“Nar” və TƏBİB tərəfindən təşkil olunmuş “Günün Qəhrəmanları” müsabiqəsinin qalibləri açıqlanıb
22.08.2020 [00:12]
“Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə baş tutan “Günün Qəhrəmanları” yazı müsabiqəsi başa çatıb. Müxtəlif sahələrdə çalışan və pandemiya dövründə öz qəhrəmanlıqları ilə fərqlənən insanlar haqqında yazıları bir araya gətirən müsabiqə cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Həm jurnalistlərin, həm də sosial media istifadəçilərinin qatıldığı müsabiqəyə 100-ə yaxın müraciət daxil olub. Bu müraciətlər içərisindən müsabiqənin şərtlərinə cavab verən 78 yazı münsiflər heyətinə təqdim edilib.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, müəlliflər yazılarının baş qəhrəmanları olaraq pandemiya dövründə ön cəbhədə vuruşan həkimləri, tibb işçilərini, əczaçıları, tibbi avadanlıq mühəndislərini, istənilən şəraitdə şagirdlərinə bilik verməyə hazır olan müəllimləri, ictimai təhlükəsizliyə cavabdeh olan polisləri, vətəndaşların sorağına çatan sosial işçiləri, könüllü gəncləri, ictimaiyyəti məlumatlandırmaq üçün riskli bölgələrdən reportaj hazırlayan jurnalist-fotoqrafları seçiblər.
“Müsabiqədə iştirak üçün göndərilən hər bir yazı bizim üçün xüsusi dəyər daşıyır. Fərqli qəhrəmanların real hekayələri bu dövrdə çalışan insanların işlərinin necə çətin və məsuliyyətli olduğunu, eyni zamanda, bir o qədər də şərəfli və nümunəvi olduğunu göstərdi. “Nar” olaraq günün qəhrəmanlarının ictimaiyyətdə tanıdılmasına öz töhfəmizi verə bildiyimiz üçün çox şadıq”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib.
“Bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirusla mübarizə tədbirləri çərçivəsində sosial layihələrin də həyata keçirilməsi və insanların bu layihələrə marağı olduqca təqdirəlayiqdir. Bu mübarizədə TƏBİB, eləcə də qəhrəman həkimlərimizlə yanaşı, həm də gecə-gündüz yorulmadan çalışan polislər, nəqliyyatçılar, əczaçılar, satıcılar, jurnalistlər, müəllimlər və digər peşə sahibləri də günümüzün qəhrəmanlarına çevriliblər. Bu günlərdə xalqımızın hər bir nümayəndəsi milli birlik nümayiş etdirərək bir-birinə istənilən məsələdə yardım edərək əsl vətənpərvərlik nümunəsi göstərdilər. Ayrı-ayrılıqda hər birimizin koronavirusdan sağalması kifayət deyil, bütün qaydalara riayət edərək bütövlükdə Azərbaycan xalqını bu bəladan qorumalıyıq!”, - deyə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən daşıdığı sosial mesaja və məzmunun keyfiyyətinə əsasən qiymətləndirilib. Belə ki, ümumi nəticələrə əsasən, 1-ci yerin qalibi “Ağ libaslı mələk” (müəllif: Vüsal Tağıbəyli) hekayəsi, 2-ci və 3-cü yerləri tutan yazılar isə müvafiq olaraq, “Aprel döyüşünün müzəffər əsgəri COVID-lə mübarizə aparır” (müəllif: Aida Eyvazova) və “Atəş altında həm erməni, həm koronavirusla mübarizə aparırdıq” (müəllif: Könül İbrahim) olub.
Həvəsləndirici yerlərdə isə “Göz həkiminin gözləri pandemiyanı necə görür?” (müəllif: Sevinc Eminzadə), “Şagirdləri uğrunda pandemiya ilə döyüşən xanım müəllimin portreti” (müəllif: Elmin Nuri), Bütün bunlar sadəcə bir anlıq idi (müəllif: Əziz Elxanoğlu) və sosial media istifadəçisi Ülviyyə Quliyevanın “Karantində sosial təşəbbüs göstərən usta” yazıları yer alıb.
Xəbər lenti
Hamısına baxGündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33

