Dəbə çevrilən bəla...
15.07.2022 [10:42]
Liposaksiya: Gözəl bədən, yoxsa ölüm?
Yeganə
Son zamanlar Azərbaycanda plastik əməliyyat etdirən qadınların sayı getdikcə artır. Əvvəllər bu hal tanınmış şəxslər arasında daha çox dəbdə idisə, indi sadə vətəndaşlar da plastik əməliyyatlara müraciət edirlər. Xanımlar arasında geniş yayılan əməliyyatlardan biri liposaksiyadır. Bədəndən piylərin çıxarılması ilə daha arıq görünəcəyini düşünən bəzi xanımlar əməliyyatdan sonrakı fəsadları, ölüm riskinin olacağını ağıllarına belə gətirmirlər. “Gözəllik qurban tələb edir” deyib kor-koranə əməliyyata girirlər. Sonluq isə faciə ilə bitir. Çox zaman əməliyyatın yanlış aparılması, lazımi yoxlamaların keçirilməməsi fəsadlara yol açır. Hətta bu fəsadlar pasiyentin həyatında ömürlük iz buraxır. Xanımlar liposaksiya yolu ilə arıqlayacaqlarını düşünsələr də, çəkilən piylər çox zaman geri qayıdır. Nəticədə xanımlara qalan yalnız əməliyyat sonrası fəsadlar olur...
Liposaksiya nədir?
Liposaksiya qeyri-mütənasib piylənmənin vakuum vasitəsilə artıq piy toxumasının götürülməsi yolu ilə korreksiyası üsuludur. Yəni alınmış piy toxumalarının bədənin müxtəlif yerlərinə transfer olunmasıdır. Liposaksiya bədənin müxtəlif nahiyələrindən-üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürəkdə aparıla bilər. Həkimlər bildirir ki, dəri nə qədər elastik olsa, kəsilmiş həcmə bir o qədər yaxşı oturur. Liposaksiya olunmasına yaş məhdudiyyəti qoyulmur, xəstənin dərisinin elastikliyi həlledici rol oynayır. Ancaq əməliyyatın fəsadları da çoxdur. Belə ki, istənilən xroniki xəstəliklərin kəskinləşməsi, psixi pozğunluqlar, onkoloji xəstəliklər, ümumi piylənmə, dartılmış dərinin sallanmasında, bədən quruluşunun piy toxuması ilə əlaqəsi olmayan dəyişikliklərində liposaksiya edilməsinə icazə verilmir. Bu səbəbdən də xəstə əməliyyata girməmişdən öncə, bütün müayinələrdən keçməlidir.
Pasiyentlər əməliyyat öncəsi hansı məlumatı verməlidirlər?
- Keçirilmiş xəstəliklər, əməliyyatlar və ya hansısa bir problemin olması.
- Ümumi orqanizmin keçirtdiyi xəstəliklər, travmalar, əməliyyatlar, psixoloji durumun vəziyyəti.
- Allergik reaksiyalar (xüsusilə dərman preparatlarına), qəbul olunan dərman preparatları.
- Ailədə (yaxın qohumlarda) olan irsi xəstəliklər.
- Zərərli adətlər (siqaret, alkoqol və digər).
Liposaksiyanın riskləri və fəsadları
Qanaxma - əməliyyat zamanı və ya sonrası yarana bilər, əməliyyatdan sonra olduğu hallarda cərrahi müdaxilə və qan köçürülməsi lazım ola bilər. İnfeksiya - bu zaman təkrar cərrahi müdaxilə tələb oluna bilər.
Dəri hissiyyatında azalma -az hallarda olsa da, dəri hissiyyatının itməsinə də rast gəlinə bilər.
Çapıq - əməliyyat sonrası bir yara sağalması gözlənilsə də, dəridə və ya daha aşağı qatlarda anormal çapıq əlamətləri ola bilər. Belə hallarda əlavə müalicə və bəzən də cərrahi müdaxiləyə ehtiyac duyulur.
Dəridə olan nahamarlıq - liposaksiyadan sonra kontur əyrilikləri və nahamarlıqlar ola bilər. Dəridə gözlə görünən və əllə hiss edilən qırışlar yarana bilər.
Asimmetriya - əməliyyatdan sonra bədənin simmetrik görünümü olmaya bilər. Buna səbəb dəri tonusu, sümük çıxıntıları, əzələ tonusu, liposaksiyadan sonra yaranan ödəm və bərkimiş sahələrin qeyri-bərabər olması və geriyə sovrulmanın da qeyri-bərabər getməsidir.
