Hər kəs həyat tərzini pandemiya dövrünün tələblərinə uyğunlaşdırmalıdır
01.07.2020 [09:59]
Vətəndaşın sosial məsuliyyətini dərk etməsi və karantin rejiminin qaydalarına əməl etməsi pandemiya ilə mübarizədə mühüm önəm kəsb edir
Məlum olduğu kimi, son günlər dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatlarında əksini tapan məlumatlar dünya üzrə yoluxma sayının artan templə davam etdiyini göstərir. Eyni zamanda, ölkəmizdə də may ayının əvvəlindən karantin rejiminin yumşaldılmasından sonra bəzi vətəndaşların sosial məsuliyyətini dərk etməməsi səbəbindən infeksiyaya yoluxma halları yenidən artmağa başlayıb.
Epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz
Beləliklə, iyun ayının ortalarından yeni növ koronavirus infeksiyası ölkə ərazisində sürətlə yayılmağa başlayıb, gündəlik təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötüb. 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik yoluxma sayında müəyyən qədər sabitləşmə təmin edilib. Bununla yanaşı, ölkədəki epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki gündəlik yeni yoluxanların sayı sağalanların sayından artıq olur ki, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır.
Buna baxmayaraq, tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində ictimai nəqliyyatdan istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Evdə qalanların sayının artması, kütləvi toplantıların olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə edilməsi gözlənilir.
Hazırda bütün dünyanın üzləşdiyi bu problemin tam həlli mümkün olmadığı üçün pandemiya dövrünün qaydaları ilə daha uzun müddət yaşamaq məcburiyyətində qalan vətəndaşlar davranış və həyat tərzini yaranmış vəziyyətə uyğunlaşdırmalıdır. Çünki koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. İş yerlərində qoruyucu vasitələrdən istifadə etməmək, sosial məsafə saxlamamaq yoluxmaya səbəb olan əsas amillərdəndir.
Hazırkı vəziyyət mövcud karantin tədbirlərinin uzadılmasını tələb edir
Karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır. Ona görə də hazırkı vəziyyət mövcud karantin tədbirlərinin uzadılmasını tələb edir.
Mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha müsbət nəticələr əldə etmək üçün ÜST və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında iş yerlərində əməkdaşların saylarının azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi zəruridir.
Eyni zamanda vətəndaşlar xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə etməməsi tələb edilir. İctimai yerlərdə (ictimai nəqliyyat, supermarketlərin girişi və s.) müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarətin daha da artırılması nəzərdə tutulur.
Sosial məsuliyyətini dərk etməyən insanların müəyyən olunmuş qaydalara əməl etmələri üçün hər kəs yüksək qətiyyət göstərməlidir
Yeri gəlmişkən, mütəxəssislərin yekdil rəyinə görə, koronavirusa qalib gəlməyin yeganə yolu vətəndaşların məsuliyyətli davranması, karantin qaydalarına riayət etməsi olduğundan pandemiya ilə mübarizədə əsas diqqəti insanlarda məsuliyyət hissinin artırılmasına yönəltmək lazımdır. Çünki artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki hər bir vətəndaşın qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir.
Beləliklə, qapalı ictimai yerlərdə insanlar tərəfindən sadə qaydalara əməl olunmasının təmini üçün ictimai qınaq vasitəsilə də nəticə əldə etmək mümkündür. Bir sözlə, sosial məsuliyyətini dərk etməyən insanların nizam-intizama əməl etmələri üçün hər kəs yüksək qətiyyət göstərməlidir.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19

