Kiçik Qafqazın parlaq incisi - Daşkəsən
24.08.2011 [11:01]
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Daşkəsən rayonudur.
İlin ilk yarısının göstəriciləri qənaətbəxşdir...
2011-ci ilin birinci yarısında Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı üzrə bir çox işlər görülüb. Belə ki, ümumi məhsul buraxılışı 17332,1 min manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 20,5 % çox olub. O cümlədən, sənaye üzrə 6,5 dəfə, kənd təsərrüfatı üzrə 11,6 %, nəqliyyat üzrə 7,7 %, rabitə üzrə 1,8 %, ictimai-iaşə xidmətləri üzrə 11,3 % çox olub. 2011-ci ilin 6 ayı ərzində sənaye müəssisələrinin işçilərin orta sayı 525 nəfər olub. Bir işçiyə düşən orta aylıq əməkhaqqı 299,8 manat təşkil edib. 2011-ci ilin 6 ayı ərzində rayonda 413 aztəminatlı ailəyə ünvanlı Dövlət Sosial Yardım təyin olunub.
2011-ci ilin 6 ayı ərzində istifadə olunmuş elektrik enerjisinin əhali qrupu üzrə dəyərinin ödənilməsi 87,3 % təşkil edib. Keçən ilin 6 ayında bu göstərici 84 % təşkil edib. ümumi ödəmə üzrə isə bu göstəricilər müvafiq olaraq 77,1 %, 64,9 % olub.
Qaz İstismar İdarəsi üzrə 2010-cu ilin 6 ayı ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 102,4 %, ümumi ödəmə üzrə isə 96 %, 2011-ci ilin 6 ayında isə bu göstəricilər 106,5 % və 99,4 % təşkil edib. 2011-ci ilin 6 ayı ərzində rayon Qaz İstismar sahəsi tərəfindən bir sıra təmir-bərpa işləri görülüb.
Daşkəsən rayon Su-kanal idarəsi üzrə 2010-cu ilin 6 ayı ərzində əhaliyə verilən suyun dəyərinin ödənilməsi 66,2 %, 2011-ci ilin 6 ayında isə 66,9 % olub. ümumi ödəmə üzrə isə bu göstəricilər müvafiq olaraq 50,8 %, 65,7 % təşkil edib.
2011-ci ilin 6 ayı ərzində 22 saylı Yol İstismar idarəsi tərəfindən bir sıra işlər görülüb. Belə ki, yolların saxlanması və təmiri üzrə 396,3 min manatlıq iş görülüb.
2011-ci ilin 6 ayı ərzində rayon Telekommunikasiya Qovşağı üzrə aşağıda qeyd edilən tədbirlər yerinə yetirilib.
Cari ilin 6 ayında rayonun aqrar sahəsində də bir sıra işlər görülüb. Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
2011-ci ilin məhsulu üçün 2276,5 hektar sahədə əkin aparılıb, bunun 1352,4 hektarını kartof, 660 hektarını taxıl, 264,1 hektarını digər əkin sahələri təşkil edir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 5 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə kəndlərində) süni mayalama məntəqələri fəaliyyət göstərir. Süni mayalama texnikləri tərəfindən 2011-ci ilin 6 ayı ərzində 226 baş heyvan mayalanıb, mayalandırılmış heyvanlardan 106 baş bala alınıb. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
ümumilikdə rayonun kənd təsərrüfatının (heyvandarlıq, əkinçilik, arıçılıq) sürətli inkişafı üçün uzun müddətli, aşağı faizli kredit ayrılması üzrə irimiqyaslı tədbirlər həyata keçirilməkdədir.
2011-ci ilin 6 ayı ərzində “Daşkəsən Filizsaflaşdırma” ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni də öz fəaliyyətlərini davam etdirib. çovdar qızıl yatağının istismarı üzrə hazırlıq işləri görülür. Həmin işlərin sürətləndirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub. Yatağın istifadəyə verilməsi 300 nəfərdən artıq işsiz əhalinin işlə təmin olunmağına imkan yaradacaq. Rayon ərazisində qranit məhsulu istehsalına başlanılması üzrə də hazırlıq işləri görülür.
Abadlıq-quruculuq işləri yüksək səviyyədə GEdir...
Qeyd edək ki, cari ilin 6 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilməkdədir. Daşkəsən rayonunun girişində geniş, irimiqyaslı tikinti quruculuq və abadlıq işləri aparılıb, “Bayraq Meydanı” yaradılıb və yeni park, istirahət mərkəzi salınıb. Hazırda bu sahədə işlər davam etdirilir.
