2011-ci ilin birinci yarısı sosial-iqtisadi inkişaf baxımından Yevlax üçün uğurlu olub
19.08.2011 [10:21]
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Yevlax rayonudur.
Yevlax günü-gündən yeniləşir
Yevlax şəhər İcra Hakimiyyətindən bildiriblər ki, 2011-ci ilin birinci yarısı sosial-iqtisadi inkişaf baxımından uğurlu olub. Prezident İlham Əliyevin daimi diqqət və qayğısını hiss edən yevlaxlılar əvvəlki dövrlərdə olduğu kimi, bu ilin 6 ayı ərzində də rayonun hərtərəfli inkişafı üçün bütün qüvvələrini səfərbər ediblər. ümumiyyətlə, son 8 ildə bir neçə dəfə Yevlağa səfər etmiş Prezident İlham Əliyevin hər dəfə söylədiyi fikirlər yevlaxlıların yaddaşında dərin izlər buraxıb. Dövlət başçısının 2010-cu il oktyabrın 14-də Yevlağa səfəri zamanı söylədiyi fikirlər isə yevlaxlıların əməyinə verilən ən yüksək qiymətdir: “Bu gün Azərbaycan qüdrətli dövlətdir. Bu gün Azərbaycan təkcə təhsildə deyil, bütün sahələrdə böyük işlərə qadirdir. Hara baxsan, bunu görmək mümkündür. Elə Yevlağın yeniləşən simasına baxın. Siz burada yaşayırsınız, bəlkə öyrəşmisiniz. Amma mən Prezident kimi buraya beşinci dəfədir ki, gəlirəm. Ondan əvvəlki dövrlərdə də burada olmuşam. Mən də yaxşı xatırlayıram burada vəziyyət necə idi. Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır”.
Abadlıq, quruculuq, tikinti işləri davam edir
Hazırda Yevlaxda abadlıq, quruculuq, tikinti işləri davam edir. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 128,8 milyon manat olub. Bunun 3,4 milyon manatı istehsalat sahəsinə, 195,4 milyon manatı qeyri-istehsal sahəsinə yönəlib. 243 obyektdə tikinti işləri aparılıb ki, bunun da 164-ü yeni tikintilərdir.
Cari ilin 6 ayında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 mərtəbəli 36 mənzilli, qəza vəziyyətində olan binalarda yaşayan ailələr üçün 4 mərtəbəli 20 mənzilli yaşayış binalarının, Regional İnformasiya Mərkəzinin, Mərkəzi-Bankın Yevlax Ərazi İdarəsi və Ehtiyatların İdarəetmə Mərkəzinin, Beynəlxalq Bankın Yevlax filialının, Maliyyə idarəsinin, Avtovağzal kompleksinin, Uşaq Gənclər İdman məktəbinin üzgüçülük hovuzunun, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Yevlax birləşmiş Texniki şöbəsinin, “Lalə-Tekstil” MMC tikiş fabrikinin ikinci növbəsinin, Kür çayı sahilində 5 ulduzlu hotel binalarının tikintisi, Dəmir yol vağzalı binasının yenidən qurulması işləri davam etdirilib. Kür çayı sahilində 2 km uzunluğunda olan bulvar-istirahət kompleksinin, şəhərin şərq hissəsində Səməd Vurğun parkının, Aran qəsəbəsində İpək yolunun kənarında 1,1 km ərazidə istirahət zonasının tikintisi işləri aparılıb. Eyni zamanda, Heydər Əliyev prospektinin Bakı-Ələt-Qazax avtomobil yolu (İpək yolu) ilə kəsişməsinin Bakı və Gəncə istiqamətlərində abadlıq işləri aparılıb. Burada istinad divarları, qala bürcləri tikilib. Həmçinin, Bakı-Ələt Qazax avtomobil yolundan ç.Mustafayev küçəsinə dönən yolda istinad divarları oqlay üzlük pilitələri ilə üzlənib və metal məhəccərlər quraşdırılıb. Hazırda Nizami prospektində də abadlıq işləri aparılır, istinad divarları tikilir və divarlar üzlük daşları ilə üzlənir. Nizami prospektində Qala kompleksi və açıq havada muzey tikilərək və əhalinin istifadəsinə verilib. Şəhərin 16 küçəsinə torpaq və çınqıl materialı verilərək hamarlanıb. Heydər Əliyev prospektində (Dəmir yol stansiyası meydanından-Nizami prospektinədək) 1060 p/m səki daşları düzülüb və suvanıb. Kür çayı sahilində bulvar istirahət kompleksində 110 ədəd, şəhərin Abbas Səhhət küçəsində 36 ədəd, Kür istirahət bulvarına gedən yolda 70 ədəd işıqlandırma nöqtələri quraşdırılıb. Şəhərdə və yol kənarlarında 66,9 min ədəd müxtəlif ağaclar və 250 min ədəd tək göz (lüqustr) və digər dekorativ ağaclar əkilib.
