlər arasında narazılığa səbəb olub. Zaman-zaman tədris prosesi ilə bağl? bir çox xoşagəlməz məqamlarla üzləşmişik. Ancaq təhsil sistemindəki neqativ hallar bitmək bilmir.
Qərar valideynlərlə bərabər verilməlidir!
Baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq. C.Valehov “Yeni Azərbaycan”a açıqlamasında valideynlərin iradlarında haqlı olduğunu vurğuladı: “Bəzi məktəblərin 6 günlük tədris prosesinə keçməsi ola bilər. Bunun üçün həmin məktəbdəki Pedaqoji Şura qərar verir. Təklif edirəm ki, valideynlər məktəbə gedib bu “qərar”la bağlı öz etirazlarını bildirsinlər. Çünki Pedaqoji Şura belə bir qərarı özbaşına deyil, valideynlərlə bərabər verməlidir. Ona görə də valideynlərin bir araya gəlib baş verənlərin düzgün hal olmadığını demək haqları var. Bu məsələdə birmənalı olaraq valideynlərin yanındayam”.
Məqsədəuyğun deyil...
Təhsil üzrə ekspert Elçin Əfəndi ölkə üzrə bütün ərazilərdəki məktəblərin 6 günlük dərs qrafikinə keçidinin mümkün olmadığını deyib. Onun sözlərinə görə, bu qrafikə şagird sayı çox olan ərazilərdə keçmək olar: “Şagird sıxlığı az olan ərazilərdəki məktəblərin 6 günlük dərs rejiminə keçməsinin hər hansı bir mənası yoxdur. Hətta dünyanın əksər ölkələrində dörd günlük dərs rejimi tətbiq olunmaqdadır. Belə olan halda ölkəmizdə dərslərin 6 günlük olması məqsədəuyğun deyil. Bu durum müəyyən narazılıqlara səbəb olur. Bəzi ərazilərdə, məsələn, Xırdalan şəhərində sıxlıq çoxdur, orada elə məktəblər var ki, 5-6 min şagird təhsil alır. Yalnız həmin ərazilərdə növbəlilik prinsipləri ilə məktəblər 6 günlük ola bilər. Bakı şəhərinin mərkəzində isə elə məktəblər var ki, orada sıxlıq çox azdır, bu baxımdan belə məktəblərdə dərslərin 6 günlük olmasının mənası yoxdur”.
P.S. Elm və təhsil naziri Emin Əmrullayev ötən ilin yayında gələn tədris ilindən bütün məktəblərin 6 günlük tədris sisteminə keçməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən demişdi ki, yayılan bu məlumat şayiədir və belə məlumatlara inanmaq lazım deyil.
Mövzunu davam etdirəcəyik...
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30

