Böyük ömür yolu
09.09.2010 [10:08]
Prezident İlham Əliyev
Tarixən Azərbaycan ailəsi milli mentalitetdə mühüm yer tutmuş, sosial həyatın ayrılmaz hissəsini, cəmiyyətin əsasını təşkil etmişdir. Milli-mənəvi dəyərlər məhz ailə müstəvisində qorunub saxlanılaraq nəsildən-nəslə ötürülmüşdür. Tarixi inkişafın müxtəlif mərhələlərində ailə institutu təsirlərə məruz qalsa da, bu sahədə mövcud fundamental dəyərlər dəyişməmiş, müasir dövrümüzə qədər gəlib çıxmışdır.
Müstəqil Azərbaycanda ailə siyasətinin əsas prinsipləri uğurla həyata keçirilir. Azərbaycan dövləti ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi ardıcıl tədbirlər sayəsində ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Tarixən formalaşmış ailə münasibətlərini qoruyub saxlamaq və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməklə ailə institutunu daha da inkişaf etdirmək bu sahədə gerçəkləşdirilən siyasətin ana xəttini təşkil edir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən həyata keçirilən dövlət siyasətində ailə institutunun qorunub saxlanılması və daha da möhkəmləndirilməsi önəmli yer tutur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bu gün bütün dünyaya müasir Azərbaycan ailəsinin yüksək dəyərlər üzərində qurulduğunu göstərir.
Həyata keçirilən dövlət siyasəti sayəsində Azərbaycanda ailə institutu daha da möhkəmlənir, ailə dəyərlərimiz yeni nəsillərə ötürülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə müəyyən olunmuş dövlət siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir, ailə dəyərlərinin təbliği və möhkəmləndirilməsi üçün önəmli addımlar atır. Bu fəaliyyətin mühüm aspektlərindən birini də nümunəvi ailələrin cəmiyyətdə tanıdılması, onların haqqında ictimaiyyətin geniş surətdə məlumatlandırılması təşkil edir.
Bu gün ölkəmizdə hamıya örnək ola biləcək nümunəvi ailələr çoxdur. Belə ailələrdən biri də haqqında söhbət açacağımız Məlikabasovlar ailəsidir. Bu ailənin başçıları Tofiq müəllim və Ədibə xanım artıq 60 ildir ki, birlikdə yaşayırlar. Bir-birinin ardınca ötən illəri necə yola saldıqlarını hiss etməsələr də, onu bilirlər ki, 60 ilin sevincini, kədərini həmişə birgə bölüşüblər. Bu gün bu cütlüyün qurduğu ailə ilə bağlı bir ömrə bəs edəcək unudulmaz xatirələri var. İndi-yaşın bu çağında çox-çox uzaqlarda qalmış gənçlik illərini tez-tez xatırlayır, şirin xəyallara dalırlar. İlk tanışlıqlarını hər ikisi kövrək hisslərlə yada salırlar.
O zaman Tofiq idmanla məşğul olduğu üçün (gimnastika üzrə respublika yığma komandasının üzvü idi) yolu tez-tez İdman Komitəsinə düşürdü. Burada katibə işləyən gənc, gözəl Ədibə ilə çox tez dostlaşdılar. (O zamankı qaydalara görə, gənclər ali təhsil almaq üçün iki il işləməli idilər. Ona görə də, Ədibə bu komitədə işə düzəlmişdi.) Qızın zahiri görünüşü də, mədəni davranışı da onu valeh etmişdi. Az sonra Ədibə Azərbaycan Dövlət Universitetinə, Tofiq isə Bakı Dəmiryol Texnikumuna daxil oldu. Sonradan isə Tofiq Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini də bitirdi. Artıq onlar daha tez-tez görüşür, bir-birinin xasiyyətinə daha dərindən bələd olurdular. Tofiq həm də universitetin orkestrində zərb alətlərində ifa edirdi. Tələbələr axşamlar universitetə rəqs etməyə gəlirdilər. Tofiqlə Ədibənin münasibətləri burada daha da möhkəmləndi. Məhəbbətləri çox sınaqlardan keçən gənclər 1954-cü ildə ailə qurmaq qərarına gəldilər. Tofiq müəllim o günləri kövrək hisslərlə yada salır:
- Toyumuz hazırda yaşadığımız bu üçotaqlı mənzilimizdə oldu. O zamanlar restoranlarda, şadlıq evlərində dəbdəbəli toy eləmək dəb deyildi. İndi ha fikirləşirik, heç cür inana bilmirik ki, o qədər qonaq bu evə necə sığmışdı... Hətta kimin hansı tərəfdə əyləşməyi bugünkü kimi yadımızdadır. Elə əziz insanlar var idi ki, onların arasında... Bizi səmimiyyətlə, mehribanlıqla təbrik etmələrini hələ də unuda bilmirik. Hələ musiqiçilər, xanəndələr...
