Qonaqpərvərlik, yoxsa israfçılıq?
02.05.2023 [11:14]
Tarixi, ənənəvi olan gözəldir
Şahanə XANKİŞİYEVA
Budur, vağzalı çalınır, səbəbkarlar məclisə daxil olub rəqs etdikdən sonra əyləşirlər. Məclis qonaqlarla doludur. Süfrədə gələnlər üçün hər cür naz-nemət var. Necə deyərlər, barmaq qoymağa yer yoxdur. Qonaqları razı yola salmaq üçün od qiymətinə çıxış edən, vəzifəsi qonaqlara “mən də buradayam” ab-havası yaradan, oxumağa gələndə səs ucaldıcılardan kömək alan müğənnilər dəvət olunur. Şou göstərənlərin də bəziləri qonaqları qane edir. Bəziləri isə sadəcə qınaq mənbəyinə çevrilir. Əslinə qalanda isə çoxluq, sanki “ən qonaqpərvər kimdir?” yarışı edir. Bəyə və gəlinə hər ağızdan təbriklər deyilir, qonaqların “hədiyyəsi” isə zərflərə qoyularaq qutuda öz yerini alır. Beləliklə, qutuda ən “ağır” zərfin sahibi ən hörmətli adam kimi günlərlə dildən-ağızdan düşmür.
Bəy ilə bəy savaşdı, ortada kasıbın başı yarıldı, deyib atalar. Bu məsəl elə günümüzün bariz nümunəsidir. Bəs 30 ildən çoxdur dəyişməyən bəzi toy ənənələrinin ifrat dərəcədə “qonaqpərvərliyi” əks etdirməyi düzdürmü?
Azərbaycanlılar tarix boyu milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə həmişə sadiq qalıblar. Onun dəyərlərini qoruyub saxlamaqla yaratdıqları mədəniyyətin davam etməsini özlərinə mənəvi borc biliblər. Amma son zamanlar toy mərasimlərində yaranan bəhsə-bəhslik, mənəm-mənəmlik kimi amillər, müşahidə olunan ifratçılıq cəmiyyətin ciddi qüsuruna çevrilib. Hansı cəhətdən yanaşılmasından asılı olmayaraq, əgər bir məsələ problemə çevrilirsə, deməli, ona sosial mövqeydən münasibət bildirilməli və ictimai qınaq sayəsində düzgün yola yönəldilməlidir. Çünki cəmiyyət içində bəzi məsələlər var ki, onları qayda-qanunla yox, ictimai mövqe və qınaqla daha rahat, qalıcı həll etmək olar. Toyların bu cür dəbdəbəli keçirilməsi əslinə qalsa, cəmiyyət üçün birmənalı problemdir. Bunun qarşısını almaq üçün nə etməliyik?
Yeni, daha az xərc tələb edən toy modellərinin yaradılması barədə bu günə qədər ən müxtəlif variantlar irəli sürülüb. Lakin hər hansısa bir real nəticənin olmadığı da aydın görünür. İsrafçılığın aradan qaldırılmasının zərurətə çevrildiyini düşünənlər arasında sosioloq Əhməd Qəşəmoğlu da var. Sosioloq qəzetimizə müsahibəsində israfçılıq problemlərindən danışarkən bildirdi ki, toy mərasimlərində ciddi şəkildə dəyişikliklər olmalıdır: “Hazırda keçirilən toylar xalqa yalnız iqtisadi ziyan vurmur, eyni zamanda, insanlar arasında müəyyən gərginliklər yaradır. Belə ki, hazırda bir azərbaycanlı ailənin ortalama gəlirinin 80 faizi onların öz ehtiyaclarını ödəyir. Qalan pulu da məcburdurlar ki, gələn toy dəvətlərinə xərcləsinlər. Bundan əlavə, toy edən şəxs də lazımsız xərcə düşür, şadlıq sarayları 50-ə yaxın yemək təklif edirlər. Dinimizdə də qeyd olunub ki, israfçılıq etmək qadağandır. Fikirləşin ki, evimizə ən əziz qonaq gəldiyi zaman maksimum 5-6 cür yemək hazırladığımız təqdirdə nəyə görə toylarda bu rəqəm artır? Bunun israfçılıqdan başqa adı ola bilməz. Heç kəs zəmanət verə bilməz ki, toylarda verilən salatlar hamısı təzədir. Çoxumuz bilirik ki, onların bəzisi dünəndən qalma salatlar olur. Bundan əlavə, toylardan sonra musiqi dünyasına da böyük zərbə dəydi. Belə ki, şou-biznes əhli toylar artdıqca qiymətləri də artırdı. Toy sahibləri də yarışa girərək 30 dəqiqə üçün qalaq-qalaq pullarından keçdilər. Sonda da toy sahibi yox, şadlıq sarayları, müğənnilər qazandı. Toydakı səs-küy də sözlə deyiləsi deyil. Yaşlı insanları nəzərə almayan musiqiçilər yalnız öz ciblərini güdürlər”.
Yeni toy modelinin hazırlanmasını təklif edən Ə.Qəşəmoğlu adət-ənənələr sırasında olmayan, israfçılığa yol açan bəzi toy “rəmz”lərinin ləğv olunmasında aidiyyəti qurumların təşəbbüs göstərməsinin vacibliyini bildirdi: “Təcili şəkildə toy modeli dəyişilməlidir. Buna Mədəniyyət Nazirliyi, humanitar-sosial işlərlə məşğul olan qurumlar məsuliyyət daşıyır. Tez bir zamanda mütəxəssislər elə bir toy modeli hazırlamalıdır ki, burada əsas prinsiplər ödənsin. Toy iki gəncin ailə qurmasının başlanğıcıdır. Elə toy modeli olmalıdır ki, gənclər üçün ən yadda qalan gün olsun. Təntənəli gecə kiminsə süfrəyə 50 cür yemək verməsi deyil. Bizim folklorumuzun, adət-ənənəmizin əks olunduğu gün kimi keçirilməlidir. Bu gün Azərbaycanın yeni toy modelinə ehtiyacı var.”
Xəbər lenti
Hamısına baxSosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47

