Şuşanın 192 yaşlı məktəbi
01.02.2022 [10:50]
O, Cənubi Qafqazın ilk dünyəvi məktəbidir
İlhamə RƏSULOVA
Şuşa sözün bütün mənalarında Azərbaycan mədəniyyətinin beşiyidir. Yaranışından bu günə qədər Azərbaycan mədəniyyətinə saysız-hesabsız töhfələr vermiş bu şəhər, eyni zamanda, Cənubi Qafqazda açılmış ilk dünyəvi məktəbə ev sahibliyi edir. Şuşa qəza məktəbinin tarixi Bakıdakı rusdilli gimnaziyanın da, Qori Müəllimlər Seminariyasının da tarixindən daha qədimdir. Bu gün də fəaliyyətini davam etdirən 192 yaşlı məktəbin çox maraqlı yaranma tarixi var.
Çar hökuməti 1829-cu il avqustun 2-də Zaqafqaziyada dövlət məktəbləri açmaq üçün xüsusi nizamnamə hazırlamışdı. Yerli əhalinin də dünyəvi təhsil verən məktəb açmaq istəyi Çar hökuməti tərəfindən nəzərə alındı və nizamnamədə nəzərdə tutulmuş şəhərlərdən ilk olaraq Şuşada qəza məktəbi təsis edildi. Sonralar Bakı, Şəki, Gəncə, İrəvan, Dərbənd, Naxçıvanda və Şamaxı şəhərlərində bənzər qəza məktəbləri açılsa da, onların ömrü və təhsil keyfiyyəti Şuşa məktəbi qədər olmadı. Qəza məktəblərində təhsil rus dilində idi, amma Azərbaycan dili də fənn kimi tədris olunurdu.
1830-cu il dekabr ayının 30-da Şuşada təntənəli şəkildə ilk Avropa tipli dünyəvi məktəbin açılışı oldu. Beləcə Azərbaycanda ilk dövlət məktəbinin əsası qoyuldu. Məktəb dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılmışdı. Burada təhsil alanların böyük əksəriyyəti bəy və tacir balaları olsa da, sonralar kasıb ailələrin uşaqları da təhsilə cəlb olundu. Məktəb Şuşada olan Bazel alman missionerlərinin Yevageli cəmiyyəti tərəfindən pulsuz olaraq bir il müddətinə verilmiş binada yerləşirdi. Məktəbin illik xərci 3800 manat idi və xəzinədən ödənilirdi. Yeni bina tikmək üçün yerli əhali gümüş pulla 5235 manat 16 qəpik pul toplamışdı.
Məktəbin ilk müdiri Nikolay Mixaylovski idi. Şuşa qəza məktəbinin açılması Azərbaycanda digər dünyəvi məktəblərin yaradılmasına yol açdı. Ondan 30 il sonra, 1865-ci ildə Bakıda rusdilli gimnaziya, 1874-cü ildə ilk qız gimnaziyası öz müdavimlərini qəbul etdi.
İlk dəfə 19 şagirdlə açılış edən məktəbdə şagirdlərin sayı ildən ilə artdı, 1833-cü ildə məktəbdə 27, 1834-cü ildə 44 nəfər şagird təhsil alırdı. Tədris planına qiraət, hüsnxətt, hesab, rus və Azərbaycan dilləri ilə yanaşı şəriət dərsi də daxil idi.
44 il qəza məktəbi kimi fəaliyyət göstərdikdən sonra bu təhsil ocağı şəhər məktəbinə çevrildi.
1874-cü ildə Şuşa qəza məktəbi Zaqafqaziyada ilk şəhər məktəbi statusunu aldı. Yeni məktəb daha yüksək tipli idi. Pedaqoji heyətin əksəriyyəti Tiflis Aleksandriyski Müəllimlər İnstitutunu bitirənlərdən ibarət idi. Onlar xalq içərisində hörmət və nüfuz sahibi kimi tanınırdılar. Şuşa şəhər məktəbinin ana dili müəllimləri Mirzə Həsən Əmirov və Aslan bəy Əmirov məhz belələrindən idilər. 1880-ci ildən isə məktəbin nəzdində xüsusi musiqi sinifləri açılmışdı. Bu məktəbin müəllimi, yüksək pedaqoji təcrübəyə malik Əbdüləli Muxtarov 1896-cı ildə Qori Müəllimlər Seminariyası nəzdindəki Azərbaycan ibtidai məktəbinə müdir təyin edilmişdi.
Məktəbin yetirmələri olan Firudin bəy Köçərli, Nəcəf bəy Vəzirov, Səfərəli bəy Vəlibəyov, Həsənəli xan Qaradaği Qori Müəllimlər Seminariyasını bitirərək xalqın maariflənməsində rol oynamışdılar.
Şuşa şəhər məktəbinin müəllimləri Mirzə Həsən bəy Əmirov və Mirzə Aslan bəy Əmirov ana dilinin dərindən mənimsədilməsi üçün zəhmət çəkirdilər. Tacirlər fransızlarla ticarət əlaqələri zamanı tərcüməçilər yetişdirməsi üçün məktəbə əlavə vəsait ödəyirdilər.
Şuşada şəhər məktəbi açılarkən hər şagirddən alınan illik təhsil haqqı 5 manat idisə, bu məbləğ 1876-cı ildə 8, 1878-ci ildə isə 12 manat olmuşdu. Pedaqoji Şuranın qərarı ilə kasıbların təhsil haqqından azad edilməsinə baxmayaraq, şagirdlərin böyük əksəriyyətindən təhsil haqqı alınırdı. Lakin buna baxmayaraq, şəhər məktəbində şagirdlərin sayı ilbəil artırdı. Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, Rusiyada dövrünün ən çox şagird kontingenti olan məktəbi idi.
Şuşa şəhər məktəbi əsrin sonlarına doğru mövqeyini itirməyə başladı. Təhsilin keyfiyyəti şəhər ictimaiyyətini razı salmadığından onların təkidi ilə 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli realnı məktəbin əsası qoyuldu. Bu məktəbin yetirmələri imtahan verdikdən sonra müəllim kimi fəaliyyətə başlayırdılar.
1928-ci ildə bu məktəb yeddiillik məktəbə çevrildi, 1937-ci ildə isə Şuşa məktəbinə 1 nömrəli şəhər orta məktəbi adı verildi.
2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa 1 nömrəli tam orta məktəbinin yeni binasının inşasına başlanıldı. 2015-2016-cı dərs ilində məktəbin yeni binası Bakı şəhəri, Yeni Yasamal-2 yaşayış massivində, Ə.Əhmədov küçəsi ünvanında istifadəyə verilib.
192 illik taleyinin təxminən, 30 ilini Bakıda keçirən bu qədim məktəbin yenidən doğma torpağına, əziz Şuşaya dönməsinə çox az qalıb.
Şuşa şəhər məktəbi yenə yaşayacaq, köhnə şöhrətini bərpa edəcək, Azərbaycan mədəniyyətinə nur saçacaq ziyalılar, vətənpərvər gənclər yetişdirəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03

