Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimatı olub
22.04.2021 [08:36]
Aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimat mərasimi keçirilib. Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə Təhsil Nazirliyindən, Milli Məclisdən, Azərbaycan Memarlar İttifaqından, ali təhsil müəssisələrindən qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Gülçöhrə Məmmədova qonaqlara layihə barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, Memarlıq fakültəsində təhsil alan tələbələrin təşəbbüsü ilə ərsəyə gələn Şuşa şəhərinin şəhərsalma inkişafı və tarixi memarlıq irsinin bərpası layihəsi üzrə işlər bir il əvvəl başlayıb. “Tələbələrimiz və müəllimlərimiz layihə üzərində işə başlayanda Şuşa, eləcə də digər rayonlar hələ işğal altında idi. Amma biz inanırdıq ki, tezliklə o torpaqlar öz sahiblərinə qayıdacaq, biz bu layihələri orada gerçəkləşdirəcəyik. Bu gün çox sevinirik ki, arzumuza çatmışıq”.
G.Məmmədova layihənin hazırlanmasında əsas məqsədin Azərbaycanın tarixi şəhəri olan Şuşanın nümunəsində tarixi şəhərlərin inkişafı və memarlıq irsinin qorunması, abidələrinin bərpasından ibarət olduğunu vurğulayıb. Eyni zamanda, o, tezliklə Şuşa şəhərində tələbələrin təqdim etdiyi şəhərsalma strukturuna dair yeni inkişaf layihələri ilə əlverişli, müasir tələblərə uyğun yaşayışın bərpa olunacağına inamını ifadə edib.
Rektor diqqətə çatdırıb ki, təxminən bir il çəkən bu layihənin hazırlanması üçün tələbələr Şuşanın abidələri, infrastrukturu haqqında tarixi məlumat toplayıblar, arxivlərdə işləyiblər, mövcud arxiv sənədləri ilə tanış olublar. İki istiqamətdə hazırlanan layihələrin şəhərsalma strukturunun inkişafı üzərində işləyən tələbələrə AzMİU-nun dosenti, Əməkdar memar Yeganə Hacıyeva, abidələrin bərpası istiqaməti üzrə işləyən tələbələrə isə AzMİU-nun professoru, memarlıq doktoru Səbinə Hacıyeva rəhbərlik edib.
Sonra layihə mərasim iştirakçılarına təqdim olunub. Layihədə şəhərsalma strukturunun inkişafı istiqaməti üzrə tələbələrə rəhbərlik edən Y.Hacıyeva Şuşa şəhərinin 2020-2040-cı illər üzrə baş plan layihəsi barədə danışıb, tələbələrin iştirakı ilə görülən işlər izləyicilərə təqdim olunub. Bildirilib ki, birinci mərhələdə əsasən ictimai, yaşayış və qeyri-yaşayış zonaları, sənaye, istirahət və yaşıllıq əraziləri üzrə işlər görülüb. Sonrakı mərhələdə yeni yaşayış zonaları təklif olunub, şəhərin mövcud ərazisinin 2040-cı ilə qədər yeni sərhədləri ilə bərabər təyini, Şuşa üçün ekoturizm marşrutunun, ümumi yaşıllıq sahəsinin rekreasiya zonasının yenilənməsi, yeni tikililər üçün ərazilərin ayrılması, küçələrin şəhər ətrafı kateqoriyalarının bölünməsi, ayrılması, piyada turist marşrutlarının təyini və s. həyata keçirilib.
Memarlıq irsinin bərpası istiqaməti üzrə məlumat verən Səbinə Hacıyeva qeyd edib ki, ümumilikdə Şuşada 165 tarixi abidə var, amma tələbələr onların bir qismi üzərində iş aparıblar. “Biz layihəyə başlayanda Şuşa şəhəri işğal altında idi, biz ora gedə bilmirdik. Tələbələr yalnız arxivlərdən əldə etdikləri məlumatlar, eskizlər əsasında işləyiblər. Şuşanın ayrı-ayrı memarlıq abidələrinin arxivlərdən eskizləri, cizgiləri, fotoşəkilləri və s. kimi məlumatlar götürülərək onların tarixi, memarlıq-dekorativ xüsusiyyətləri tədqiq edilib, internet resursları vasitəsilə indiki vəziyyəti araşdırılıb və eskiz-bərpa layihələri işlənib”.
Sonra tələbələr Aşağı və Yuxarı Gövhər Ağa məscidi, Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün, Həsən bəy Vəzirovun və başqalarının ev-muzeyləri, hamam, karvansara və bulaqların bərpa-eskiz layihələrini təqdim ediblər. Bərpa layihələri təqdim edilən abidələrin 3 D görünüşü tələbələr tərəfindən işlənib.
Təqdimatın sonunda layihənin nəticəsi kimi tələbələr müasir kompüter proqramlarından istifadə edərək Şuşaya ilk gediş marşrutunu təqdim ediblər.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları - Hicran Hüseynova, Aydın Mirzəzadə və Hikmət Babaoğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova tələbələrin təşəbbüsünü alqışlayaraq bu layihədə əməyi keçən müəllimlərə təşəkkür ediblər. Onlar görülən işləri yüksək qiymətləndiriblər, işğaldan azad olunmuş şəhər və kəndlərimizin yenidən qurulması, bərpası və inkişafı prosesində AzMİU-nun professor-müəllim, tələbə potensialından istifadənin vacibliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

