Şəhidliyə ucalan TALEH...
02.10.2010 [09:10]
öncə Vatan, Millet,
Sonra Ana ve yar...
Bu yolda savrulan biriləri var
Ezan dinmez diyen, Bayrak inmez diyen,
Şehit ölmez diyen birileri var...
Şehitler ölmez, Şehitler ölmez...
Bayrakla dertleşen, Toprakla birleşen,
Can verip devleşen birileri var...
... Sumqayıt şəhərində məskunlaşmış Zəngilandan olan məcburi köçkün, bir neçə gün öncə Ağcabədi rayonunda erməni gülləsinə tuş gələn şəhidimiz Taleh Abbasovun yaşadığı mənzilə yol alarkən Mustafa Yıldızdoğanın bu misraları yadıma düşdü. Həqiqətən də şəhidlik zirvəsi ölümündən sonra insana yenidən can verir, əbədiləşdirir, ölümsüzləşdirir...
...Qapıda bizi qarşılayan şəhidimizin dayısı Mövlam Vəliyev oldu. Bacısı ilə qapı qonşu (əslində, bu iki ev elə bir yarımtikilidir və iki otaqdan ibarətdir. Otaqların birində Mövlam Vəliyev öz ailəsi ilə, digərində Abbasovlar ailəsi yaşayır) olan Mövlam Vəliyev bizi içəri dəvət etdi. İlk olaraq şəhid Taleh Abbasovun anasına başsağlığı diləklərimizi verib söhbətə başladıq. Məlum oldu ki, Taleh Abbasov 1989-cu ildə hazırda erməni işğalı altında olan Zəngilan rayonu Şərifan kəndində anadan olub. 1993-cü ildə ailə məcbur olaraq öz yurd-yuvalarından dirdərgin düşüb. Sumqayıt şəhərində məskunlaşmış Abbasovlar ailəsi çox əziyyətlər çəkir. 2004-cü ildə ailə daha bir acı ilə üz-üzə dayanmalı olur. Şəhid Taleh Abbasovun atası Tofiq Abbasov ürək çatışmazlığından dünyasını dəyişir. Şəhid anası Xatın xala söhbətinə elə buradan başladı: “Ataları dünyasını dəyişəndən sonra iki uşağı saxlamaq, böyütmək üçün hansı əziyyətləri çəkmişəm, onu bir Allah bilir. Aylar olub ki, hər gün səhər tezdən evdən çıxıb işə gedirdim, axşam hava qaralanda gəlirdim. Düzdür, Taleh məktəbi elə də yaxşı oxumurdu, amma tərbiyəli uşaq idi. Oxuduğu Sumqayıt şəhər 34 saylı məktəbdə də hamı onun hörmətini saxlayırdı. Böyük-kiçik yeri bilən uşaq idi. Əsgərliyə gedəndə sevindim ki, balam böyüyüb... mən nə biləydim ki, belə olacaq...”
...2009-cu ilin aprelində Zəngilan rayon hərbi komissarlığından hərbi xidmətə çağırılan Taleh Abbasov Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edir. Tərxis olunmağına beş gün qalmış-yəni, sentyabrın 25-də Ağcabədi rayonu Qiyamadınlı kəndi ərazisindən atəşkəsi pozmuş ermənilərlə atışma zamanı yaralanıb. Hərbi hospitala çatdırılarkən dünyasını dəyişib... “Sentyabrın 24-də evə zəng eləmişdi. Mənimlə danışdı, dedi ana, oktyabrın 1-də yanındayam. Bəzi pal-paltar istədi. Mən də səhərisi içinə xırda sovqatlar da qoyub Ağcabədiyə gedən maşınların biri ilə yolladım. Sentyabrın 25-də komandirinə zəng vurduq, dedi Taleh yaxında deyil, sonra danışarsınız. Dedim sovqat göndərmişəm götürsün. Həmin gün axşama qədər nə qədər elədimsə, Talehlə danışa bilmədim. Sən demə artıq yaralanıbmış. Sentyabrın 26-da bizim kənd icra nümayəndəliyinə Zəngilan rayon hərbi komissarlığından xəbər veriblər. İcra nümayəndəsi də mənə deyə bilməyib, dayısına xəbər verib”.