ümumdaxili məhsulun həcmi artıb
Hesabat dövründə Yevlaxda ümumdaxili məhsulun həcmi 170,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon manat və ya 6,6 faiz çoxdur. ümumdaxili məhsulun 5,3 milyon manatını sənaye, 42,3 milyon manatını kənd təsərrüfatı, 7,1 milyon manatını tikinti, 93,5 milyon manatını ticarət, 2,2 milyon manatını nəqliyyat, 0,4 milyon manatını rabitə, 20,1 milyon manatını digər xidmətlər təşkil edib. 2011-ci ilin birinci yarısında adambaşına 1417,3 manat ümumdaxili məhsul istehsal olunub ki, bu da 2010-cu ilin eyni dövrünə nisbətən 71,3 manat və yaxud 5,3 faiz çoxdur. Rayon üzrə orta aylıq əmək haqqı 160 manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,0 manat çoxdur. Bundan başqa, 2011-ci ilin birinci yarısında şəhərin büdcə xərcləri 9 milyon 9 min manat olub. Sahibkarlara, iş adamlarına 6 milyon 729 min manat kredit verilib, əhalidən 1 milyon 289 min manat əmanət qəbul edilib. Hamısı daimi olmaqla 300 yeni iş yeri açılıb.
Eyni zamanda, bu ilin 6 ayında 19821 pensiyaçıya 10 milyon 489,8 min manat, 5998 sosial müavinət alanlara 1 milyon 778,6 min manat vəsait ödənilib. Sosial müdafiəyə ehtiyacı olan 3233 ailəyə ümumilikdə 2 milyon 154,7 min manat ünvanlı sosial yardım ödənilib.
Aqrar sahə inkişaf edib
Hesabat dövründə ümumilikdə 42,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı 94 baş, qoyun və keçilərin baş sayı 888 baş, quşların baş sayı 584 baş artıb.
Hazırda taxıl yığımı başa çatmaq üzrədir. Zəmilərdən bu günə kimi 35675 ton taxıl yığılıb. Bu da keçən ildəkindən 5721 ton çoxdur. Meyvə, tərəvəz və bostan məhsullarının yığımı davam edir. 6 ayda kənd təsərrüfatı istehsalçılarına güzəştli qiymətlə 460 ton mineral gübrələr satılıb, 8826 kənd təsərrüfatı məhsulları istehsalçısına 1 milyon 383 min manat dövlət yardımının edilməsi üçün sənədlər hazırlanaraq respublika komissiyasına göndərilib.
2011-ci ilin I yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 349,7 ton ət, 2,7 ton süd, 57 min ədəd yumurta çox istehsal edilib.
Əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı yüksək səviyyədədir
ölkənin hər yerində olduğu kimi, Yevlaxda da əhalinin içməli su ilə təmin olunması işləri daim diqqət mərkəzində saxlanılır, nasos stansiyalarının, artezian və subartezianların istismarına nəzarət olunur. Yay mövsümü ilə əlaqədar olaraq bütün su mənbələrindən şəhərə sutka ərzində 30-32 min kub metr su vurulur. Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na əsasən “Yevlax şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsi” ilə əlaqədar Yaponiya şirkətinin nümayəndələri Yevlax şəhər İcra Hakimiyyətində olub, layihə-smeta sənədlərinin hazırlanması üçün Texniki şərtlər müəyyənləşdirilib. İlkin məlumatlara əsasən Mingəçevir su anbarından su boruları vasitəsi ilə Aran qəsəbəsindən şərqdə Boz dağın ətəyində şəhərdən 30-35 metr yüksəklikdə tikiləcək su tutarlarına veriləcək. Su təmizləyici qurğularda ekoloji cəhətdən təmizləndikdən sonra şəhərə veriləcək və paylanacaq. Eyni zamanda, şəhərin, bütün küçələrində fekal kanalizasiya xətləri çəkiləcək və çirkab sular nasoslar vasitəsi ilə təmizləyici qurğulara vurulacaq. Bununla da şəhər əhalisinin içməli su təminatı, kanalizasiya xidməti məsələləri tam həll olunacaq. Eyni zamanda, kəndlərin ekoloji cəhətdən içməli su təminatı davam etdirilir.
Hazırda Yevlaxda şəhər və kənd yaşayış məntəqələri 24 saat elektrik enerjisi ilə təmin olunur.
Hesabat dövründə əhalinin qaz təminatının yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilib. Varvara, Cırdaxan, Ağqıraq kəndləri təbii qazla təchiz olunub və bu 3 kənddə 460 ailəyə təbii qaz verilib. Şəhərdə və rayonun kəndlərində 15400 abonent təbii qaz ilə təmin edilib. Hazırda Balçılı və Salahlı kəndlərinin qazlaşması işləri davam etdirilir. Bundan sonra isə Bünyadabad və İsmayılabad kəndlərinin qazlaşması işləri aparılacaq.
Hesabat dövrü ərzində Yevlaxda əhaliyə 432,5 min manatlıq rabitə və poçt xidmətləri göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 min manat və ya 6,7 faiz çoxdur. Şəhərdəki mərkəzi və kəndlərdəki ATS-lərin artımı hesabına şəhərdə 82, kəndlərdə 34, cəmi 116 telefon çəkilib.
Təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzindədir
Hesabat dövründə şəhər həyatının bütün sahələri kimi təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə lazımi diqqət yetirilib. Rayonda ötən illərdə olduğu kimi təhsilin maddi-texniki bazasının inkişafı, məzmunca yeniləşməsi, şagirdlərə dərin bilik verilməsi istiqamətində tədbirlər davam etdirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə şəhər 8â„–-li tam orta məktəbi təhsil sahəsində qazandığı uğurlara görə “İlin ən yaxşı məktəbi” elan olunub.
Təhsilin səviyyəsinin yüksəldilməsi, IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlanması, onların bilik səviyyəsinin artırılması istiqamətində şəhər Təhsil şöbəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. IX və XI sinif şagirdləri arasında yoxlama və buraxılış imtahanları “Orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması qaydaları”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən aparılıb. IX siniflər üzrə buraxılış imtahanına buraxılan 1213 nəfər, XI sinif şagirdlərindən 1189 nəfəri iştirak edib. XI sinif şagirdlərindən 956 nəfər (80,4%) müvəffəq qiymət alaraq attestat alıb. IX siniflər üzrə imtahanlarda iştirak edən 1571 nəfər şagirddən 1404 nəfəri (89,3%) müvəffəq qiymət alaraq şəhadətnamə alıb.
Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi işinin yaxşılaşdırılması, onların hərbi məktəblərə marağının artırılması və hazırlanması məqsədilə də bir sıra tədbirlər həyata keçirilib. Bundan başqa, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayonda gənclər siyasətinin həyata keçirilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik və fiziki baxımdan inkişafı, idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülüb. Gənclər evinin Avropa standartlarına cavab verən süni örtüklü mini futbol, basketbol, voleybol meydançalarında 2 Fevral - Gənclər günü və Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar futbol, voleybol və şahmat yarışları keçirilib.
Rayonun səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. Yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri gücləndirilib, 6 ay ərzində 2956 uşağa peyvəndlər edilib, səhiyyə maarifi işinə diqqət artırılıb.
Son illərdə olduğu kimi, hesabat dövründə də əhaliyə göstərilən mədəni-maarif xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə Şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən tədbirlər davam etdirilib. Rayonun Meyvəli kənd kitabxanası və klubu əsaslı təmir edilib, yeni avadanlıqlarla, latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla təchiz edilərək istifadəyə verilib.
Səyyar qəbullar problemlərin operativ şəkildə həllinə yardım edir
Yeri gəlmişkən, Yevlaxda olanda onu da öyrəndik ki, Prezident İlham Əliyevin vətəndaşların problemləri ilə maraqlanaraq, onların operativ şəkildə həll edilməsinə dair tapşırıq və göstərişlərini əsas götürən şəhər İcra Hakimiyyəti başçısı Qoca Səmədov mütəmadi olaraq yerlərdə, xüsusilə də ucqar kəndlərdə səyyar qəbullar keçirir. Beləliklə, bu vaxta qədər şəhər rəsmilərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi səyyar qəbullar zamanı müxtəlif kəndlərin sakinləri üzləşdikləri problemlər barədə şəxsən ŞİH başçısına məlumat veriblər. öz növbəsində, ŞİH başçısı müvafiq sahələrə cavabdeh olan şəxslərə problemlərin tezliklə həll olunması üçün lazımi göstəriş və tövsiyələr verib.
Aparılan abadlıq işlərində Yevlax bələdiyyəsi də yaxından iştirak edir
Hazırda aparılan quruculuq-abadlıq işlərində Yevlax bələdiyyəsi də yaxından iştirak edir. Belə ki, bu ilin 6 ayı ərzində Yevlax bələdiyyəsi məhəllə komitələrinin müraciətləri əsasında sosial obyektlərin təmiri üçün yardımlar edib. Bu barədə məlumat verən şəhər bələdiyyəsinin sədri Namiq Hüseynov deyib ki, hesabat dövründə Xəlil Rza Ulutürk küçəsində rənglənmə işi həyata keçirilib, bələdiyyə binasının sol tərəfində 75 kvad.metr tamet pilitələr döşənib, eyni zamanda, müxtəlif park və xiyabanlarda təmir, rənglənmə, Bələdiyyə parkı və Uşaq Əyləncə Mərkəzində qazonların və ağacların təzədən əkilməsi və s. bu kimi işlər həyata keçirilib. ümumilikdə, bu işlərə 6 ay ərzində 6 min manata yaxın pul xərclənib. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Yevlax bələdiyyəsi tərəfindən məktəbli gənclərin futbol və şahmat yarışı keçirilib. Həmçinin, 8 Mart-Beynalxalq Qadınlar günü münasibətilə bələdiyyə üzvü olan xanımlara hədiyyələr verilib. Bundan başqa, müxtəlif istiqamətlər üzrə 4 min manat maddi yardım verilib və şəhid ailəsinə pulsuz 6 sot həyətyanı torpaq sahəsi ayrılıb.
