Azercell-in Müştəri Xidmətləri və Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir
27.08.2020 [08:53]
Bu ilin 7 ayında Bakı və bölgələrdə 400 minə yaxın abunəçiyə xidmət göstərib
COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqi dövründə də “Azercell Telekom” MMC abunəçilərinə ofislərdə və səyyar şəkildə fasiləsiz xidmət göstərib. Ağır və gərgin iş rejiminə baxmayaraq, şirkətin Müştəri Xidmət Mərkəzləri həm müştərilərin, həm də əməkdaşların səhhətinin qorunması məqsədilə lazımi qoruyucu tədbirlər görərək maksimal təhlükəsiz şəraitdə öz fəaliyyətini davam etdirib.
Azercell Müştəri Xidmətləri tərəfindən bu ilin ilk 7 ayında xidmət göstərilən müştərilərin sayı Bakıda 220.000-dən artıq, regionlarda isə 180.000-ə yaxın olub.
Ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə alaraq, Azercell öz abunəçilərinə ev şəraitindən ayrılmaması və kütləvi insan axınının mövcud olduğu yerlərə getməməsi üçün alternativ xidmət kanalları təqdim edib. Belə ki, pandemiya dönəmində Azercell-in Mobil Müştəri Xidmətləri tərəfindən abunəçinin istəyinə uyğun olaraq ona birbaşa yaşadığı ünvanda xidmət göstərilib. 5 ay ərzində (1 Mart- 31 İyul 2020) Azercell Mobil Müştəri Xidmət Mərkəzinə 700-ə yaxın müraciət daxil olub. Onlardan 300-dən çoxu 65 yaşdan yuxarı olan abunəçilər təşkil edib ki, bu kateqoriyadan olan vətəndaşlara bütün ölkə boyu Azercell tərəfindən pulsuz xidmət göstərilib.
Qeyd edək ki, sərt karantin rejiminin tətbiq olunduğu müddətdə Azercell Müştəri Xidmət ofisləri xüsusi rejimdə işlədiklərindən, abunəçilərin məsafəli qalması və daha təhlükəsiz şəraitdə xidmət göstərilməsi üçün bəzi hallarda elektron növbə tətbiq olunmayıb. Buna görə həmin dövrdə Müştəri Xidmət Mərkəzlərində qəbul edilən və xidmət göstərilən real abunəçi sayı qeyd olunandan qat-qat çoxdur.
Azercell-in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzlərində pandemiyanın ilk günlərindən bu günə qədər zəruri tədbirlər görülür. Xidmət işçiləri və müştərilərin istifadəsi üçün içində antiseptik gel olan dozatorlar quraşdırılıb. Yalnız Müştəri Xidmət Mərkəzlərində deyil, ümumiyyətlə Azercellə məxsus olan ofislərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, ofislərə girişdə hərarət kontaktsız rəqəmsal termometrlə ölçülür. Müştərilərlə təmasda olan əməkdaşlara, səyyar xidmət də daxil olmaqla, qoruyucu maskalar və əlcəklər təqdim edilir.
COVID-19 virusunun yayılmasının qarşısının alınması, əməkdaşların və müştərilərin sağlamlığının qorunması məqsədilə bir sıra Müştəri xidmətləri (Q. Qarayev pr. 81, B. Bağırova 2, H.Z. Tağıyev 26A ünvanlarında yerləşən) ofislərində masaüstü şüşə arakəsmələr qoyulub. B.Bağırova 2 ünvanında yerləşən xidmət mərkəzinin önündə isə küçədə növbə gözləyən abunəçiləri gündən qorumaq üçün tent quraşdırılıb.
Azercell Telekom hər bir şəraitdə müştərilərinə ən yüksək səviyyədə xidmət göstərməyə hazırdır. Lakin abunəçilərin sağlamlığının qorunması məqsədilə distant xidmət kanallarına - Azercell-in çoxfunksional “Kabinetim” tətbiqindən və Onlayn Müştəri Xidmətlərindən - yararlanmaq, yalnız zəruri hallarda Müştəri Xidmət Mərkəzlərinə müraciət etməsi tövsiyyə olunur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20