Ağciyər ağırlaşmaları - liposaksiya zamanı yağ damcılarının ağciyər damarlarını tıxaması (yağ emboliyası) və ya trombların hesabına yaranan emboliya olduqca çox nadir hallarda müşahidə olunur, bu vəziyyəti öncədən söyləmək mümkün deyil, bəzi hallarda isə ölümcül də ola bilər.
Dəri nekrozu - ultrasəs liposaksiyalarında daha çox müşahidə olunur. Təkrari cərrahi müdaxilə tələb oluna bilər.
Cərrahi anesteziya - həm yerli, həm də ümumi anesteziya ilə aparıla bilər ki, bunların da özünəməxsus riskləri vardır. Bəzi hallarda əməliyyatdan sonrakı nəticələr pasiyentlərin gözlədiyi kimi olmaya bilər. Bununla əlaqədar təkrar, korreksiyaedici əməliyyatlara ehtiyacın yaranması mümkündür.
Əməliyyatın qiyməti
Liposaksiya əməliyyatının qiyməti klinikalara və ya klinikalarda fəaliyyət göstərən həkimlərə görə dəyişir. Qiymətlər əsasən həkim müayinəsindən sonra bəlli olur. Plastik əməliyyatın qiyməti götürülən piyin həcmindən, əməliyyat olunan nahiyədən, istifadə olunan bandajlardan və s. xüsusi materiallardan asılı olaraq dəyişir.
Təqribən qiymətlər isə kiçik zonalar üçün 700 manatdan, qarın yanları üçün 1000 manatdan, qarın üçün 1600 manatdan başlayır. Bundan başqa, bütöv tam bədən şəkilləndirmə qiyməti 5000 - 7000 manat civarındadır.
Qeyd edək ki, hazırda azərbaycanlıların liposaksiya əməliyyatı üçün müraciət etdiyi ölkələrdən birincisi Türkiyədir. Orada da, ölkəmizdə olduğu kimi qiymətlər həkim müayinəsindən sonra bəlli olur. Ümumi olaraq isə qiymət aralığı qarın və bel üçün 1736-6129 manat, qol, qarın, sinə, bel üçün isə 4086-9193 manat civarındadır.
Ölümə yol açan tromb emboliyası
Ümumi cərrah Bibixanım Məmmədova “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, liposaksiya əməliyyatında ölüm hallarının yaranması mümkündür. Onun sözlərinə görə, burada ölüm riskinin səbəbi tromb emboliyasıdır: “Tromb ağciyər arteriyalarını tuta bilər ki, bunun nəticəsində də xəstə həyatını itirir. Liposaksiyada, eyni zamanda yağ emboliyası da ola bilər. Bədəndəki yağ əridildiyi üçün onların qana keçib yağ emboliyasını yaradıb xəstənin ölümünə səbəb olması mümkündür. Düzdür, bu durum hər kəsin başına gəlmir, amma mümkünsüz bir şey də deyil. Ona görə də heç bir pasiyent liposakiya zamanı mövcud risklərdən qarantiyalı deyil”.
Çox kök adamlara olmaz
Plastik və estetik cərrah Rauf Kərimov isə çox kök adamları liposaksiya əməliyyatına götürməyin düzgün olmadığını bildirib. Cərrah vurğulayıb ki, liposaksiya, əslində çox gözəl metoddur, amma ondan korreksiya üçün istifadə edilsə, çox yaxşı olar: “Yüksək miqdarda yağ çəkildikdə bu təbii ki, ölüm riski yarada bilər. Son zamanlar ölüm halları təkcə liposaksiya əməliyyatlarında deyil, lipofilinqdə də olur. Lipofilinq bədəndən çıxarılan yağın başqa bir yerə vurulmasıdır. Bunu da bütün dünyada edirlər. Hamı bilir ki, yağı hansısa başqa bir yerə vurduqda yağın damara girməklə sonra daha böyük damarı tutmaq riski var. Bu barədə də əvvəlcədən xəstəyə məlumat verilir. Buna piy emboliyası deyilir və əvvəlcədən bilmək mümkün deyil. Çünki bədəndə böyük damarlar var, amma həkim o damarları görmür. Yağ da vurulanda təzyiqdən damarın divarı yırtılır və yağ damara girib böyük damarı tutur. Bunu idarə etmək mümkünsüzdür”.
Həkim vurğulayıb ki, çox kök adamlar üçün liposaksiya daha riskli əməliyyatdır: “Amma bu risk digər əməliyyatlarda olduğu qədərdir. Az miqdarda yağ toxuması çıxarılırsa, bu, o qədər də riskli deyil, lakin çox miqdarda yağ çıxarılması riskli sayılır”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