Yevlaxlı gənclər Yeni Azərbaycan Partiyasını seçir
Təbii ki, əldə edilən uğurlarda hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon təşkilatının da özünəməxsus payı var. ümumiyyətlə, ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirən Yevlax sakinləri bütün siyasi proseslərdə fəal şəkildə iştirak edir və xalqımızın, dövlətimizin gələcəyinin müəyyənləşməsində aktiv rol oynayırlar. İndiyə qədər keçirilən bütün seçkilərdə Heydər Əliyev siyasətinə, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə və hakim partiyaya sədaqət nümayiş etdirən Yevlax seçiciləri bunu 2010-cu il parlament seçkilərində bir daha təsdiqləyiblər.
1993-cü il iyulun 17-də yaradılan YAP Yevlax rayon təşkilatı hazırda özündə 86 ərazi ilk partiya təşkilatını və 7040 üzvü birləşdirir. üzvlərdən 3691-i qadın, 1945-i isə gənclərdir. Bunu qəzetimizə açıqlamasında YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev deyib: “Partiya üzvləri cəmiyyətdə baş verən proseslərin önündə gedir, şəhərin ictimai-siyasi, mədəni, iqtisadi həyatında öz fəallıqları ilə daima seçilirlər. 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı rayon təşkilatı öz fəaliyyətini çevik və bütün elektoratı əhatə edən proqram əsasında qurdu. Belə ki, seçkilərə hazırlıq və keçirilməsi ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Yevlax rayon şöbəsi yaradıldı. Həmçinin, seçkiyə hazırlıq dövrü bütün yaş qruplarından olan seçiciləri əhatə etmək üçün rayon təşkilatı daxilində iki qrup formalaşdırdıq. 25 nəfərdən ibarət birinci qrupa şəhərdə xüsusi nüfuza malik olan ağsaqqallar daxil idi. Ayrı-ayrı yerlərdə namizədlərlə keçirilən görüşlərdə həmin ərazilərdə nüfuzlu olan ağsaqqalların iştirakı və tədbirin onlar tərəfindən aparılması bizə böyük dəstək oldu. Gənclərdən ibarət 37 nəfərlik qrupun üzvləri isə ərazilər üzrə bölündülər. Bu iki qrup - ağsaqqallar və gənclər seçkidə YAP-ın namizədlərinin təbliğatında mühüm rol oynadılar. Beləliklə, xalqımızın, o cümlədən, yevlaxlıların Ulu öndərin əsasını qoyduğu və Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın siyasətini birmənalı olaraq dəstəkləməsinin, həmçinin, aparılan işlərin uğurla alınmasının nəticəsində partiyanın namizədləri İlham Məmmədov 48 saylı Yevlax seçki dairəsindən, Əli Hüseynov isə 49 saylı Yevlax- Mingəçevir seçki dairəsindən millət vəkili seçildilər”.
Ə.Quliyev bildirib ki, ərazi ilk partiya təşkilatlarının şəhərin bitərəf sakinləri, xüsusilə də, gənclər arasında apardığı təbliğat işləri nəticəsində bu ilin 6 ayı ərzində 146 nəfər partiya üzvlüyünə qəbul üçün ərizə ilə müraciət edib. Partiya üzvlüyünə qəbul edilənlərdən 114 nəfəri qadın, 105 nəfəri isə gəncdir: “ölkənin hər yerində olduğu kimi, Yevlaxda da gənclərin seçimi məhz Yeni Azərbaycan Partiyasıdır. Bunu rayon təşkilatına üzv olanlar arasında gənclərin üstünlük təşkil etməsi də təsdiqləyir. Bu da təbiidir. çünki hazırda Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyev cənabları tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərilir. O cümlədən, YAP gənclərin öz bacarıqlarını nümayiş etdirmələri üçün onlara hərtərəfli şərait yaradan yeganə partiyadır. Təbii ki, YAP Yevlax rayon təşkilatı da öz fəaliyyətini məhz bu istiqamətdə qurub. Məsələn, rayon təşkilatı olaraq siyasi proseslərdə fərqlənən gənc partiya üzvlərinin müxtəlif vəzifələrə irəli çəkilməsi üçün təqdimatlar vermişik”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