- Bu evə gəldiyim gündən xoşbəxt bir mühitə, sakit ab-havaya düşdüm - Ədibə xanımın gülümsər çöhrəsi bir az da işıqlanır. - Doğrudur, mən ata evində də qayğısız, rahat həyat yaşamışam. Allah mənə gözəl valideynlər qismət eləmişdi. Lakin düşdüyüm təzə ailədə özümü evimizdəki kimi hiss edirdim. Tofiqin rəhmətlik valideynləri ilk gündən məni böyük məhəbbətlə, səmimiyyətlə qarşıladılar. Biz onların həyatının son günlərinədək birlikdə yaşadıq. Nə bir sözümüz oldu, nə incikliyimiz... Ona görə ki, ilk gündən onlar məni doğma övladlarından ayırmadılar. Hər ikisi mənə qızları, mən isə onlara ata-anam kimi baxdım. Mənə elə gəlir ki, məsələnin kökü də elə bundadır. Mən indiki cavan ailələrə də məsləhət görərdim ki, həyatlarını əvvəlcədən düz qursunlar. Ailədə böyük-kiçik yeri bilsinlər, qayınata-qayınananın hörmətini saxlasınlar. Doğrudan da, qayınata-qayınana gəlinini qızı kimi, gəlin isə onları öz valideyni kimi qəbul etsələr, ailədə heç bir problem yaranmaz.
Mən gənc idim, sözsüz ki, anam, qayınanam kimi evdarlıq təcrübəm yox idi, onlar kimi bişirib-düşürə bilmirdim. Ancaq hər şeyi öyrənməyə çalışırdım. Qayınanam da bilmədiklərimi səbrlə, həvəslə öyrədirdi mənə. Bir səhvim, qüsurum olanda çalışırdı üzümə vurmasın. Beləliklə, həyat mənə hər şeyi öyrətdi...
Ədibə xanımı ətrafındakılara sevdirən xasiyyətindəki təmkin, səbr, başqalarını başa düşmək qabiliyyətidir.
- Bu xüsusiyyətləri məndə həyat uşaqlıqdan formalaşdırıb.
- Ədibə xanım danışır. çətin anlarda özünü ələ almaq bacarığını, başqalarına yük olmamağı, ən ağır şəraitdə belə təmkinini pozmamağı lap uşaq yaşlarından öyrəndiyini deyir.
- Uşaqlıq illərimin ən unudulmaz xatirəsi “Artek” pioner düşərgəsindəki istirahətimlə bağlıdır. O zaman təhsildə və ictimai işlərdə fərqlənən şagirdləri Krımdakı “Artek” pioner düşərgəsinə göndərirdilər. Mən də yaşıdlarımla bu səfalı yerlərdə ömrümün, bəlkə də, ən xoşbəxt günlərini yaşayacaqdım. Lakin 1941-ci ilin 22 iyun tarixi bizim yaddaşımızda ən qorxulu gün kimi qaldı. Əvvəlcə nə baş verdiyini tam anlamasaq da, bir neçə gün sonra eşitdiyimiz top-tüfəng səsləri, insanların üzündəki qorxu və təlaş hissləri bizim elə bil ki, bir neçə gün ərzində vaxtından tez böyüməyimizə səbəb oldu. Təzəcə gözəlliyinə sevindiyimiz o zümrüd meşələri, füsunkar Qara dənizin qumlu sahillərini, hər gecə dövrəsində rəqs edib əyləndiyimiz tonqalları qoyub, ən əsası isə yeni dostlarımızdan ayrılıb təcili qatarlara doluşduq. Krımdan Moskvaya olan yolu düz bir aya əzab-əziyyətlə gəldik. Moskvadan isə Bakıya gəldik. Perronda qorxu və nigaranlıq çəkmiş anaların öz balalarını necə təlaşla axtarmalarını, həyəcanlı səslə onları səslədiklərini heç unuda bilmirəm. Uşaq olsaq da, hər birimiz müharibənin faciələrini az qala böyüklər kimi yaşamağı da o ağır günlərdə öyrəndik. çünki hələ “Artek”də müharibənin başlandığı ilk günlərdə bizə həyəcanlanmamağı, təşvişə düşməməyi, özümüzü ələ almağı möhkəm-möhkəm tapşırmışdılar. Bu xüsusiyyət qanımıza necə işləmişdisə, bu günəcən də davam edir.
