/ / Beynəlxalq Multikultural Şəbəkə Azərbaycan xalqının multikultural dəyərlərinin təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir
Beynəlxalq Multikultural Şəbəkə Azərbaycan xalqının multikultural dəyərlərinin təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir
07.08.2020 [08:59]
Qurumun fəal üzvlərindən olan Umar Mir erməni təcavüzü haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub
Məlum olduğu kimi, Azərbaycan dünyada qədim tarixə malik tolerantlıq və multikulturalizm ənənələri ilə seçilən ölkələrdən biridir. Təsadüfi deyil ki, son illərdə ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoq platformasına çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi də ölkəmizdə multikulturalizm ənənələrinin daha da inkişaf etməsi və möhkəmlənməsinə təkan verib. Ölkəmizdə multikulturalizm ənənələrinin möhkəmlənməsinə töhfə verməyi qarşısına məqsəd qoyan Beynəlxalq Multikultural Şəbəkə (BMŞ) də məhz dövlət başçısı tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan olunmasından sonra - 4 mart 2016-cı il tarixində yaradılıb. Təsisçisi və rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova olan şəbəkənin işçi heyəti multikulturalizm üzrə ixtisaslaşmış yerli və xarici elmi tədqiqatçılardan ibarətdir.
Məlumat üçün bildirək ki, BMŞ dünyada multikultural dəyərlərin təbliği üçün multikulturalizm sahəsində həyata keçirilən beynəlxalq tədbirlərdə fəal şəkildə iştirak edir, ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması işinə vətəndaş cəmiyyətinin dəstəyini həyata keçirir.
Beynəlxalq Multikultural Şəbəkə, həmçinin Azərbaycanın xalqının multikultural dəyərlərinin beynəlxalq səviyyədə təbliği məqsədilə “Ölkə təmsilçiləri qrupu” təşkil edib. Hazırda 70-ə yaxın ölkədə elmi tədqiqatçı və alimlərdən ibarət xarici ölkə təmsilçiləri fəaliyyət göstərir. Gələcəkdə ölkə təmsilçilərinin sayının artırılması da nəzərdə tutulur.
Şəbəkənin son dövrlər gördüyü işlərə gəlincə, BMŞ özünün xarici nümayəndələrinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin cari ilin yanvar ayının 17-dən start verdiyi “Əsgərə salam” aksiyasına qoşulmasını təmin edib və bu proses hələ də davam etməkdədir.
Qeyd edək ki, Beynəlxalq Multikultural Şəbəkə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatı barədə məlumatların dünya ictimaiyyətinə çatdırlması məqsədilə sosial şəbəkələrdə aksiyaya start verib.
Yeri gəlmişkən, qurumdan verilən məlumata görə, Beynəlxalq Multikultural Şəbəkənin marketinq meneceri Umar Mirin bu aksiyada fəallığı düşmənlərimizi narahat edib. Belə ki, Umar Mir aksiyaya qoşulduqdan sonra ermənilər “Twitter” sosial məkanında ona hücümlar təşkil edib, onun səhifələrinin bloklanmasına çalışıblar. Lakin Beynəlxalq Multikultural Şəbəkə tərəfindən kifayət qədər düzgün məlumatlandırıldığı üçün Umar Mir ermənilərə layiqli cavab verib. Təbii ki, Umar Mirin bu fədakarlığı ziyalılarımız tərəfindən yüksək qiymətləndirilib və ona dəstək üçün cəmiyyətə müraciət olunub.
Onu da bildirək ki, 4 avqust 2020-ci il tarixində Beynəlxalq Multikultural Şəbəkənin virtual təşkil etdiyi ölkə təmsilçilərindən ibarət Beynəlxalq Şuranın qərarı ilə Umar Mir erməni təcavüzü haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətdə çatdırılması istiqamətindəki fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16

