/ / Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin 3-cü xüsusi konfransı onlayn formatda işə başlayıb
Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin 3-cü xüsusi konfransı onlayn formatda işə başlayıb
24.06.2020 [08:39]
İyunun 23-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏGF) Bakıdakı Avrasiya üzrə Regional Mərkəzinin (ARM) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Beynəlxalq İƏT Modelinin 3-cü xüsusi konfransı onlayn formatda işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki ay müddətində onlayn şəkildə davam etmiş İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyasının 27 ölkədən olan builki iştirakçıları arasından seçilmiş 85 gənc ikigünlük konfransa qatılıblar.
Koronavirus pandemiyası ilə əlaqədar ilk dəfə onlayn formatda keçirilən konfransın açılış mərasimində İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov, Fələstinin Azərbaycandakı səfiri Nasser Əblülkərim Rahim, Rusiya Federasiyası Tatarıstan Respublikasının Gənclər nazirinin müavini Timur Süleymanov və Pakistan Senatının informasiya və yayım üzrə daimi komitəsinin sədri Cavid Faysal Xan çıxış ediblər.
E.Mehdiyev pandemiya dövründə Regional Mərkəzin onlayn formatda keçirdiyi çoxsaylı layihələrdən bəhs edərək, onlardan biri kimi Beynəlxalq İƏT Modelinin 3-cü xüsusi konfransının rəsmi tərəfdaşı olan Gənclər və İdman Nazirliyinə təşəkkür edib. O bildirib ki, layihə çərçivəsində iki ay müddətində təşkil edilən onlayn mühazirələr dünyada 200 mindən artıq insanı əhatə edib. Əlli mindən çox gənc isə bu mühazirələri izləyib.
N.Novruzov Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müraciətdə Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfələr, İƏT Gənclər Forumunun qurulmasına öncüllük etməsi və bu təşkilatın irimiqyaslı tədbirlərinə, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi qeyd olunub. Belə töhfələrdən biri kimi, İƏGF Avrasiya üzrə Regional Mərkəzinə Azərbaycan Hökumətinin fəal dəstəyinin, on ildən artıq müddətdə nazirliyin bu mərkəzlə müxtəlif yerli və beynəlxalq layihələrin, həmçinin İƏT Modeli layihəsinin təşkilində əməkdaşlıq etməsinin önəmi xüsusi vurğulanıb. Həmçinin bu coğrafiyada gənclərin inkişafı naminə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi ifadə olunub.
Fələstinin Azərbaycandakı səfiri Nasser Əblülkərim Rahim çıxışında pandemiya dövründə dövlətlərin üzləşəcəyi çağırışlara toxunaraq, gənclərin böhran dövründə yaranan problemlərə çevik reaksiya göstərmələrinin vacibliyinə toxunub. Diplomat bu baxımdan İƏT Modelinin uyğun platforma olduğunu və Avrasiya üzrə Regional Mərkəzinin fəaliyyətini xüsusi vurğulayıb.
Tatarıstanın Gənclər nazirinin müavini Timur Süleymanov Rusiya-İƏT münasibətlərindən danışaraq, təmsil etdiyi hökumətin bu istiqamətdə fəaliyyəti, İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi ilə birgə həyata keçirilən layihələr haqqında məlumat verib.
Pakistan Senatının komitə sədri Cavid Faysal Xan pandemiya dövründə İƏT gəncləri arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini diqqətə çatdıraraq, gəncləri dünyada işğal və qətliamlara məruz qalmış müsəlmanların problemlərini unutmamağa çağırıb.
Sonra Beynəlxalq İƏT Modelinin 3-cü xüsusi konfransının iştirakçıları “Post-pandemiya dünyası: İƏT-ə üzv ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar və çağırışlar” mövzusunda müzakirələr aparıblar.
Qeyd edək ki, İƏGF-nin əsas layihələrindən olan İƏT Modeli layihəsi 2010-cu ildən Avrasiya üzrə Regional Mərkəzin təşkilatçılığı ilə milli və beynəlxalq səviyyədə uğurla icra edilir. Layihənin əsas məqsədi gənclərin diplomatik və kommunikasiya bacarıqlarını gücləndirmək, onların beynəlxalq arenada təmsilçilik səviyyəsini artırmaqdır.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10