Uşaqkən xasiyyətində qazandığı bu cizgilər sonradan həyatında çox köməyinə çatdı; belə ki, uzaq gənclik illərində Əfqanıstanda çalışanda hərbi əməliyyatların başlanması ilə yaşadıqları ona uşaqlığını, “Artek” istirahətini xatırlatdı. Bu dəfə də qürbətdə soyuqqanlı olmağa, baş verənləri təmkinlə qarşılamağa, başqalarını da təlaşa salmamağa çalışırdı. O illərlə bağlı çoxlu xatirələri var Ədibə xanımın. Hərbi əməliyyatlarla əlaqədar təcili Termesə köçürülmələri, qarışıqlığa baxmayaraq, 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etmələri və s...
Xatirələr bir-birini əvəz edir. Tofiq müəllim təzə ailə qurduqları illərdən danışır. övladlarının dünyaya gəlmələrini, onların ilk addımlarını, ilk sözlərini xatırlayır. İllər ötdü. Qızları Gülnara musiqiçi, oğulları Eldar hüquqşünas oldu. Gülnara xanım özü də həyat yoldaşı Kamal Əhmədzadə ilə birlikdə bir oğul, bir qız böyütdülər. Nəvələrin hər biri yaxşı təhsil aldı, istədikləri ixtisasa yiyələndilər. Ailənin övladları Məlikabasovların ən gözəl ənənələri ilə tərbiyə alıblar. çünki gözlərini açandan nəslin keçib-gəldiyi yol onlar üçün nümunə olub. Təsadüfi deyil ki, Məlikabasovların mənzilindəki otaqların birində divar boyu ulu baba-nənələrinin fotoşəkilləri vurulub. Bu da ailə ənənəsidir ki, dünyaya gələn yeni nəsillər öz keçmişlərinin tarixini öyrənir, nəsil şəcərəsinə dərin ehtiramla yanaşırlar. Fotoların hər birindən üzündən kübarlıq yağan müxtəlif simalar boylanır. Zahirən bir-birinə bənzəməsələr də, onları ümumiləşdirən baxışlarındakı sakitlik, görünüşlərindəki zadəganlıqdır. Hiss olunur ki, bu insanlar övladları üçün hər şeydən əvvəl mənəvi sərvətimiz olan milli əxlaq, mədəniyyət, əsl-nəcabət kimi keyfiyyətləri miras qoyub gediblər.
Ədibə xanım ailələrinin uzunömürlü olmasının səbəbini qarşılıqlı inamda və hər ikisinin bir-birinə güzəştə getməsində görür. O deyir ki, ailənin möhkəmliyinin ilkin şərti qarşılıqlı münasibətlərin düzgün qurulmasındadır. Birgə yaşadıqları bu 60 ildə incimək, küsmək üçün, bəlkə də, dəfələrlə, təkrar-təkrar şərait yaranıb. Lakin məsələni böyütmədən, vəziyyətdən sui-istifadə etmədən hər ikisi çalışıblar ki, söz-söhbəti şişirtməsinlər. Bir-birinə olan inamı, etibarı həmişə doğrultmağa çalışıblar. Hərdənbir aralarında baş verən cüzi narazılığı belə uşaqlardan gizlədiblər. Hələ körpə yaşlarından övladları ata-analarının mehriban münasibətlərinə adət ediblər. ömrünün 50 ildən çoxunu Azərbaycan Dövlət Neft Akademiyasında rus dili kafedrasının müdiri işləmiş Ədibə xanım, həmişə müxtəlif dövlət vəzifələrində çalışmış Tofiq müəllim öz rəftarları, bir-birinə münasibətləri ilə ailədə hər zaman xoş ab-hava yaratmağa, işdəki və ya kənardakı söz-söhbəti evə gətirməməyə çalışıblar. Baxmayaraq ki, Tofiq müəllim həmişə məsul vəzifələrdə işləyib, övladlarının tərbiyəsi onun üçün hər şeydən vacib olub. Ata-ana uşaqlarına hər şeydən əvvəl milli-mənəvi dəyərlərə yiyələnməyi, seçdikləri peşəyə sədaqətli olmağı təlqin ediblər.
