İzmir Ekonomik Universiteti özəl universitetlər arasında dördüncü yeri tutur
23.04.2010 [09:53]
İzmir Ekonomik Universiteti (İEU) 2001-ci ildə İzmir Ticarət Palatası tərəfindən yaradılıb. Bu gün dünyanın bir çox nüfuzlu universitetlərilə əməkdaşlıq edən İEU yaradıldığı müddətdə 300 tələbə ilə işə başlayıb. Universitet fəaliyyət göstərdiyi zaman kəsiyində ətrafında 7000-dən çox tələbə toplaya bilib. İzmir Ekonomik Universiteti də Bakıda keçirilən təhsil sərgisində öz xidmətlərini təklif edən təhsil ocaqları arasında yer alıb. Məlum olduğu kimi, Türkiyədə bütün özəl universitetlər ödənişlidir. Amma İzmir Ekonomik Universiteti digərlərindən fərqli olaraq tədaüd proqramları ilə ödənişi bir qədər neytrallaşdırmış olur. Belə ki, illik 8200 dollar təhsil haqqını tələbələr bu universitetdə 2 dəfəyə ödəyə bilərlər. Əgər ödənişli təhsil alan tələbə ikinci il yüksək göstəricilər göstərərsə, universitet təhsil haqqının 50 faizini bağışlayacaq. Amma bununla yanaşı, universitetin özünün xüsusi təqaüd proqramları da vardır. Əgər bu təqaüd proqramları vasitəsilə universitetə tələbə daxil olarsa, o təhsil haqqını ödəməyəcək, üstəlik universitetin yataqxanasında pulsuz qalacaq və ayda 350 türk lirəsi təqaüd alacaq. Bu və ya digər xüsusi təhsil proqramları ilə diqqəti cəlb edən İzmir Ekonomik Universitetinin sərgidəki təmsilçiləri-öyrənci işlər müdiri Nərgiz Filiz və Fənn Ədəbiyyat fakültəsinin dekanı, Matematik Bölüm Başkanı prof.dr. İsmihan Bayramoğlu ilə söhbətləşdik.
Universitetin yaranmasından danışan prof.dr. İsmihan Bayramoğlu bildirib ki, İzmir Ekonomik Universiteti özəl universitetlər arasında dördüncü yeri tutur: “Universitetimizin hazırda 5 fakültəsi var. Bunlara iqtisadi və idarəetmə elmləri, kömpüter elmləri, fənn ədəbiyyatları, sənət və dizayn, kommunikasiya fakültələri daxildir. Bu fakültələr daxilində iqtisadi və beynəlxalq əlaqələrdən tutmuş, riyaziyyat, dizayn, “pablik relayşn”, psixologiya, hətta, sosiologiyaya qədər ixtisas sahələri mövcuddur”.
Azərbaycanlı tələbələrin İzmir Ekonomik Universitetində təhsil almaq şanslarından söz açan prof.dr. İsmihan Bayramoğlu vurğulayıb ki, hazırda Azərbaycandan bu universitetdə az tələbə təhsil alır: “Bu sərgidə iştirak etməyimizin əsas səbəbi də məhz, azərbaycanlı tələbələrin bizim universitetdə təhsil almalarına şərait yaratmaqdır. Biz istəyirik ki, İzmir Ekonomik Universitetinə Azərbaycandan daha çox tələbə cəlb edək. Bizim tələbələrimizin 20 faizinə təqaüd verilir. Hətta, xarici ölkələrdən təhsil almaq üçün universitetimizə gələn və yüksək göstəriciləri olan tələbələrə də təqaüd veririk. Belə tələbələrdən biri də məhz, azərbaycanlıdır. O, beynəlxalq iqtisadi əlaqələr fakültəsində oxuyur”.
İzmir Ekonomik Universitetində təhsilin ingilis dilində olduğunu söyləyən prof.dr. İsmihan Bayramoğlu deyib ki, universiteti bitirən tələbələr ingilis dili ilə yanaşı, digər bir xarici dili də bilmiş olurlar: “Yəni, bizim universitetdə tədris prosesi ingilis dilində aparılır. Amma bununla yanaşı, universitet özü tələbələrin daha bir xarici dil bilməsini istəyir və məcburən digər dili də öyrədirik. Bizim universitetdə eyni zamanda, yeni daxil olan tələbələrə ingilis dili kursları da keçirik ki, onlar tədris prosesi zamanı heç bir çətinliklərlə qarşılaşmasınlar”.
