/ / Professor Qafar Cəbiyevin tədqiqatları arxeologiya tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir
Professor Qafar Cəbiyevin tədqiqatları arxeologiya tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir
15.08.2020 [00:39]
Bəzən deyirlər ki, hər bir insan yaşadığı ömür tarixini özü yazır... xeyirxah əməlləri ilə, onu tanıyanların, xatırlayanların qəlbində buraxdığı isti, məhrəm izlərlə. Gedişindən, gərdişindən baş açmağın, baş saxlamağın çox çətin iş, bəlkə də bir qəhrəmanlıq olduğu indiki qarğaşalı zamanda kimlərəsə örnək ola biləcək bir həyat yaşayaraq tarix yazmağın özü də bir ayrı fədakarlıq və insan hünəridir. Elə içində olduğumuz dünyanı mənalandıran, bizlərin yaşamaq şövqünü alovlandıran da ətrafımızda bu cür insanların olmasıdır.
Onların sırasında respublikanın ziyalılarından, Əməkdar jurnalist, görkəmli arxeoloq-alim, tarix üzrə elmlər doktoru, professor Qafar Cəbiyevin yeri xüsusilə görünür. Söz adamı haqqında söz demək ayrı bir məsuliyyətdir.
Sözün lütfü
Söz!
Allahın öz yaratdıqlarına, xəlq etdiklərinə böyük lütfüdür.
Cümlə aləm Rəbbimizin “Ol!” kəlməsi ilə yaranmadımı?
İnsan öz şüurunun, düşüncələrinin məhsuludur, söz isə İnsanın kimliyidir...
Aristotel nahaq yerə demirdi ki, ey insan, danış, səni görüm!
Bizim Qafar Cəbiyev də məhz sözə mehr salmaqla, sözlə ömürlük əhd-peyman bağlamaqla onun könül həmdəminə çevrilməyi bacarmış qələm sahiblərindəndir.
Qafar Cəbiyev həm də keçdiyi həyat yolu ilə, jurnalistika və elmi fəaliyyəti ilə, kişiliyi, ləyaqəti, mövqe və əqidəsi ilə nəinki örnək olmağa layiq, bütövlükdə örnək yaratmış bir insandır.
O, məslək kimi jurnalistikanı seçməmişdi, yolunu dəqiq bəlirləmişdi - tarixçi olmaqdı istəyi. Həm də arxeoloq! Torpağın dərin qatlarında gizlənmiş sivilizasiyalara “artezian” vurmaq, insanı əcdadlarının tarixi, məişəti ilə tanış etmək, Azərbaycan ərazisinin unikal və müstəsna mədəniyyətlərə beşiklik etdiyini ortaya qoymaq! Ancaq tale dediyimiz də zaman və məkan imperativlərinə bağlı bir ali ədalət, ilahi bəsirətdir. Qafar müəllimin həyat yolunu aldığı təhsil deyil, istedadı, içindəki yaradıcılıq təşnəsi müəyyənləşdirdi. Öz rayonunda - İsmayıllıda bir illik müəllimlikdən sonra “Zəhmətkeş” qəzetində çalışmağa başladı.
Rayon qəzetlərinin bir xüsusiyyəti var ki, burada konkret ixtisaslaşma yoxdur; ideoloji işdən tutmuş təhsil, mədəniyyət, istehsalat, kənd təsərrüfatı, bir sözlə, qəzetin “üyüdə” bildiyi bütün mövzularda yazmağı bacarmalısan, yəni universal olmalısan. Zəhmətkeşliklə, hər bir mövzuya daha dərindən sirayət edib peşəkarlığını artırmaqla, yanaşı, jurnalist Qafar Cəbiyevin prinsipiallığı, haqsızlığa qarşı döyüşkənliyi, neqativlərə qarşı barışmazlığı da bu illərdə özünü göstərdi.
Sonralar bir müddət Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində elmi işçi kimi çalışsa da, həm ölkədəki, həm də elmdəki durğunluq onu yenidən qəzetə qayıtmağa sövq etdi. Bu dəfə səviyyə də, miqyas da, məsuliyyət də bir özgə idi. Q.Cəbiyev 1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışdı. Və bu mərhələni təkcə Qafar müəllimin deyil, onun yaradıcılığı timsalında Azərbaycan jurnalistikasının peşəkar qolunun ölkə tarixi üçün əhəmiyyətli bir dövrünün publisistik mənzərəsi, xülasəsi, müntəxabatı adlandırmaq mümkündür. Həmin illərdə bəndənizə onunla eyni kollektivdə işləmək qisməti nəsib olmuşdu və qürurla etiraf edirəm ki, qəzet səhifələrində “mismar”a çevrilmiş bir çox oxunaqlı yazıların, daşı-daş üstündə qoymayan dişli tənqidlərin, sərt məqalələrin müəllifi məhz Qafar Cəbiyev idi.
