/ / Açıq havada fəaliyyət göstərən ictimai iaşə obyektlərinin böyük əksəriyyətində qaydalara riayət olunur, aşkarlanan nöqsanlar aradan qaldırılır
Açıq havada fəaliyyət göstərən ictimai iaşə obyektlərinin böyük əksəriyyətində qaydalara riayət olunur, aşkarlanan nöqsanlar aradan qaldırılır
20.08.2020 [08:22]
Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 18-dən etibarən Bakı şəhəri də daxil olmaqla, 7 şəhər və 6 rayonda ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib. Qərara uyğun olaraq müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu obyektlərin qeyd edilən qərara uyğun şəkildə fəaliyyətinin yoxlanılması məqsədilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən birgə reydlər keçirilib. Reydlər zamanı koronavirus pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.
Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, burada qaydalara düzgün riayət edilməsi müəyyən olunub. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb, mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalar barədə məlumatlandırılıb. Keçirilən reydlər nəticəsində müəyyən olunub ki, obyektlərin 80-85 faizində qoyulan qaydalara əməl edilir.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva bildirib ki, ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda işçi heyət xüsusi iş geyimi ilə təchiz olunmalıdır və bu geyim günün sonunda yüksək temperaturda təmizlənməlidir. Hər bir vətəndaş ictimai nəzarət funksiyasını da həyata keçirməlidir.
Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimov qeyd edib ki, dünən Bakı şəhərində 1617 ictimai iaşə obyektində monitorinq aparılıb. Onlardan 102-də nöqsanlar aşkarlanıb və müvafiq tədbirlər görülüb. Əksər sahibkarlar isə qoyulan qaydalara əməl edirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini İsrafil Kərimov vurğulayıb ki, iki gün ərzində keçirilən reydlər zamanı ictimai iaşə obyektlərində hər hansı ciddi nöqsana yol verilməsi halı qeydə alınmayıb. Mövcud çatışmazlıqlar isə dərhal aradan qaldırılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev hər bir vətəndaşdan mövcud qaydalara əməl etməyin tələb olunduğunu bildirib.
Qeyd edək ki, ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06

