Dövlət Proqramından irəli gələn vəzifələr Goranboy rayonunda uğurla yerinə yetirilir
03.04.2010 [10:55]
Məlum olduğu kimi, 2009-cu il aprel ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ötən bir il ərzində icrasının vəziyyəti martın 14-də dövlət başçısının sədrliyi ilə keçirilmiş konfransda geniş müzakirə edilib. Konfransdakı giriş nitqində ölkə başçısı 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramının uğurlu nəticələrini qeyd edib, Proqram çərçivəsində bölgələrin mövcud potensialını hərəkətə gətirmək üçün bütün lazımi infrastrukturun yaradıldığını, bunun da nəticəsində bütün regionların simasının əsaslı şəkildə dəyişdiyini, sosial obyektlərin tikintisinin sürətləndirildiyini bildirib.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti ilə şəxsən tanış olmaq məqsədilə Prezident İlham Əliyev təkcə ötən il ərzində ölkənin 15 şəhər və rayonunda, 72 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak edib. Bu səfərlərdən biri ötən il noyabr ayının 20-də Goranboy rayonuna reallaşıb. Prezident İlham Əliyev Goranboya səfəri zamanı ikinci Dövlət Proqramı çərçivəsində rayonun Veyisli kəndində məcburi köçkünlər üçün lazımi ləvazimatlarla hərtərəfli təmin olunmuş 596 evdən və digər sosial obyektlərdən ibarət yeni salınmış qəsəbənin və qəsəbədə tikilmiş 360 yerlik orta ümumtəhsil məktəbinin, yeni tikilmiş kalsid zavodunun və “Goranboy Hotel” istirahət mərkəzinin açılışında iştirak edib, rayonda fəaliyyət göstərən “GİLAN & KNAUF” Gips-kardon MMC-nin, həmçinin, “Lalə Tekstil” MMC-nin Goranboy filialının fəaliyyəti ilə tanış olub.
Abadlıq-quruculuq işləri...
Qeyd edək ki, Dövlət Proqramında 8 bölmə üzrə 13 maddədən ibarət işlərin Goranboy rayonunda icrası nəzərdə tutulub. Bunlardan dördü 2009-2010-cu illəri, digər 9-u isə 2010-2013-cü illəri əhatə edir. Beləliklə, Proqrama uyğun olaraq, rayonun sosial-iqtisadi inkişaf Planı tərtib edilib, həmin Plana uyğun vəzifələr konkretləşdirilib, Goranboy şəhərinin mərkəzi ilə paralel, digər yaşayış məntəqələri də diqqət mərkəzində saxlanılıb.
Dövlət Proqramı çərçivəsində 5 km uzunluğunda Goran-Goranboy yolu, Goranboy şəhərinin 2 km uzunluğunda Rövşən Mustafayev və R.Rza küçələri asfalt örtüklə yenidən döşənib, R.Mustafayev küçəsində bir dayanacaq quraşdırılıb, 4700 metr yeni bardür düzülüb, V.Bayramov küçəsi yenidən tikilərək müasir görkəm alıb. Həmin ərazilərdə yolboyu müasir işıqlandırma dayaqları quraşdırılıb, yol kənarında yaşıl ağac və gül kolları əkilib. ümumilikdə, ötən bir il ərzində Goranboy şəhərinin 17 küçəsində 8 km-ə yaxın yola asfalt örtük salınıb. Goranboy şəhərində 3295 metr, Dəliməmmədli şəhərində 1220 metr, digər yaşayış məntəqələrində isə 1490 metr piyada yolu tikilib.
Goranboy şəhərində mövcud yaşıllıq zolaqlarının bərpası və yeni yaşıllıq zolaqlarının salınması məqsədi ilə şəhərin girişinə, V.Bayramov, Vidadi, C.Cabbarlı, Dədə Qorqud və digər küçələrə 13800 kub.metr torpaq daşınıb. çirkab sularının açıq şəkildə axıdılmasını aradan qaldırmaq üçün C.Cabbarlı küçəsində iri diametrli borularla 110 metr, V.Bayramov küçəsinə 280 metr kanalizasiya xətti çəkilib.
Goranboy şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi ilə üzbəüz ərazidə yerləşən 2 mərtəbəli yaşayış binasının ətrafında abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb. Tarix muzeyinin daxilində cari təmir işləri aparılıb, yeni avadanlıqlar quraşdırılıb. Muzeyin ərazisi Heydər Əliyev adına Mədəniyyət və istirahət parkına daxil edilərək orada daimi yaşıl ağaclar əkilib.
