Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına layiqli cavab vermək iqtidarındadır
16.07.2020 [09:24]
Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması isə vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası, şəhidlərin ruhuna hörmətsizlikdir
Azərbaycan cəmiyyəti çox mühüm üstün cəhətləri ilə fərqlənir. Milli birlik, taleyüklü məqamlarda öz dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirmək bizim cəmiyyətimizi səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Biz Azərbaycan xalqının ümummilli məsələlərdə bütün vahid mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Bu da son nəticədə dövlətimizin gücünü artıran mühüm strateji faktor qismində çıxış edir.
Xalqımızın sıx həmrəylik nümayiş etdirdiyi ümummilli məsələlərdən biri də Dağlıq Qarabağ problemidir. Dövlət və cəmiyyət bəhs olunan problemin həllində vahid mövqedən çıxış edərək prinsipial yanaşma ortaya qoyur - torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz təmin olunmalıdır.
Bu məqamda vurğulayaq ki, Ermənistan silahlı qüvvələri iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribat törədərək qəflətən hərbi postumuza artilleriya atəşi açıb və mövqelərimizi ələ keçirməyə cəhd göstərib. Düşmən tərəfin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində bir neçə hərbiçimiz həlak olub və yaralanıb. Eyni zamanda, şəhidlər versək də, ordumuz bu dəfə də düşmənin hərbi bölmələrinə sarsıdıcı zərbələr endirib, dövlət sərhədlərimizi rəşadətlə qoruyub. Ümumiyyətlə, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Son illərdə biz bunun dəfələrlə şahidi olmuşuq. 2016-cı ilin Aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin fonunda müşahidə olunanlar bunu bir daha təsdiq edir. Bu günlərdə düşmən ölkənin mediasında, sosial şəbəkələrdə yayılan xəbərlərdən də məlum olur ki, Ermənistan Tovuz istiqamətində törətdiyi təxribatın layiqli cavabını alıb, canlı qüvvə və texnika sarıdan daha böyük itkilərə məruz qalıb.
Azərbaycan Ordusunun Tovuz istiqamətində düşmən təxribatının qarşısını qətiyyətlə alması cəmiyyətdə yüksək əhval-ruhiyyə yaradıb. 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Müharibə şəraitində yaşadığımız indiki dövrdə orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər.
Yuxarıda qeyd olunan müsbət məqamlarla yanaşı, bəhs olunan aksiya çərçivəsində gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları da müşahidə edilib, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərilib. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayılıb. Şübhəsiz ki, bütün bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır. Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaşyaratmaqcəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası,Vətən yolunda canını fəda edən şəhidlərin ruhuna hörmətsizlikdir.
Ölkəmizdə müstəqilliyimizin ilk illərində hərc-mərclik dövrü hər kəs yaddaşındadır. 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların, ayrı-ayrı şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınaq doğurur. İndiki dövrdə cəmiyyətimiz səfərbər olunmalı, ziyalılarımız, ictimaiyyətin fəal nümayəndələri belə pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər.
Azərbaycan güclü dövlətdir. Respublikamızda əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. İstər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35