Məlikabasovlar ailəsinin yazılmamış qanunlarından biri də ailə üzvlərinin bir-birinə səmimi, həssas münasibətidir. Xüsusən böyüklərə hörmət etməyi, yaşca balacalara qayğı göstərməyi bu evdə hər kəs özünə borc bilir. Ədibə xanım insan həyatında mənəvi zənginliyi hər şeydən uca tutur. Deyir ki, mənəviyyatca zəngin olan insan güclü olar, hər şeyin fövqündə durmağı bacarar.
- Həyatda həmişə ailəmə güvənmişəm, ömür-gün yoldaşımla, övladlarımla qürur duymuşam, - Ədibə xanım deyir. - Ən çətin vaxtlarda belə onlara arxalanmışam. Lakin etiraf edim ki, Tofiqə, uşaqlarıma nə qədər bağlı olsam da, ən böyük dayağım baldızım Eleonora xanımdır. Biz baldız-gəlin yox, elə bil doğma bacıyıq. Sirrimiz, sözümüz birdir. Eleonora xanım həkimdir, istedadlı kardioloqdur. Ancaq eyni zamanda, gözəl, nəcib insandır. Həmişə deyirəm ki, sağlığında rəhmətlik qayınanam mənə arxa-dayaq olub, indi də Eleonora xanım...
- Hə, Ədibə xanım düz deyir,-Tofiq müəllim təsdiq edir. - Baldız-gəlin bir-birini çox sevirlər.
...Məlikabasovlar ailəsinin üzvləri əlamətdar günləri, ad günlərini təntənə ilə qeyd etməyi, əsl bayrama çevirməyi bacarırlar. Onsuz da süfrəsi həmişə açıq olan bu ailənin üzvləri əziz günlərində mütləq bir yerə yığışır, deyib-gülür, şənlənirlər. Ailə qurub Vətəndən uzaqlarda-Torontoda yaşayan Nərmin isə telefonla tez-tez əlaqə saxlayır, baba-nənələrinin vəziyyəti ilə maraqlanır. Nəvələr Bəhrəm, Leyli, Əlibəy, Nərmin, nəticələr Məryəm, Kamilə, İsmayıl bu evin, bu ailənin ən böyük sevincidirlər.
...Ailə yenə böyük bir bayram ərəfəsindədir. Sentyabrın 10-da Ədibə xanımla Tofiq müəllimin toylarının 60 ili tamam olacaq. Bu günü övladlar da, nəvə-nəticələr də səbirsizliklə gözləyirlər. Axı zarafat deyil, 60 il həyatın çətin yollarını birlikdə addımlayıb, bir-birinin sevincinə-kədərinə şərik olublar. Bu illəri qoşa yaşayıb bir-birinə hayan olmaq, körpə kimi bir-birinin nazını çəkmək, ömrün ahıllıq yaşına sədaqətlə gəlib çatmaq hər adamın işi deyil. 84 yaşlı Tofiq müəllim, 83 yaşlı Ədibə xanım 60 ildir ki, səadət dolu bir yol gəlirlər. Bir göz qırpımında ötən illər hər ikisinin saçlarını bəyaz rəngləsə də, yaşamaq, sevmək həvəslərini söndürə bilməyib. Onlar bu gün də uzun illər bundan əvvəl olduğu kimi, gənclik eşqi ilə yaşayır, həyatdan daha çox zövq almağa çalışırlar. Nəvə-nəticələrini başlarına toplayıb onlara böyük ömür yolundan, bir ailənin xoşbəxt taleyindən danışırlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi bu əlamətdar yubiley ərəfəsində Məlikabasovlar ailəsinə ünvanlanan çoxsaylı təbriklərə qoşulur, bu örnək ailənin hər bir üzvünə möhkəm cansağlığı və sevinc dolu günlər arzulayır.
Hicran Hüseynova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38