Bununla yanaşı, Daşkəsən rayon Baytarlıq idarəsinin inzibati binası, diaqnostika mərkəzi və Dəstəfur kəndində baytar sahəsi üçün inzibati bina tikilərək istifadəyə verilib. Daşkəsən Mərkəzi rayon xəstəxanasının inzibati binasının tikintisi sahəsində işlər aparılır.
Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün ikimərtəbəli, 16 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.
Daşkəsən şəhərində rayon Statistika idarəsinin, MTN-nin rayon şöbəsinin yeni inzibati binalarının tikintisi üçün torpaq sahələri ayrılıb.
Rayonda Hidrometoloji Stansiyanın yeni binasının tikintisi və avadanlıqlarla təmin olunması üçün təkliflərin hazırlanması məqsədilə mütəxəssis rayona dəvət olunub.
2011-ci ildə Daşkəsən şəhərinin küçələrinə asfalt örtüyünün salınması üçün hazırlıq işləri görülür.
Daxili imkanlar hesabına şəhərin “Cümə” məscidi əsaslı təmir edilib, Daşkəsən şəhərində yeni iaşə və məişət xidməti göstərəcək binanın tikintisinə başlanılıb.
Mədəniyyət və səhiyyə obyektlərində təmir-bərpa işləri üçün hazırlıq işləri görülür.
Şəhərin sel sularının təsirindən dağılmış, sıradan çıxmış obyekt və qurğuların, müxtəlif su kanalizasiya sisteminin təmiri üzrə işlər görülür.
Şəhərin binalarının, küçələrinin və istinad divarlarının təmir-bərpası üçün hazırlıq işləri görülür. Şəhərin müxtəlif sahələrini əhatə edən irimiqyaslı tikinti, yenidənqurma, təmir-bərpa işlərinin aparılması üzrə mütəxəssislər tərəfindən kompleks layihə işlənib hazırlanıb.
Qeyd edək ki, rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Daşkəsən şəhər S.Vurğun adına 4 saylı tam orta və Quşçu kənd tam orta məktəbləri müasir avadanlıqlarla təmin olunub. Hazırda şəhərdə sakinlərin istifadəsi üçün yeni, müasir “İctimai xeyir-şər evi” tikilir.
Rayonun ayrı-ayrı yaşayış məntəqələrində qəza vəziyyətində və təmirə ehtiyacı olan 35-dən artıq yaşayış evlərinin bərpa və təmiri üzrə layihə-smeta sənədləri hazırlanır.
Bütün görülən işlərlə yanaşı, Daşkəsən rayon İcra Hakimiyyəti rayon ərazisindəki bütün idarə, müəssisə və təşkilatlarda əmək və icra intizamının daha da möhkəmləndirilməsi, tapşırılmış işə görə məsuliyyət hissinin artırılması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi sahəsində ardıcıl, təsirli tədbirlər həyata keçirir. Vətəndaşların ərizə və şikayətlərinə daha diqqətlə yanaşılması və onların haqlı müraciətlərinin vaxtında həll olunması, yerlərdə mövcud problemlərin qısa müddətdə aradan qaldırılması sahəsində kompleks işlər aparılır.
Rayonun perspektiv inkişafı haqqında...
Daşkəsənin keyfiyyətcə yeni inkişaf mərhələsinə adlaması üçün perspektiv planlar da maraq doğurur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planında Daşkəsən rayonuna aid 20 tədbir nəzərdə tutulub.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bizimlə söhbət zamanı bildirdi ki, bu tədbirlərin 2-si ölkə əhəmiyyətlidir, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 15-i isə Daşkəsən rayonu üçün nəzərdə tutulub.
Bunların sırasında:
- Aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi, kənd təsərrüfatının texnikaya, mineral gübrələrə olan tələbatın təminatının yaxşılaşdırılması;
- Regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi;
- Rayonlarda sahə baytarlıq məntəqələrinin tikintisi;
- Regionda ölkə əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri, yenidən qurulması və tikintisi;
- Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması;
- Dağ-mədən sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsinin və yeni müəssisələrin yaradılmasının dəstəklənməsi;
- Bitkiçilik, heyvandarlıq və arıçılığın inkişafının dəstəklənməsi;
- Rayonda yerli əhəmiyyətli yolların təmiri;
- Daşkəsən şəhərində küçələrin asfalt örtüyünün yenidən salınması;
- Rayonun elektrik şəbəkələrinin yenidən qurulması və elektrik verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması;
- Daşkəsən şəhərində mövcud olan qazanxanaların modernləşdirilməsi və yenilərinin tikintisi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası;
- Rayonun kəndlərinin qazlaşdırılması;
- Rayonun kənd poçt şöbələri üçün yeni binaların tikintisi və radio proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi məqsədilə rayon RTYS-də güclü FM vericilərin quraşdırılması;
- Rayonun kəndlərində ATS-lərin EATS-lərlə əvəz edilməsi;
- Daşkəsən şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması;
- Rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması;
- Rayonda yeni səhiyyə müəssisələrinin tikintisi;
- Rayonun mədəniyyət obyektlərinin təmiri, tikintisi və tarix-mədəniyyət abidələrinin bərpası;
- Rayonda idman-sağlamlıq obyektlərinin tikintisi;
- Rayonda məktəblərin əsaslı təmiri, idman zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi var.
