COVID-19 miokard infarktı hallarının artmasına səbəb olub
10.06.2021 [09:02]
“Ağciyərlər və ürək-damar sistemi COVID-19 xəstəliyini törədən SARS-CoV-2 virusunun əsas hədəfləridir. Bu virusa yoluxma nəticəsində tromboinflamatuar vəziyyətlə əlaqəli pasientlərdə kəskin tənəffüs çatışmazlığı sindromuna və ürək-damar sisteminin müxtəlif trombembolik ağırlaşmalarına, ürəyin işemik xəstəliklərinin kəskinləşməsinə rast gəlinir. Eyni zamanda, COVID-19 miokard infarktı hallarının artmasına səbəb olub”.
Bu fikirləri akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, professor Tofiq Cahangirov qəzetimizə açıqlamasında bildirib.
T.Cahangirovun sözlərinə görə, sitokin fırtınası və iltihabi proseslə bağlı laxtalanma sisteminin aktivləşməsi kəskin tənəffüs çatışmazlığına, çoxsaylı orqan çatışmazlığına və ölümə səbəb ola biləcək ağırlaşmaların əsasını təşkil edir: “Bu yoluxucu xəstəliyin trombogenliyini təsdiq edən faktlardan biri də hətta antikoaqulyasiya ilə müalicə olunan COVID-19 xəstələrində belə, əvvəllər heç bir ürəyin işemik xəstəliyi olmasa da, koronavirusa yoluxduqdan sonra ürək-damar sistemində tromboembolik hadisələrin və miokard infarktının rast gəlinməsidir”.

Tofiq Cahangirov vurğulayıb ki, arterial hipertenziya, şəkərli diabet, xroniki koronar sindrom, miokard infarktına bağlı olan və olmayan obstruktiv patologiyaları aradan qaldırmaq üçün ürəyin tac damarlarına stent yerləşdirilmiş və ya aorta-koronar şuntlama əməliyyatı olunmuş, yaşlı pasientlərin COVID-19-a yoluxma riski yüksəkdir: “Həm də bu pasientlərdə COVID-19-a bağlı ürək-damar sisteminin trombembolik ağırlaşmaları, təkrar miokard infarkt hallarının müşahidə edilməsi riski də yüksəkdir. Məhz bu cür ağırlaşmaların qarşısını almaq məqsədilə risk altında olan şəxslərin vaksinasiyaya cəlb olunması çox vacibdir”.
“COVID-19 pandemiyası zamanı kardioloqların rastlaşdığı problemlərdən biri də miokard infarktı keçirməsinə rəğmən, xəstəxanaya müraciət edən xəstələrin sayının kəskin azalmasıdır. Mütəxəssis bildirib ki, hətta Türkiyə və Avropanın qabaqcıl ölkələrində də bu problem uzun müddət davam etdi. Nəticədə minlərlə insan xəstəxanaya müraciət etməkdən çəkindi və evdə miokard infarktı keçirərək həyatını itirdi. Xüsusən də bu pasientlərin böyük əksəriyyətində ST elevasiyalı miokard infarktı müşahidə edilmişdi. Bu cür pasientlərin həyatını qurtarmaq üçün ilk addım xəstəxanada invaziv perkutan müdaxilənin erkən dövrdə icra edilməsi idi”, - deyə professor söyləyib.
Tofiq Cahangirovun sözlərinə görə, digər vacib məqamlardan biri də COVID-19 xəstəyinin ağırlıq dərəcəsinə bağlıdır: “Belə ki, daha ağırdərəcəli COVID-19 keçirən və orta ağır və ya ağır dərəcəli tənəffüs çatışmazlığı olan pasientlərdə tromembolik hadisələrə daha çox rast gəlinir. Bu, hətta cavan və yanaşı xroniki xəstəlikləri olmayan pasientlərə də şamil olunur. Hətta belə ağırdərəcəli COVID-19 infeksiyasına yoluxmuş pasientlərdə bəzən tətbiq olunan antikoaqulyant preparatlar belə trombembolik ağırlaşmaların və eləcə də miokard infarktının qarşısını ala bilmir. Bu cür halları aparılmış çoxsaylı müşahidə xarakterli klinik çalışmalar da təsdiq edir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