Goranboy şəhərində çoxmənzilli yaşayış binalarının sıx yerləşdiyi Civəzadə küçəsində binaların ümumi istifadədə olan həyətində mövcud antisanitariya vəziyyəti ləğv edilərək abadlıq-təmizlik işləri aparılıb, uşaqların boş vaxtlarının səmərəli keçməsinin təşkili məqsədi ilə mini-futbol meydançası quraşdırılıb. İstirahət və uşaq əyləncə mərkəzlərinin, xeyir-şər evinin tikintisində isə işlər sürətlə davam etdirilir.
ötən dövr ərzində rayon İcra Hakimiyyətinin, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin, Goranboy bələdiyyəsinin və rayon Mədəniyyət evinin, həmçinin, 16 mənzilli 6 ədəd, Dəliməmmədli şəhərində isə 4 ədəd yaşayış binasının dam örtüyü dəyişdirilib, hazırda əlavə 2 kommunal evin təmiri, üzgüçülük hovuzunun tikintisi istiqamatində iş aparılır.
Rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işlərinə diqqət artırılıb, bu işlər bütün yaşayış məntəqələrini əhatə edib.
Rayonun Balakürd kəndində 10 km uzunluğunda kənddaxili yollar çınqıl örtüklə yenidən tikilib, Qaramusalı kəndində yeni tibb məntəqəsi tikilib istifadəyə verilib, Xoylu, Qaradağlı, Fəxralı, Qurbanzadə və Səfikürddə kənddaxili yolların, Azad kəndində 4 sinif otağından ibarət ibtidai məktəb binasının tikintisində təşkilati işlər sona çatdırılıb. Hazırda uzun illərdən bəri Kəpənəkçi kənd əhalisini narahat edən daxili yolların çınqıl örtüklə tikintisi aparılır.
ötən il bütün yaşayış məntəqələrində kəndarası yollara çınqıl tökülərək hamarlanıb, kəndlərarası asfalt yollar cari təmir edilib. İnzibati binalarda və sosial obyektlərdə təmir işləri aparılıb, ərazisi abadlaşdırılıb. Kənddaxili və kəndlərarası yolların kənarlarındakı ağaclar budanaraq gövdəsi rənglənib, zibilliklər ləğv edilib, dayanacaqlar təmir olunub.
Dəliməmmədli şəhərində, habelə Qızılhacılı qəsəbəsindən, Xan Qərvənd, Rəhimli və Veyisli kəndlərindən keçən avtomobil yolunun kənarında küçə işıqlandırma sistemi quraşdırılıb. Qızılhacılı qəsəbəsində 4, Balakürd kəndində 1 ədəd dayanacaq qoyulub. Hazırda Goranboy şəhərində müasir avtovağzalın və 600 yerlik orta məktəbin, Qızılhacılı qəsəbə daxilində piyada yolunun, Səfikürd kəndinin adını göstərən abidənin, C.Cabbarlı küçəsində yol dairəsinin, Goran 4 yol istiqamətindən Goranboy şəhərinə gələn yolun girişində giriş qapısının tikintisi, C.Cabbarlı küçəsinin genişləndirilməsi işi aparılır.
Gips daşıyan ağır tonnajlı yük avtomobilləri tərəfindən Goranboy şəhərinin küçələrində asfalt örtüyünün dağıdılmasının qarşısını almaq məqsədi ilə Səfikürd-Rəhimli yolu təmir edilərək avtomobillərin bu yolla hərəkəti təmin edilib.
Proqram çərçivəsində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində əsaslı və cari təmir işləri aparılıb. Lakin hər 3 sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülməlidir. Bir sıra məktəblər, səhiyyə və mədəniyyət müəssisələri üçün yeni binaların tikintisinə, bəzilərinin isə əsaslı bərpasına ehtiyac var.
Bütövlükdə il ərzində rayonda 73 milyon 260 min manat dəyərində sosial-iqtisadi, təmir-tikinti və digər mədəni-quruculuq işləri görülüb.
Ekoloji fəaliyyət...
