Çimərliklərdə sıxlığın müşahidə olunması koronavirusa yoluxma riskini artırır
11.08.2020 [09:12]
Mütəxəssislərin qeyd etdikləri kimi, çimərliklərdə istirahət edən vətəndaşlar müəyyən edilmiş qaydalara, o cümlədən sosial məsafənin saxlanılması tələbinə ciddi riayət etməlidirlər
Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün tətbiq olunan tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində ölkəmizdə son günlər yoluxanların sayında ciddi azalma müşahidə edilir. Mövcud dinamika nəzərə alınaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib. Bu yumşaldılma tədbirlərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilməsi də daxildir.
Vətəndaşların çimərliklərdə istirahəti üçün bütün zəruri şərait yaradılıb
Qeyd edildiyi kimi, xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin avqustun 5-dən vətəndaşların istifadəsinə verilməsi üçün həmin ərazilərdəki vəziyyət təhlil olunub, infrastrukturun yaxşılaşdırılması istiqamətində addımlar atılıb. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maarifləndirici lövhələr qoyulub. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlarla ayrılıb, tələb olunan qaydalara əməl edilməsi səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə mütəmadi olaraq çatdırılır.
Bununla yanaşı, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir. Vətəndaşların çimərliyə gəlməzdən əvvəl portala daxil olub sıxlıqla bağlı vəziyyəti öyrənmələri və sıxlığın az olduğu çimərlikləri seçmələri tövsiyə olunur. Qeyd edək ki, hər bir çimərliyin giriş və çıxışında “ASAN xidmət” könüllüləri də fəaliyyət göstərirlər. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparır, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar. Bir sözlə, vətəndaşların çimərliklərdə istirahəti üçün bütün zəruri şərait yaradılıb.
Yoluxma sayının artması riski vətəndaşlardan daha məsuliyyətli olmağı tələb edir
Onu da qeyd edək ki, çimərlikdə təhlükəsizliyə DİN əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Çimərlikdə yer dolubsa, vətəndaşlar digər çimərliklərə yönləndirilir və ya çimərliyi tərk edənlərin sayı qədər vətəndaşların daxil olmasına şərait yaradılır. Burada əsas məqsəd odur ki, vətəndaşlar çimərliklərdə sıxlıqla qarşılaşmasın və yoluxma riskləri minimuma endirilsin.
Görülən tədbirlərə baxmayaraq, havaların isti keçməsi və həftəsonu çimərliyə üz tutan vətəndaşların sayının çox olması çimərliklərdə sıxlıq müşahidə edilməsinə gətirib çıxarıb. Mövcud vəziyyətə, yaranan növbəyə görə yoluxma riskininartması ehtimalı vətəndaşlardan daha məsuliyyətli olmağı tələb edir. Yəni qeyd etdiyimiz kimi, insanlar çimərliyə gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsalar, arzulounmaz mənzərənin şahidi olmarıq.
Ümumiyyətlə, çimərliklərdə sıxlığın müşahidə olunması koronavirusa yoluxma riskini artırır. Buna görə də sıxlıq müşahidə edilən çimərliklərdə istirahət edən vətəndaşların xüsusi karantin rejimində tətbiq edilən qaydalara, o cümlədən sosial məsafənin saxlanmasına riayət etməsi olduqca vacibdir. Bütövlükdə, mütəxəssislərin qeyd etdikləri kimi, ölkə vətəndaşları karantin rejiminin yumşaldılması səbəbindən arxayınlaşmamalı,məsuliyyətli davranaraq pandemiyaya qarşı mübarizədə dövlətin gördüyü işlərə dəstək və töhfə verməlidirlər.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