Respublikanın Əməkdar jurnalisti Qafar Cəbiyevin mövzusundan asılı olmayaraq qələmə aldığı hər bir yazısına təfəkkür dərinliyi ilə yanaşı, təhlil genişliyi, professional səriştə, üslub orijinallığı hakimdir. Bu isə yalnız illər boyu səbrlə toplanıb cilalanmış təcrübə sayəsində ərsəyə gələn keyfiyyətdir.
Sevilən və yolu gözlənən müsahibdir Qafar müəllim. Siyasət, elm, yaradıcılıq ətrafında xatirələrin körpü saldığı şirin söhbətlər onu çevrəsindəkilərə təkcə dövrümüzün ustad qələm sahiblərindən biri kimi deyil, həm də qayət səmimi, alicənab, dostluqda vəfalı və bir də Vətənini, millətini, dövlətini hədsiz məhəbbətlə sevən bir insan kimi tanıdıb. Dostları, iş yoldaşları, tanışları onu səbirsizliklə gözlədikləri hər bir görüşdə bir daha və yenidən kəşf edirlər...
Professor Qafar Cəbiyev Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 16 il Milli Tele-Radio Şurasının üzvü və sədr müavini kimi səmərəli fəaliyyət göstərmiş, obyektiv, prinsipial və peşəkar mövqeyi ilə yadda qalmışdır.
Elmin kəraməti
Yuxarıda sözün sehrindən bəhs etmişdik. Bəs elm?!
Elm Xaliqin öz övladına kərəm etdiyi ən qiymətli bəxşişdir.
Bir var insanın tarixi. Bu, daha çox yaddaşla bağlı bir hadisədir.
Bir də var tarixin yaddaşı, Sivilizasiyanın tərcümeyi-halı.
Bu “sivi” torpağın dərin qatlarında, süxurlarında gizlənib.
Qafar Cəbiyev, dediyimiz kimi, həm də əlində qazma tarixlə müasirlik arasında əlaqə yaradan arxeoloq-alimdir.
Cəsarətlə söyləyə bilərik ki, Qafar müəllim söz sənətində ucaldığı yüksəkliyi elmdə də fəth etmiş bəxtəvər insanlardandır. O heç vaxt elmdən ayrılmayıb, 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun Elmi Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Bakıya qayıtdıqdan sonra Qəbələ, Ağsu-İsmayıllı arxeoloji ekspedisiyalarının apardığı çöl tədqiqatlarında iştirak edib, bir müddət həmin ekspedisiyanın rəis müavini və Qəbələ ekspedisiyasının dördüncü dəstəsinin rəisi olub. Həm yaradıcılıq, həm də ictimai sahədə işlərinin başından aşmasına baxmayaraq, Q.Cəbiyev elmi tədqiqatlarını davam etdirərək 2007-ci ildə ölkə tarixşünaslığı üçün müstəsna əhəmiyyət kəsb edən bir mövzuda - Girdman tarixindən doktorluq dissertasiya müdafiə etmişdir.
Professor Qafar Cəbiyevin tədqiqatları Azərbaycan ərazisində qədim mədəniyyətlərin, dövlət quruluşlarının üzə çıxarılması, onların mənsubiyyətinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. 2010-cu ildə görkəmli arxeoloqun “Girdman tarixi (IV-IX əsrlər)”adlı fundamental tədqiqat əsəri işıq üzü görmüşdür. Ölkə tarixşünaslığı üçün müstəsna əhəmiyyət kəsb edən həmin əsər bu il “Elm və təhsil” nəşriyyatı tərəfindən rus dilində nəşr edilmişdir (Girdman. Tarixi və tarixi coğrafiyası).
Məlum olduğu kimi, uzun illər ərzində qədim Azərbaycan dövləti olan Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında aparıcı mövqe tutan Girdman vilayətinin siyasi tarixi və ərazilərinin lokalizəsi ilə bağlı tədqiqatçılar arasında çox ciddi fikir ayrılıqları mövcud olub. Girdman vilayəti ərazilərinin lokalizəsi ilə bağlı olan bu yanlış versiyanı ilk dəfə elmi dövriyyəyə gətirən uzun illər SSRİ EA Şərqşünaslıq İnstitutunun Qafqazşünaslıq şöbəsinə rəhbərlik etmiş akademik S.T.Yeremyan olub.
İlk dəfə məhz professor Q.Cəbiyev Girdman vilayətinin Şirvan bölgəsində, daha konkret desək Ağsuçay-Girdmançay-Göyçay çayları hövzəsində lokalizəsinə dair mülahizələri bir sıra çox ciddi elmi dəlillər əsasında sübuta yetirməyə çalışıb və buna müvəffəq olub.
Alim bu gün də ciddi arxeoloji tədqiqatlarla məşğuldur. Prezident İlham Əliyevin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Basqalın orta əsr mənzərəsini canlandırmaq, zəruri bərpa və konservasiya işləri aparmaq üçün ilkin olaraq arxeoloji tədqiqatlara ehtiyac yaranmışdı. Bu məqsədlə Dövlət Turizm Agentliyinin müraciəti əsasında məhz prof. Q.Cəbiyevin rəhbərliyi ilə Qoruq ərazisində arxeoloji tədqiqat işləri aparılır.
“Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə bağlı 2019-cu il 22 oktyabr tarixli Prezident Sərəncamı Qafar müəllimin bu sahədəki fəaliyyətinə əlavə stimul verdi. Özünün də etiraf etdiyi kimi, Orta əsr Ağsu şəhərinin Dövlət Qoruğu elan olunması Mustafa xanın hakimiyyəti dövründə Şirvanın paytaxt şəhərinə çevrilən, Rusiya və İran ordu birləşmələrinin aramsız hücumlarına mərdliklə sinə gərən bir Azərbaycan şəhərini arxeoloji cəhətdən tədqiq edərək üzə çıxarmış olan elmi heyətin rəhbəri kimi həyatının ən əlamətdar hadisələrindən birinə çevrilmişdir.
Elə həmin il oktyabrın 29-da Qafar Cəbiyev ölkə Prezidentinə müraciət ünvanlayaraq yazırdı: “Sizin yeni qoruqların yaradılması ilə bağlı Sərəncamınız Azərbaycan ziyalısı olaraq şüurlu ömrünü bütünlüklə tarixi-mədəni irsimizin tədqiqi və təbliği işinə həsr etmiş bir alim kimi məni qəlbən sevindirdi. Bu, Azərbaycan dövlətinin, cənab Prezident şəxsən Sizin tarixi-mədəni irsimizə olan hərtərəfli diqqət və qayğınızın bir bariz nümunəsidir”.
Şamaxının Avaxıl kəndində “Pir Ömər Sultan” ziyarətgahı adı ilə tanınan pirin məhz xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədilə Mədəniyyət Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə layihəsi əsasında prof. Q.Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya cari ilin mart ayının əvvəlindən etibarən tədqiqatlara başlayıb və maraqlı elmi-tarixi nəticələr əldə edilməkdədir.
Jurnalist-arxeoloqun elmi-publisistik irsi onun saysız kitablarında toplanıb. “Azərbaycan arxeologiyasının əsasları”, “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi”, Girdiman tarixi”, “Yazılan qalacaq” və digər kitabları onun oxucusuna çatdırmaq istədiyi söz, mətləb olmaqla yanaşı, həm də elmi yanaşma ilə publisistiktəhkiyənin uğurlu xəlitəsidir, fikir möcüzəsidir, oxucunun eşitmək istədiyi və heç bir zaman unuda bilməyəcəyi nağılvari həqiqətdir.
Ona görə də Qafar müəllimin bir jurnalist və arxeoloq-alim kimi uğurlarının, müvəffəqiyyətinin səbəblərini məhz onun universallığında axtarmaq doğru olardı. Həm söz sənətində, həm də elmi məsləyindəki o tədqiqatçı səbri, hər şeyin ən yaxşısına nail olmaq inadı onu seçdiyi hər iki yolda uğura qovuşdurub.
“Adam kimi adam”
Qafar Cəbiyev haqqında da hamı birmənalı olaraq zəhmətkeş, halallığı əldən verməyən, təvazökar, xeyirxah adam kimi danışır. Bir adamın bu qədər qiymətli keyfiyyətləri öz şəxsində birləşdirməsi hər nə qədər çətin olsa da, mümkünsüz də deyil. Ancaq əsas şərt odur ki, bu məziyyətləri bütövlükdə həyat tərzinə, yaşam meyarına çevirməyi bacarasan.
Bu yaxınlarda V.Hüqonun “Kromvel” romanını təkrar gözdən keçirəsi oldum. Müqəddiməsində yazırdı: “Adilik - yaradıcılığın ölümüdür!” Qafar Cəbiyevin adiliklə, eklektika ilə, ehkamçılıqla ... arası yoxdur. Həyatda da, yaradıcılıqda da, münasibətlərində də sıradan biri deyil, “sıradışı”, müstəsna, fərqli olmağa çalışır və bunu bacarır.
Şərq fikir tarixinin babalarından Əbu Turxanın maraqlı bir ifadəsi var; deyir ki, hər bir insan öz sevgisi qədərdir. Qafar müəllim də bu cür, ən azı Talıstanın sığındığı dağlar qədər böyükdür -Vətənə, millətə, dövlətə, sözə, elmə, insanlara, dostluğa, gözəlliyə ... sevgisi ilə!
70 yaş az deyil! Nə etmək istədiyini, həyatda məqsəd və məramını bilən üçün çox da deyil. Bir də deyirlər ki, gülün ən gözəl ləçəkləri sonuncu töküldüyü kimi, həyatın axşam saatları da ən gözəl ola bilir. Elə isə gözəl axşamlara doğru, Qafar müəllim!
Xalid Niyazov,
Əməkdar jurnalist
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24