Prezident İlham Əliyev Nazirlər Kabinetinin oktyabrın 16-da keçirilmiş geniş iclasında 2010-cu ili “Ekologiya ili” elan edib. Bununla əlaqədar rayonda görüləcək işlərlə bağlı tədbirlər planı hazırlanıb, meşə və yaşıllıqların salınması üçün ərazilər müəyyənləşdirilib. Artıq rayon üzrə 73 minədək ağac əkilib, mövsümün sonunadək isə 120 mindən artıq ağac əkiləcək. Goranboy şəhərində 8 hektardan artıq ərazidə yaşıl ot örtüyü salınıb. Əvvəlki illərdən fərqli olaraq bütün ərazilərdə əkilmiş ağacların mühafizə edilməsi və suvarılması məqsədi ilə ayrı-ayrı ərazilər üzrə idarə və müəssisələr təhkim edilib. Hər həftənin şənbə günləri keçirilən iməciliklərdə aidiyyəti idarələr təhkim edildikləri ərazilərdə ağacların qorunması və suvarılması istiqamətində iş aparırlar.
Rayonun sosial-iqtisadi həyatı...
Məlumat üçün bildirək ki, Goranboy rayonunun 2009-cu il büdcəsi əvvəlki illə müqayisədə 33,9 faiz artaraq 22 milyon 193 min 784 manat təşkil edib. Büdcənin mədaxil hissəsi 58,4 faiz, məxaric hissəsi isə 88,3 faiz yerinə yetirilib. Prezident İlham Əliyev sahibkarlar sinfinin formalaşması üçün hüquqi bazanın təkmilləşdirilməsini, biznes mühitinin daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Onu da qeyd edək ki, Goranboy rayonunda da özəl sektorun inkişafı üçün əlverişli mühit var. ötən il 8085 sahibkarlıq subyektinə 5,6 milyon manat kredit verilib ki, bu da əvvəlki illə müqayisədə 9 min manat çoxdur. Bu isə rayon sahibkarlarının iqtisadi durumunun daha da yaxşılaşmasına, onların fəaliyyətinin genişlənməsinə və daha çox gəlir əldə etməsinə xidmət edir. 2009-cu ildə əsas kapitala yönəldilən investisiyanın həcmi əvvəlki illə müqayisədə 2,9 milyon manat artaraq 62 milyon manat təşkil edib. Bunun 33,8 faizi qeyri-istehsal təyinatlı, 66,2 faizi isə istehsal təyinatlı sahələrə yönəlib.
ötən ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 13,6 milyon manat artaraq 177,7 milyon manata çatıb. O cümlədən, sənaye məhsulunun həcmi 1,1 milyon manat artaraq 7,3 milyon manat təşkil edib. ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 83,4 faiz təşkil edib. Respublikada isə bu göstərici 81,2 faizdir.
Goranboy rayonunda son dövrlər fəaliyyətə başlamış iri istehsal müəssisələri tam gücü ilə işləməyə başladıqdan sonra ümumi məhsul istehsalında sənaye məhsulunun xüsusi çəkisi daha da artacaq. ötən dövrdə iqtisadiyyatımızın əsasını təşkil edən aqrar bölmə respublikanın hər yerində olduğu kimi rayonda da diqqət mərkəzində saxlanılıb. Məhsul istehsalı ilə məşğul olanlar ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhrələnirlər.
“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq ötən il 14 min 411 nəfər istehsalçıya ümumilikdə 2,3 milyon manat vəsait ödənilib. Bu da kənd təsərrüfatı məhsullarının, xüsusilə buğda istehsalının artırılmasını stimullaşdırıb. Birinci Dövlət Proqramı çərçivəsində fəaliyyətə başlamış 2 aqrotexservis və 1 aqrolizinq tərəfindən əhaliyə texniki xidmət göstərilib. Bunun nəticəsidir ki, dənli və dənli-paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətdə 9 min hektar artaraq 29,5 min hektara, iribuynuzlu mal-qaranın sayı 7 min baş artaraq 41,2 min başa, xırdabuynuzlu heyvanların sayı 12,6 min baş artaraq 233,7 min başa çatıb.
Qeyd edilən artım kənd təsərrüfatı məhsullarının istehsalına da öz müsbət təsirini göstərib. Belə ki, taxıl istehsalı əvvəlki ilə nisbətdə 27,3 min ton artaraq 87,1 min tona, bostan məhsulları 0,6 ton artaraq 7,4 min tona, mal-qara və quş əti 1,5 min ton artaraq 3,6 min tona, süd istehsalı 3,1 min ton artaraq 18,8 min tona çatıb.
Əhalinin kənd təsərrüfatı məhsullarından əldə etdiyi gəlir 49 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətdə 4 milyon manat çoxdur. Bu sahədən əldə edilmiş gəlirin 28,2 milyon manatı bitkiçilik, 20,8 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşür.