...Mövlam Vəliyev bu xəbəri bacısına necə verəcəyini düşünürkən, Xatın xala narahatlığını hara yozacağını bilmirmiş... “Elə bil nəsə olacağını gözləyirdim. Gördüm səhər-səhər qardaşımgil tərəfindən səs-küy gəlir. Keçdim soruşdum nə olub, mənə cavab verən olmadı. Elə qardaşım bircə bunu dedi ki, evim yıxılıb... mən də qoşulub bunlara ağlayırdım, amma deyən yox idi ki, nə baş verib. Sonradan mənə dedi ki, Taleh ayağından yaralanıb, evə gətirirlər. Soruşdum ki, yaralanıbsa, evə niyə gətirirlər? Dedi, üst-başını səliqəyə salıb, sonra hospitala aparacağıq... Sən demə, balamın bayrağa sarılı nəşi yolda imiş... Ermənilərlə atışmada yerini dəyişərkən qarnından yaralanıb. Aldığı güllə yarasından yolda dünyasını dəyişib...”
...Görəsən, bir gözlədiyi vardımı? Bu yaraşıqlı gəncin yolunu həsrətlə gözləyən məchul yar kim olub ki, əsgər xatirələrində ona şeirlər həsr edib... Bir kənarda sakit dayanan, gözlərini bir nöqtədən çəkməyən şəhidin bacısı, bu dünyada atasından sonra canından çox sevdiyi qardaşını da torpağa qurban verən Türkanə Abbasova hələ evdəykən telefonundan mesajlar oxuduğunu demişdi. Amma Xatın xalanın bu haqda xəbəri olmayıb. çünki Taleh hər zaman anası ilə pərdəni saxlayırmış... “Mənim xəbərim olmayıb. Amma deyəsən kiminləsə danışırmış. Əsgər kitabçasındakı şeirlərə, yazılarına əsasən bunu demək mümkündür. Amma abır-həyanı gözləyən bala idi Taleh. Heç vaxt bu barədə mənə bir kəlmə də deməyib”.
...Danışanda bəzən yenidən həmin ağrı-acını yaşayaraq gözlərinin yaşı axan, bəzən oğlunun şəhidlik zirvəsinə ucalması ilə fəxr edən qəhrəman bir ana kimi sinəsi gərilən, gah da səsində amiranə həyəcan duyulan Xatın xalanın bu dərdinə bütün el-oba şərik olub. Deyir sağ olsunlar, hamı bu pis günümdə yanımda idi. Tanıyanlar da, tanımayanlar da. Şəhidin dəfn mərasimi izdihamlı bir mitinqə çevrilib. Vətən uğrunda canını fəda edən Taleh Abbasovu son mənzilə belə yola salıblar... “Hər kəsdən çox razıyam. İstər, Zəngilan rayon İcra Hakimiyyəti, istər rayonumuzun deputatı İmamverdi müəllim, istərsə də Yeni Azərbaycan Partiyasının nümayəndələri bu çətin anlarımızda yanımızda oldular, bizə dəstək verdilər. Sağ olsunlar ki, bu ağır günümüzdə bizə dəstək oldular. Mən qəzetiniz vasitəsilə hər kəsə öz minnətdarlığımı bildirirəm...”
...Söhbətin bu yerində yenidən qapı döyüldü. Gələnlər Zəngilan rayon İcra Hakimiyyəti başçısının Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsi Şəmsi Ağayev və YAP Zəngilan rayon təşkilatının İdarə Heyətinin üzvü, ailənin yaxın qohumu Asif Orucov idi. Şəmsi müəllim xəbəri eşitdikləri gündən Abbasovlar ailəsinə dəstək durduqlarını, şəhidimizin dəfninin Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən təşkil edildiyini, rayondan olan millət vəkili İmamverdi İsmayılovun, rayon İcra Hakimiyyəti başçısı Vəli Quliyevin yas mərasimlərində yaxından iştirak etdiyini söylədi. çünki bu bir Vətən borcudur. Şəhid elin övladıdır... Şəmsi müəllim bundan sonra da şəhid ailəsinin hər zaman diqqət mərkəzində saxlanılacağını deyir...
...Sonda vidalaşıb evdən ayrılmaq istəyəndə bayaqdan bir tərəfdə sakit oturub baxan Qaratel nənə dillənir: “Ay bala, Allah bütün səngərlərdə düşmən qarşısına sipər olan Azərbaycan oğullarını qorusun”... Amin, Qaratel nənə, nigaran qalma... Sənin nəvənin də, işğal altında qoyub gəldiyin doğma Zəngilanın da erməni vandallarından qisasının alınacağı günə çox az qalıb, çox az...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