Tələbələrin aldığı nəzəri biliklərin təcrübədə tətbiqi məsələsindən danışan prof.dr. İsmihan Bayramoğlu söyləyib ki, bunun üçün universitetdə araşdırma mərkəzləri fəaliyyət göstərir: “Eyni zamanda, İzmir Ekonomik Universitetini yaradan İzmir Ticarət Palatasının bir çox sənaye və xidmət sahələri var ki, tələbələr orada təcrübə keçirlər. Sonradan isə, işləmək bizim universitetin məzunları üçün problem olmur. çünki, onların mənimsədikləri ixtisas üzrə həm nəzəri, həm də praktiki bilikləri olur”.
Sərgidə iştiraklarının məqsədi barədə söz açan Nərgiz Filiz deyib ki, biz burada azərbaycanlı tələbələrə İzmir Ekonomik Universitetinin tədris, təqaüd proqramları haqqında məlumat vermək, öyrəncilərlə üz-üzə görüşmək və onları universitetimizdə təhsil almağa cəlb etmək niyyətindəyik: “Bizim universitetdə baracıqlı tələbələr əsas ixtisasa yiyələndikdən sonra onlar digər ixtisas sahibi olmaqla, iki diplomu birdən almaq şansı qazanırlar. Yəni, bir tələbə psixologiyanı ixtisas olaraq mənimsəyib diplom alırsa, digər tərəfdən sosiologiya elminin də mənimsənilməsi prosesində iştirak edib təhsilə yiyələnirsə o zaman, bu tələbə iki diplom sahibi olur. Doğrudur, ixtisasdan kənar elm sahəsinin öyrənilməsi zamanı dərslərin sayı az olur. Amma bir mütəxəssis kimi, həmin tələbə istədiyi yerdə işləyə bilir. Dünya təcrübəsindən irəli gələrək söyləyirik ki, bu sistem məzunların daha asan iş tapmasına gətirib çıxarır”.
Dünyanın nüfuzlu universitetlərilə qurulan əməkdaşlıqdan danışan Nərgiz Filiz vurğulayıb ki, İzmir Ekonomik Universitetinin dünyanın, xüsusilə də, Avropanın bir çox universitetlərilə əlaqələri var: “Bununla yanaşı, universitetimizin ABŞ-ın Nyu-York Dövlət Universiteti ilə ortaqlıq münasibətləri mövcuddur. Yəni, bizim universitetin tələbələri biznes idarəçiliyi, iqtisadiyyat, kompüter mühəndisliyi və “pablik relayşn” ixtisaslarına yiyənlənmək üçün proqrama daxil olarkən, avtomatik olaraq, Nyu-York Dövlət Universitetinin eyni ixtisas üzrə proramının iştirakçısına çevrilirlər. Beləliklə də, həmin tələbə iki ilini bizim universitetdə, iki ilini isə Nyu-York Dövlət Universitetində oxuyur və diplomunu alır”.
Universitetin infrastruktur şəraitindən danışan Nərgiz Filizin sözlərinə görə, universitetin lyuks binası və yataqxanası var: “İzmir Ekonomik Universitetində təhsil almaq üçün tələbələrə hər cür şərait yaradılıb. Hətta, universitetə daxil olmuş hər bir tələbəyə leptop hədiyyə olunur. Texnika ilə işləmək bacarığını artırmaq məqsədilə hər bir tələbənin bir kompüteri olur”.
Xüsusi bir məqamı qeyd edən Nərgiz Filiz bildirib ki, universitetə tələbə qəbulu, başqa ölkələrin dövlət imtahanının nəticələri ilə də aparılır: “Əvvəllər universitetə birbaşa göstərilən istiqamət üzrə tələbələr daxil olurdusa, iki ildən artıqdır ki, bu prosesdə bir müstəqil sistem formalaşdırılıb. Yəni, tələbələr artıq hansı universitetdə oxumaq istədiklərini özləri seçirlər”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

