Tıxaclı günlər gəlir...
09.09.2023 [11:45]
Çıxış yolu nədir?
Y.BAYRAMOVA
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Artıq regionlardan Bakıya tələbə axını başlayıb. İndidən paytaxtın əsas küçə və prospektlərində sonu görünməyən tıxaclar yaranır. Həlli görünməyən və hər ötən gün daha da dərinləşən tıxac problemi artıq şəhər sakinlərinin gündəlik qayğısından çıxıb insanların sağlamlığında problemlərə-əsəb, stress, həmçinin işə gecikmələrin gətirdiyi fəsadlara səbəb olub. Sanki problemin həlli mümkünsüz görünür. Amma belə davam edə bilməz, nəsə bir çıxış yolu olmalı, yaxud tapılmalıdır.
Bu il Bakı yolları və nəqliyyat infrastrukturu yeni tıxac mövsümünə nə qədər hazırdır? Problemin həlli yolu nədir?
Tıxaclara səbəb olan amillər
Sualımızı cavablandıran nəqliyyat üzrə ekspert Ərşad Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Abşeron aqlomerasiyasının küçə-yol şəbəkəsində mobilliyə təsir edən əsas amillərə nəzər yetirəndə mənzərə xeyli aydınlaşır. Ekspert qeyd edib ki, vəziyyət elə də ürəkaçan deyil. Səbəblər isə müxtəlifdir: “Yollarda tıxac yaranmasını stimullaşdıran əsas amillərdən biri olan məskunlaşma ilə bağlı məsələ bir az da qəlizləşib. Bakı ətrafında bəzi yaşayış massivləri bir az da sıxlaşıb, rayonlardan paytaxta gələnlər də yəqin ki, azalmaz, əksinə artar. Xarici ölkələrdən vətənə qayıdanlar da böyük ehtimalla artıb. Bununla yanaşı, əsas iş yerləri şəhərin daxilindədir. Periferiyalarda məktəb çatışmazlığı daha da qabarıq görünəcək yəqin ki. Deməli, şəhərə giriş yollarında hərəkət intensivliyi artacaq. Bundan başqa, son bir ildə ölkəyə 70-80 min minik avtomobil gətirilib, əksəriyyəti də Bakıya və Abşeron aqlomerasiyasına. Yəni, küçələrə çıxacaq avtomobillərin sayı da artıb”.
Avtobus parkı köhnəlib
Ə.Hüseynovun fikrincə, metronun “Xocəsən” stansiyası istifadəyə verilsə də, onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir: “Bu il qatarların hərəkət qrafiki və digər amillər yerində qalıb, avtobus parkı yenilənməyib. Bakının və yaşayış yerlərinin digər məntəqələrinin avtobus marşrutlarında isə geriləmə müşahidə edilir. Diqqət etsəniz, yollarda avtobusların azaldığını aydın şəkildə görə bilərsiniz. Bu, yəqin ki, avtobus parkının daha bir il köhnəlməsi, yeni avtobusların gətirilməməsi, mövcudların isə saz vəziyyətdə istismarının çətinlikləri ilə bağlıdır. Hər bir halda avtobus parkının vəziyyəti, onun perspektivi indiki durumda kifayət qədər bərbaddır. Son bir ildə aqlomerasiyanın küçə-yol şəbəkəsində ciddi bir yenilik baş verməyib”.
Ekspert qeyd edib ki, bəzi parklanma yerlərində ödənişlərin tətbiqi Bakının mərkəzi hissəsində parklanmaların idarə edilməsində tədricən irəliləyişə səbəb olmaqdadır: “Parklanmaların düzgün təşkili, idarə edilməsi və zəruri nəzarət olsa, bəzi yerlərdə qanunsuz parklanmadan irəli gələn sıxlıq və tıxaclar azala bilər”.
Ciddi tıxaclar olacaq...
Ə.Hüseynov bu il bizi ciddi tıxacların gözlədiyini bildirib: “Qeyd edilənlər o deməkdir ki, bu il də aqlomerasiyada əsas mobillik vasitələrimiz fərdi avtomobillər və taksilər olmaqda davam edəcək. Bu isə onu deməyə əsas verir ki, bu il daha ciddi tıxaclara şahid olacağımız gözlənilir. Təəssüf ki, illərdir bu məsələlərə yetərincə diqqət ayrılmır. Ölkədə mobillik məsələsinə yenidən baxılmasa, bu sahəyə dövlət tərəfindən ciddi yatırım edilməsə, yığılıb qalan məsələlərin həlli ilə ciddi məşğul olunmasa, hər növbəti il daha pis mənzərəyə şahid olmaqda davam edəcəyik”.
Tıxaclardan necə xilas ola bilərik?
Ekspert qeyd edib ki, birinci olaraq, məskunlaşma ilə bağlı problemləri aradan qaldırmaq lazımdır. Məsələn, Bakının Abşeron rayonu ərazisində normal şəhər qurma planı hazırlanmalıdır.: “Plana uyğun olaraq, məktəblər, iş yerləri, düzgün küçə və nəqliyyat sistemi tətbiq edilməlidir. İkinci çıxış yolu isə nəqliyyat sistemi mükəmməl olmalıdır. Bunun üçün metro şəbəkəsi genişləndirilməlidir. Dünyanın bir çox ölkələrində metro stansiyalar arasında çox az məsafə var. Bakıda 27 stansiyamız olsa da, o stansiyalara getmək üçün bir neçə nəqliyyat vasitələrindən istifadə etməli oluruq. Həmçinin, avtobusların da nəqliyyat sistemi normal deyil. Nəqliyyat sxemi üzrə dəqiq fəaliyyət göstərmirlər. Piyada hərəkəti üçün sistem qrafiki, gecə vaxtı nəqliyyat vasitələrindən istifadə edilən zaman yollarda işıqlandırma sistemi qurulmalıdır. Velosiped nəqliyyat sistemini genişləndirmək lazımdır. İlkin mərhələ üçün qeyd etdiklərimiz həyata keçirilsə, tıxacların başvermə faizi nisbətən azala bilər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07