İcra başçısının sözlərinə görə, həyata keçiriləcək işlər nəticəsində Daşkəsən rayonu sənaye və aqrar baxımından ən güclü və sürətli inkişafı ilə seçilən bölgələrdən biri olacaq. Artıq rayonda sahibkarlar üçün kreditlərin verilməsi istiqamətində danışıqların aparıldığını, yaxın zamanlarda Daşkəsən rayonu üzrə irimiqyaslı layihələrin icrasına start veriləcəyini vurğulayan Əhəd Abıyev rayonun perspektiv inkişafının həm sənaye, həm kənd təsərrüfatı, həm də turizmlə bağlı olduğunu söylədi.
Daşkəsənlilər YAP-a böyük etimad göstə
rirlər
Azərbaycanın ən ucqar bölgələrindən biri olmasına baxmayaraq, Daşkəsən rayonu siyasi aktivlik, ictimai-siyasi fəallıq baxımından həmişə diqqəti cəlb edib. Rayon sakinləri ictimai-siyasi proseslərdə yaxından iştirak edərək ölkəmizin yüksək inkişafı və güclənməsi üçün hər bir pozitiv təşəbbüsü dəstəkləyirlər. Onlar ölkənin əsas aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına (YAP) dərin inam və etibar bəsləyir, partiya sıralarına qəbul olunmaqdan yüksək qürur və fəxr duyduqlarını ifadə edirlər.
Rayon sakinləri ümummilli lider Heydər Əliyev ideyalarına həmişə sadiq qalaraq ictimai-siyasi, iqtisadi-sosial proseslərdə öz fəallıqları ilə həmişə seçiliblər. Onlar indiyə kimi keçirilən bütün seçkilərdə Ulu öndərin davamlı siyasi kursuna, bu siyasəti yeni inkişaf mərhələsində gücləndirən Prezident İlham Əliyevə və hakim partiyaya sədaqət nümayiş etdiriblər. Bunun nəticəsidir ki, rayonda YAP-ın üzvü olmaq istəyən insanların sayı hər il durmadan artır. Təkcə bu ilin 6 ayı ərzində rayon təşkilatının sıralarına 74 qadın, 97-i gənc olmaqla ümumilikdə, 160 nəfər daxil olub. Hazırda YAP Daşkəsən rayon təşkilatı öz sıralarında 3627 nəfəri birləşdirir. Hazırda rayon təşkilatında partiya üzvlərinin 1214 nəfərini gənclər təşkil edir.
YAP Daşkəsən rayon təşkilatında qadınların fəallığı da xüsusi diqqət çəkir. 1470 nəfər qadının üzv olduğu rayon təşkilatında zərif cinsin nümayəndələrinin birbaşa təşəbbüsü ilə müntəzəm olaraq müxtəlif tədbir və seminarlar təşkil olunur, ölkə həyatının inkişafına səbəb olan aksiyalar keçirilir.
Bir sözlə, rayon sakinləri dərin inam və qətiyyətlə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl islahatları dəstəkləyərək davamlı olan xoş sabahlar naminə YAP-a böyük etimad göstərirlər.
Bir sözlə, rayonda görülən yüksək işlər Daşkəsən ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Heç də təsadüfi deyil ki, rayon sakinləri bütün dövrlərdə Azərbaycan dövlətinə və dövlətçiliyimizə sədaqət göstərib, xalqımızın daha da yaxşı yaşamasını, dövlətimizin güclənməsini təmin edən siyasi kursu fəal müdafiə edirlər. Rayon sakinlərinin Azərbaycan Respublikasının müstəqilliyini əldə etdiyi dövrdən bu yana keçirilən bütün seçkilərdə Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və bu kursu həyata keçirən insanlara səs verməsi də məhz bu fikri sübut edir. Daşkəsənlilər, həmçinin, son illərdə rayonda görülən böyük işləri və əldə olunan müsbət nəticələri də yüksək qiymətləndirirlər. Rayon rəhbərliyi isə dövlətimizin yaratdığı imkanlardan istifadə edərək Daşkəsənin gələcəkdə daha yüksək inkişaf etmiş və Azərbaycanın güclü sənaye-aqrar-turizm potensialına sahib olan bir bölgəyə çevrilməsi üçün əməli fəaliyyəti davam etdirəcəyini vəd edir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

