/ / Milli Məclisin deputatı Hikmət Babaoğlunun BDU-nun əməkdaşları və magistrantları ilə onlayn görüşü keçirilib
Milli Məclisin deputatı Hikmət Babaoğlunun BDU-nun əməkdaşları və magistrantları ilə onlayn görüşü keçirilib
22.08.2020 [00:39]
Avqustun 21-də Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əməkdaşları və magistrantları ilə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun onlayn görüşü keçirilib.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçirilən görüşdə professor Hikmət Babaoğlu son dövrlərin iki aktual məsələsi olan “Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığı” və “Pandemiya dövründə Azərbaycan dövlətinin sosial proqramları” mövzularında məruzə ilə çıxış edib. Millət vəkili Azərbaycan-Türkiyə münasibətlərinin tarixi kökləri, hazırkı inkişaf dinamikası, perspektivlər, habelə 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı, Türkiyənin ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəkləməsi, Azərbaycan-Türkiyə quru qoşunlarının və hərbi hava qüvvələrinin genişmiqyaslı hərbi təlimləri haqqında danışıb.
Hərbi-texniki sahədə də Türkiyənin Azərbaycanın bir nömrəli tərəfdaşına çevrildiyini deyən Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan işğal altındakı torpaqlarını azad və ərazi bütövlüyüni bərpa etmək, Qarabağ problemini həll etmək üçün Milli Ordumuzu hər cür ən müasir hərbi texniki avadanlıqlarla təchiz edir və bu proses davam edəcək. Onun sözlərinə görə, tarixi strateji müttəfiqimiz olan Türkiyədən silah alınması aktualdır, həmişə olub, bu gün də var:“Belə də davam edəcək. Əlbəttə ki, bütün iqtisadi, mədəni proseslərdə olduğu kimi, hərbi müstəvidə də əməkdaşlıq davam edəcək. Ali Baş Komandanımızın bildirdiyi kimi, bu əməkdaşlıq strateji xarakter daşıdığından, təbii tarixi müttəfiqliyə söykəndiyindən perspektivdə Türkiyəni Azərbaycanın bir nömrəli hərbi-siyasi tərəfdaşına çevirəcək. Bu ölkəmizin maraqları baxımından mühüm hadisədir”.
“12 iyul hadisələrindən sonra yeni strateji həqiqətlər ortaya çıxdı. Bu da ondan ibarətdir ki, baş verən bu qədər hadisələr fonunda Azərbaycanın arxasında onun təbii, tarixi strateji müttəfiqi dayandı. Bu, mürəkkəb hesab edilən dünya siyasətinin çox sadə izahıdır. Bu gün ölkəmizin milli maraqları tarixən olduğu kimi Türkiyə ilə münasibətlərin daha da inkişaf etdirilməsini zəruri edir. Azərbaycan Prezidenti də Türkiyə Milli Müdafiə nazirini qəbul edərkən məhz buna vurğu edərək qardaş ölkənin bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıqda da ölkəmizin bir nömrəli tərəfdaşına çevriləcəyini diqqətə çatdırdı”,-deyən millət vəkili əlavə edib ki, hazırkı mərhələdə Türkiyə-Azərbaycan ittifaqı təkcə iki ölkənin maraqları baxımından deyil, bütövlükdə regionumuzda sabitliyin və inteqrasiyanın təmin edilməsi üçün son dərəcə önəmlidir. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər böyük bir geostrateji regionda mühüm hərbi-siyasi tarazlıq yaradır.
Professor Hikmət Babaoğlu son dövrlər dünya gündəminin əsas məsələsinə çevrilən koronavirus pandemiyasının Azərbaycana təsiri, dövlətin bu dövrdə həyata keçirdiyi gördüyü sosial-iqtisadi tədbirlər barədə də fikirlərini diqqətə çatdırıb. Qeyd edib ki, dövlətimiz koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bütün zəruri resursları səfərbər edib və Azərbaycan təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir. Onun sözlərinə görə, ölkədə pandemiya şəraitində məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bunlarla yanaşı, görülən tədbirlər postpandemiya mərhələsində sosial-iqtisadi məsələlərin həlli və iqtisadiyyatın inkişafı kontekstində strateji əhəmiyyətə malikdir. Şübhəsiz ki, kompleks tədbirlər indiki mərhələdə iqtisadi sabitliyi qorumaq və postpandemiya dövründə iqtisadi fəallığı bərpa etmək üçün real zəmin formalaşdıracaq. Bütün bunlar, eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, insanların rifahının yüksəlməsinə xidmət edən addımlar kimi mühüm əhəmiyyətə malikdir.
Məruzədən sonra müzakirələr aparılıb, suallar ətraflı cavablandırılıb. “Microsoft Teams” platforması üzərində təşkil edilmiş görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Gündəm
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
YAP xəbərləri
18 Sentyabr 22:53

