Vizasız gediş-gəliş...
12.07.2023 [11:45]
Azərbaycanlı və xarici vətəndaşların rahatlığı
Yeganə BAYRAMOVA
Azərbaycanlıların vizasız səyahət etmək imkanı əldə etdiyi ölkələrin siyahısı ilbəil genişlənir. Hətta Avropada elə ölkələr var ki, vətəndaşlarımız həmin ölkələrə vizasız gedə bilərlər. Vizasız gedə bildiyimiz ölkələri isə iki qrupa bölmək olar. Birinci qrupa səfər üçün viza tələb olunmayan, ikinci qrupa viza giriş zamanı verilən ölkələr aiddir.
Bu günlərdə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə də (BƏƏ) vizasız gediş-gəliş rejimi tətbiq olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, iki ölkə arasında vizasız yaşamaq üçün 90 gün vaxt verilir.
71 ölkə...
Bu ilin yanvar ayında dünyada pasportların vizasız istifadəsini göstərən “Henley & Partners Visa Restrictions Index”i açıqlanmışdı. Azərbaycan bu siyahıda vətəndaşlarının sərbəst səyahət etməsi imkanına görə, 76-cı yerdə qərarlaşıb. İndeksə əsasən, ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər. Bu ölkələr arasında Ermənistan da göstərilib, azərbaycanlılar Ermənistanda da vizasız səyahət edə bilərlər.
Vətəndaşlara mənəvi stimul
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən iqtisadçı Fuad İbrahimov vətəndaşlarımızın viza rejimi olmadan bir çox ölkələrə gedə bilməsinin, həmçinin xarici turistlərin rahatlıqla ölkəmizə gəlməsinin müsbət amil olduğunu qeyd edib. Onun sözlərinə görə, vizasız gediş-gəliş insanların rahat səyahət etmələri, yaxud qonaq qalmaları, hansısa işlərini asanlıqla həyata keçirmələrinə imkan yaradır: “Məsələn, elə ölkələr var ki, aramızda miqrasiya kifayət qədər intensivdir. Artıq dünya insanların bir sənədlə hərəkətinin təmin edilməsi mərhələsindədir. Elə bir sənəd ki, orada şəxsiyyətin təsdiqindən tutmuş bank hesabınadək hər bir məlumat olur. Biometrik pasportlar məhz bu imkanı yaradır. Vətəndaş haqqında bütün zəruri məlumatlara əlçatanlıq təmin edildikdən sonra viza rejiminə ehtiyac belə qalmır. Əlbəttə, hansısa ölkə ilə aramızdakı viza rejiminin ləğvi hər iki dövlətin vətəndaşlarının ürəyincə olan məsələdir. Vizasız gediş-gəliş vətəndaşlara üstünlük, rahatlıq və ən əsası mənəvi stimul verir”.
Turizm sektorunun inkişafı
Hazırda turizmin inkişafının Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu vurğulayan F.İbrahimov qeyd edib ki, turizmin özəlliyi dolayı ixrac deməkdir. İqtisadçının sözlərinə görə, ölkəyə təşrif buyuran hər bir turist dövlətə valyuta gətirir: “Son illər ölkəmizə gələn turistlərin çoxu ərəb dövlətlərinin vətəndaşları olub. Əsas artımlar ərəb ölkələri və Körfəz dövlətlərinin payına düşür. Bu cür artım tempi əvvəlki dövrlərdə də müşahidə olunurdu. Əksər ərəb və Körfəz ölkələrinə Azərbaycan vizasız gəliş-gediş üçün şərait- hava limanında viza almaq imkanı yaradıb. Bütün bunlar da Azərbaycan vizasının daha tez və asan yolla alınmasına gətirib çıxarıb. Region ölkələri ərəb və körfəz ölkələrindən turist cəlb etməyə çalışırlar. Bu konteksdən baxdıqda hansısa beynəlxalq tədbirləri və ya idman oyunlarını izləmək üçün Azərbaycana Körfəz və ərəb ölkələrindən gələn turistlərin sayını artırmaq vacib amildir. Nəticə etibarı ilə ölkəyə gələn turist oteldə qalmaqla kifayətlənmir, restoranlara gedir, müxtəlif alış-veriş edirlər. Bundan da turizm sektoru faydalanmış olur. Ona görə də, istər daha çox xarici vətəndaşların Azərbaycana vizasız gələ bilməsi, istərsə də öz vətəndaşlarımızın siyahıda olan 71 ölkəyə vizasız və rahat səyahət etməsi təqdirəlayiq haldır”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40