Göründüyü kimi, rayonda aqrar bölmənin bütün sahələrində dinamik inkişafa nail olunub. Bu sahədə məhsul istehsalının daha da artırılması üçün böyük tutumlu soyuducu anbarların tikintisinə və kənd təsərrüfatı məhsullarının emalı və konservləşdirilməsi müəssisəsinin yaradılmasına ciddi ehtiyac var.
Qeyd edək ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Şəmkir dəryaçasından gələn su kanalının ikinci mərhələsinin tikintisi başa çatdıqdan, habelə Səfikürd su anbarı lildən təmizləndikdən sonra suvarma suyuna olan tələbat əsasən ödənəcək.
ötən il ərzində əhalinin bütün mənbələrdən pul gəliri 171,8 milyon manat təşkil edib, orta aylıq əməkhaqqı 29,8 manat artaraq 185,3 manata çatıb.
Hər həftənin şənbə və bazar günlərində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında rayonun sahibkarları da iştirak edərək, 112 ton məhsul satıblar.
Sosial yardıma ehtiyacı olan insanlar daim diqqət mərkəzində saxlanılıb, rayon İcra Hakimiyyətinə müraciət edən bu qəbildən olan insanlara mümkün köməkliklər göstərilib, bayramlarda onlara ərzaq və digər maddi köməkliklər göstərilib. 2009-cu ildə ölkə Prezidentinin diqqət və qayğısı sayəsində əlillər və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası tikilərək istifadəyə verilib. O cümlədən, 1689 aztəminatlı ailə ünvanlı sosial yardımla təmin edilib. Rayon üzrə pensiya alanların sayı isə 17 min 843 nəfər olub.
Rayonun kommunal vəziyyəti...
ötən bir il ərzində əhalinin elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb. Rayon Qaz istismarı idarəsinin və su-kanal idarəsinin fəaliyyətində yaranmış müsbət dönüş hesabına əhalinin bu xidmət növləri ilə təchizatı günü-gündən yaxşılaşıb, istehlak edilən təbii qaza və suya görə ödənişlərin səviyyəsi maksimum həddə çatdırılıb. Təkcə ötən ilin son aylarında rayonun Ağamalıoğlu, Alpoud, Səfikürd kəndlərinin təbii qaz təchizatı bərpa edilib, Qızılhacılı qəsəbəsinin təbii qaz verilməyən küçələrinin və Cinli Boluslu kəndinin təbii qazla təchiz edilməsi istiqamətində işlərə başlanılıb. Rəhimli, Veyisli kəndlərinin qaz təchizatının yaxşılaşdırılması üçün həmin kəndlər yeni qazdaşıyıcı xəttə qoşulub. Qızılhacılı qəsəbəsinə və Goranboy şəhərinin bir hissəsinə xidmət edən 550 metr uzunluğunda xətt yenisi ilə dəyişdirilib.
Proqram çərçivəsində yaxın vaxtlarda Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində kompleks işlərə başlanacaq.
ötən dövr ərzində Paylayıcı Elektrik şəbəkəsinin fəaliyyəti ürəkaçan olmayıb. Rayon İcra Hakimiyyəti tərəfindən bu xidmət təşkilatına kifayət qədər edilmiş köməkliyə baxmayaraq ödəniş 60-70 faiz civarında olub. Buna səbəb isə rayonun elektrik təsərrüfatında uzun illərdən bəri əsaslı bərpa işləri görülmədiyindən təbii itkinin 30-35 faiz olduğu halda, rayona cəmi 10-12 faiz verilməsi olub. Vəziyyətdən çıxış yolu isə rayonun elektrik təsərrüfatlarına bu sahədəki son texnologiyanın tətbiqidir. Yəni, SİB kabel və SMART kart tipli sayğacların tətbiqi. Bu işlərə nail olmaq üçün isə təsərrüfat rəhbərliyi ciddi səy göstərməlidir. Bir sözlə, qeyd edilən faktlar onu deməyə əsas verir ki, ikinci Dövlət Proqramından irəli gələn vəzifələr ötən il ərzində uğurla icra edilib. İşlərin davam etdirilməsi üçün rayonun 2010-cu il üçün sosial-iqtisadi inkişaf Planı isə artıq təsdiq edilib. Həyata keçirilən işlərin miqyası onu deməyə əsas verir ki, ötən il olduğu kimi, 2010-cu ildə də ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr rayonda uğurla icra ediləcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38
